Xəbər lentiwidget-title-icon

​"Övladımızı müəllimdən yox, müəllimlə birlikdə qoruyaq!"
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR
​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."
Valideyinin qabarmış əllərini nəzərə alaraq sual tərtib edin.
“Yaxşı olardı ki, məzunlar bu qədər sıxışdırılmazdı” - Təhsil ekspertindən ETİRAZ
İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ
Rezidenturaya qəbul imtahanının TARİXİ
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır
DİM kollektivi niyə bu qədər savadsızdır?
Sumqayıt 28 nömrəli məktəbdən sevindirici xəbər
“Bu tip sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi” - Emma İbrahimova
Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik
DİM imtahan keçirib
Sumqayıt məktəblisi turnurin qalibi oldu
Daha çox uşaq bağçaya gedə biləcək - yeni ADDIM
“On minlərlə gənc xaricdə təhsil alıb ölkənin inkişafına töhfə verib”
Xaricdə təhsil üçün dövlət proqramına sənəd qəbulu başlayır – Tarix AÇIQLANDI
"Bu ilki imtahan keçən ilki buraxılış imtahanından çətin olub" - Təhsil ekspertindən RƏY
GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?
Eyni müqavilə iki dəfə? - Təhsil idarəsinin satınalması suallar doğurur - FOTOFAKT
58 mindən çox şagird imtahan verdi
9 nəfərdə mobil telefon aşkandı - imtahandan XARİC edildilər
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

Mütəxəssis: “Bağçalar uşaqların məktəbə adaptasiyanı tezləşdirir”

Mütəxəssis: “Bağçalar uşaqların məktəbə adaptasiyanı tezləşdirir”

Hər bir uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. Azərbaycanda uşaqlar artıq 1 yaşından başlayaraq məktəbəqədər təhsilə cəlb oluna bilir. Lakin statistikalara əsasən 1-5 yaş arasında olan uşaqların bağçalara cəlb olunma göstəriciləri 4 nəfərindən yalnız 1-ni əhatə etməklə aşağı səviyyədə olaraq qalır.

Şəhər yerləri ilə müqayisədə kənd yerlərində uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsi isə hətta daha aşağı ola bilir.

Məsələ ilə bağlı açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva qeyd edib ki, məsələ ilə bağlı ölkə bir çox tədbirlər həyata keçirir ki, ümumi olaraq problemlər aradan qalxsın:

“Sadəcə olaraq təhsil müəssisələrinin tikilməsi və qurulması çox vəsait tələb edən sahədir. Ona görə də dövlət bununla bağlı alternativ versiyalardan istifadə edir. Hazırda məsələ ilə bağlı nazirlik tərəfindən də tədbirlər görülür.

Bir neçə il əvvəl məktəbəqədər yaş dövrünə cəlb olunan uşaqların sayı 16% -i əhatə edirdisə, hazırda bu rəqəm 30% -ə qədər yüksəlib. Sözsüz ki, ölkə bu göstəricini 100% -ə qaldırmaq niyyətindədir. Çünki uşaqların erkən yaş dövründə təhsilə cəlbi onların inkişafında ən vacib dövr hesab olunur. Hansıki həmin dövrdə uşaq insanın ömrü boyu qazandıqları bacarıqların 70%-dən çoxunu əldə edir. Bu məsələ nə qədər doğru və peşəkarlar tərəfindən aparılsa, o qədər yüksək nəticə əldə olunar”.

Ekspert vurğulayıb ki, ailə tipli məktəbəqədər müəssisələrinin açılması daha faydalıdır:

“Son dövrlərdə məktəbəqədər təhsil müəssislərindən əlavə icma əsaslı təhsil qrupları açılmağa başlayıb. Bu da öz növbəsində xeyli uşağın təhsil almasına səbəb olur, eyni zamanda uşaqların müəyyən bacarıqları əldə edib, məktəbə hazırlanmalarına dəstək olur. Əslində bu çox gözəl bir layihədir. Çünki minimal xərclə uşaqların erkən inkişafı təmin edilir. Bir çox beynəlxalq təşkilatların Azərbaycanda apardığı tədqiqatlar var ki, bunun nə qədər keyfiyyətli layihə olduğunu müəyyən ediblər”.

Son olaraq X.Musayeva söyləyib ki, məktəbəqədər təhsil müəssisələri uşaqlara təkcə bilik deyil, müəyyən bacarıqları da ötürməyi bacarmalıdır:

“Erkən yaşda təhsil çox vacib və faydalı prosesdir. Uşaqların bağçaya getməsi məktəbə adaptasiya prosesini tezləşdirir. Yəni məktəbə gedənə qədər uşaqların bağçada aldığı bilik və bacarıqlar məktəbdə dərsi daha sürətli qavramasına gətirib çıxarır. Hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələri uşaqlarda biliklə yanaşı, bacarıqlarında formalaşması üçün müəyyən tədbirlər görməlidir”,- deyə fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər