Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Sumqayıtdakı İnternat tipli Gimnaziyada biabırçılıq: Direktor əvəzi və müavinlərin "razborka"sı məktəbi "türmə"yə çevirib - ŞOK FAKTLAR - FOTO

"Təhsil millətin gələcəyidir". Gələcəyimizin əmin əllərdə olması üçün məhz bağça və məktəblərdə düzgün tərbiyə formalaşdırılmalı, keyfiyyətli təhsil təmin edilməlidir. Lakin təəssüflər olsun ki, ölkənin bir çox təhsil müəssisələrində rəhbər şəxslərin qanunsuz və özbaşına əməlləri tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Belə olan təqdirdə isə gələcəyimiz üçün ciddi təhlükə yaranır. Pedaqoji kollektiv və rəhbərlik arasında anlaşılmazlıqların hökm sürdüyü, məktəbin intriqa yuvasına çevrildiyi təhsil müəssisələrindən biri də Sumqayıt şəhər İnternat tipli Gimnaziyadır.

tehsilmedia.info-a adının açıqlanmasını istəməyən mənbədən daxil olan məlumata görə, məktəbin direktor əvəzi vəzifəsini icra edən Yeganə Əsgərovanın qanunsuzluqları və özbaşınalıqları elə həddə çatıb ki, bütün pedaqoji heyət və hətta texniki işçilər ona qarşı çıxıb. Belə ki, Yeganə Əsgərova öz vəzifə səlahiyyətlərindən istifadə edərək bülletendə olan müəllimlərin əməkhaqlarını öz dədə malı kimi mənimsəyib. Yəni, əslində məvacib bülletendə olan müəllimləri əvəzləyən digər pedoqoji kadrlara ödənməli olduğu halda, Yeganə xanım pulları tək "yeyib". Digər tərəfdən texniki işçilərə yazılan əlavə əməkhaqları da Yeganə Əsgərovanın cibinə axıb. Mənbənin məlumatına görə, haqqında Təhsil Nazirliyinə edilən şikayətlərdən sonra Yeganə Əsgərova mart ayının 7-də tutduğu vəzifədən azad edilib. İnternat tipli Gimnaziyanın pedoqoji və texniki kollektivi "ağ günə" çıxdığını düşünsə də, vəziyyət daha da acınacaqlı hal alıb. Belə ki, 2023-cü ildə Səbinə Əhmədova yeni direktor əvəzi təyin olunub. Lakin o da öz sələfinin əməllərini davam etdirməyi və daha çox pul qazanmağı qarşısına məqsəd qoyduğundan çirkin işlərə bulaşıb. Bu zaman "iki qoçun başı bir qazanda qaynamayıb". Yəni digər direktor müavini Aytən Əliyeva ilə Səbina Əhmədova arasında ziddiyyət yaranıb. Aytən Əliyeva öz vəzifəsindən istifadə edərək bütün tərbiyəçiləri Səbinə Əhmədovanın üzərinə qaldırıb. Vəziyyətin gərginləşdiyini görən Səbinə xanım isə rəqibini "nokaut"a salmaq üçün Aytən Əliyevanın fəaliyyətini yoxlamağa başlayıb. Nəticədə, Aytən Əliyevanın sabiq direktor əvəzi Yeganə Əsgərovanın vaxtında etdiyi bütün maxinasiyalar üzə çıxıb. Bundan qorxuya düşən Aytən Əliyeva bülletenə çıxıb, daha sonra isə məktub yazaraq evdən qaçıb. Mənbəmizin məlumatına görə, Aytən Əliyevanın evdən qaçması quramadır və Səbinə Əhmədovanı qorxutmaq, onun araşdırmalarının qarşısnı almaq məqsədi daşıyır. 

Məlumatlara görə, Aytən Əliyeva bir vaxtlar gimnaziyada dayə işləyən Sevil Həsənovanı da döyüb. Lakin həmin vaxt məktəbdəki qanunsuzluqlara "krışa"lıq edən kurator Həbib Kərimov və təhsil müəssisəsinin maliyyə işlərinə rəhbərlik edən Məlahət Hacıyeva hadisəni ört-basdır etməyə müvəffəq olub. Yəni, dayə öz şikayətini geri götürüb və beləcə məsələ bağlanıb. Maraqlı və diqqətçəkən məqam isə odur ki, təhsil müəssisəsində baş verən bütün qanunsuz hadisələrdə direktor əvəzini və müavinləri (Aytən Əliyevanı, Yeganə Əsgərovanı) qoruyan gizli qüvvə kimi Həbib Kərimovun adı hallanır. Özü də təhsil müəssisəsində yaşanan olayları ört-basdır etmək üçün bu şəxs məhz gecə saatlarında məktəbə gəlir və problemləri həll etməyə çalışır. Görünən odur ki, Sumqayıt şəhər İnternat tipli Gimnziyada təhsil adına əsl biabırçılıqlar yaşanır və sözün əsl mənasında kriminal filmləri xatırladan hadisələr baş verir. Ümid edirik ki, hazırladığımız məqalə aidiyyatı qurumları bu məktəbdə baş verən qanunsuzluqları araşdırmaq və günahkarları cəzalandırmaq üçün hərəkətə keçirəcək. 

P.S Yazıda adı hallanan bütün qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq!

ARDI VAR...
 
TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər