Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Goranboyda məktəbi cəngəllik qanunları ilə idarə edən kimdir?: Direktor haqda ŞOK İDDİALAR

 
"Təhsil millətin gələcəyidir". Bu fikir əbəs yerə səsləndirilməyib. Doğrudan da bir millətin formalaşması, dövlətin inkişaf etməsi üçün təhsilin keyfiyyəti böyük rol oynayır. Lakin təəssüflər olsun ki, Azərbaycanın hazırkı təhsil sistemində mövcud olan nöqsanlar bu sahədəki inkişafımızı ləngidir. Qeyd edək ki, zaman-zaman redaksiyamıza təhsil sektorunda tüğyan edən qanunsuzluqlar və özbaşınalıqlar haqda vətəndaş şikayətləri daxil olur.
tehsilmedia.info xəbər verir ki, növbəti belə şikayət məktubu Goranboy rayonu Rus Borisi kənd tam orta məktəbinin direktoru barədə yazılıb. Belə ki, təhsil işçisi Neman Eminovun iddiasına görə, Rus Borisi kənd tam orta məktəbin direktoru vəzifəsində çalışan Roman Səfərəliyev təhsil müəssisəsini əsl bazar qanunları ilə idarə edir. İddiaya görə, həmin məktəbin bir neçə şagirdi ümumiyyətlə məktəbə gəlməsə də, direktorun tapşırığı ilə onlara qiymət yazılır. Bu azmış kimi məktəbin kitabxanaçısı ali təhsilli kimi sənədləşdirilərək dövlətdən artıq maaş alır. Hərçənd heç bir təhsili olmayan bu şəxsin nəinki artıq məvacib alması, hətta onun kitabxanaçı kimi işləməsi qadağan edilməlidir. Buna baxmayaraq qanunları tapdalayan direktor təhsilsiz kitabxanaçını istədiyi kimi sənədləşdirib.

Şikayətçinin sözlərinə görə direktor Roman Səfərəliyev özü tarix müəllimi olduğu halda infirmatika fənnini də qeyri-qanuni tədris edir. Beləliklə özünə əlavə dərs saatı yazaraq daha çox maaş alır. Hətta məktəbə gəlməyən rus bölməsinin müəllimi belə direktor tərəfindən cəzalandırılmaq əvəzinə ona hər cür şərait yaradılır.

Bir sözlə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Təhsil sektorunun tabeliyində olan Rus Borisi kənd tam orta məktəbində qanundan başqa hər şey işləyir. Necə deyərlər, təhsil müəssisəsində əsl cəngəllik qanunları hökm sürür. Ən dəhşətlisi isə odur ki, bütün bu qanunsuzluqlardan Goranboy-Naftalan Təhsil sektorunun məsləhətçisi Mirabbas Məmmədov xəbərdardır. Lakin onun və təmsil etdiyi qurumun direktorun öhdəsindən gələ bilmədiyi aydın görünür. Ümid edirik ki, Təhsil Nazirliyi səslənən şikayətlərlə bağlı araşdırma aparacaq və haqq-ədalət öz yerini tapacaq.
 
Mərhum prezident, dahi şəxsiyyət Heydər Əliyev demişdir: 
   "TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR! "
Çox təəssüflər olsun ki, MİLLƏTİN GƏLƏCƏYİ olan TƏHSİL Goranboy rayonu Rus Borisi kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışan Roman Səfərəliyev tərəfindən MƏHV edilir, direktor bu məktəbi dövlətin TƏHSİL QANUNLARI ilə deyil, "BAZAR QANUNLARI" idarə edir.

      Ş İ K A Y Ə T
 Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi
  Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Rus Borisi kənd tam orta məktəbində aşağıda qeyd etdiyim nöqsanlar, saxtakarlıqlar, qanunsuzluqlar, məktəb direktorunun vəzifəsindən sui istifadə halları mövcuddur:
  1. Azərbaycan bölməsi 8- ci sinifdə iki nəfər şagird olmaqla iki bacı təhsil alması üçün adları jurnalda qeyd edilmişdir. Bu şagirdlər məktəbə gəlmir, dərslərdə iştirak etmirdilər. Bu sinifdə dərs deyən müəllimlər şagirdləri görmədikləri halda mövzuları sinif jurnalına yazaraq, biliklərini qiymətləndirirdilər.
  08.12.2022- ci il tarixində Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov Rus Borisi kənd tam orta məktəbində ciddi araşdırmalar apardı. Həqiqətən də Azərbaycan bölməsinin 8- ci sinfində şagirdlərin olmamasını, olmayan şagirdlərə müəllimlərin biliklərinin qiymətləndirilməsinin, sinif jurnalında mövzular yazıldığının şahidi olaraq qeydiyyat etdi və həmin siniflərdə dərs deyən müəllimlərin izahatlarını aldı.
   15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin əməkhaqqısı bu sinifdə dərs deyən müəllimlərdən tutulması üçün Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun mühasibatlığına arayış təqdim etdi. Məsləhətçi Mirabbas Məmmədovun dediyinə görə 8- ci sinif bağlandı.
   QEYD: bu məsələni araşdırmaq üçün 8- ci sinfin bağlanması əmrini, 15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin müəllimlərdən həqiqətən  əməkhaqqılarının tutulması sənədlərini, məsləhətçi Mirabbas Məmmədovdan müəllimlərdən aldığı izahatları araşdırmaq lazımdır;
  2. Məsləhətçi Mirabbas Məmmədov bu məktəbdə mövsümü olan ocaqçı ştatında olan ocaqçıların işdə olmamalarını aşkarladı;
  3. Azərbaycan bölməsi 9- cu sinifdə oxuyan bir nəfər şagird ümumiyyətlə məktəbə gəlmir, dərslərdə iştirak etmir, Gəncə şəhərində yaşayır, şagirdin əmisi Dövlət Yol Polisində çalışır ( DYP) adını jurnala yazdırıblar, müəllimlər həmin şagirdi görməsələr də biliyini qiymətləndirirlər;
 4. Rus bölməsinin Çinarə adlı  11- ci sinif şagirdi Naftalan şəhərində yaşayır, məktəbə gəlmir, dərslərdə iştirak etmir, biliyi müəllimlər tərəfindən qiymətləndirilir;
  5. Məktəbin kitabxanaçısı 20 ilə yaxındır ki, orta təhsilli kimi kitabxanaçı  işinə qəbul olunub. Rus Borisi kənd tam orta məktəbində üç nəfər məktəb direktorları : Mixail, Malik, Xəqani müəllimlərin dövründə kitabxanaçı orta təhsilli kimi işə başlayıb, orta təhsilli kimi əməkhaqqı alıb.
   Məktəbə direktor vəzifəsinə təyin edilən Roman Səfərəliyev bir neçə müddətdən sonra həmin bu kitabxanaçının təhsilini orta təhsildən dəyişdirərək ALİ təhsilli kimi əmrləşdirərək ali təhsilli əməkhaqqı almasına şərait yaradıb.
   2023- cü ilin yanvar ayının əvvəllərində bu məsələdən xəbər tutan məsləhətçi Mirabbas Məmmədov kitabxanaçını qəbul etmiş, ali təhsil sənədinin gətirməsini, ali təhsil sənədini gətirənə kimi əməkhaqqısının ali təhsilli kimi deyil orta təhsilli kimi alacağını kitabxanaçının diqqətinə çatdırıb. 
  Məsləhətçi Mirabbas Məmmədovun deməsinə görə kitabxanaçı ali təhsil sənədini təqdim edə bilmədiyi üçün kitabxanaçının əməkhaqqısı 2023- cü ildən bu günə kimi yenidən orta təhsilli kimi hesablanır.
  QEYD :  məktəb direktoru kitabxanaçını ali təhsilli kimi işə qəbul olunması barəsində  əmrini, ali təhsil haqqında sənədini təqdim etməsə mühasibatlıq kitabxanaçının orta təhsilli əməkhaqqısını ali təhsilli kimi hesablaya bilməz, kitabxanaçının adına ali təhsilli kimi əməkhaqqı yazıla bilməz;
 6. Məktəbin rus bölməsinin Saşa ( əsl adı Andrey ya Aleksandr olmalıdır) adlı müəlliminin 34 saat dərs saatı, bir sinfin sinif rəhbərliyi var. Qeyri ixtisaslı pedaqoji kadrdır. Bu müəllim iş günlərində bir neçə günlük 2022- ci ilin oktyabr ayında sərhəddi keçərək xaricə getmişdi. Məktəb direktoru bu müəllimin xaricdə olduğu müddətdə olan günləri üçün əməkhaqqını tutmamış, adına əməkhaqqı yazmış, müəllim özü də xaricdən qayıtdıqdan sonra dərs dediyi siniflərdə sinif jurnallarına mövzuları öz xətti ilə yazmışdır;
  7. Məktəb direktoru Roman Səfərəliyev ali təhsilli tarix müəllimidir, rus bölməsində tarix fənnini tədris edir. Tarix fənni ilə yanaşı qanunsuz olaraq informatika fənnindən olan dərs saatlarını da götürüb tədris edir, əməkhaqqı alır. 
      İnformatika fənnini tədris etməsi üçün             " Müəllimlərin İşə Qəbulu İmtahanında " iştirak etməli, bu fənni tədris etməsi üçün uğur qazandıqdan sonra informatika fənnini tədris edə bilər. İmtahanda iştirak etmədən qanunsuz olaraq adına informatika fənnindən olan dərs saatlarını da əmrləşdirib , əməkhaqqı alır.
      Yuxarıda qeyd etdiyim nöqsanları, saxtakarlıqları, qanunsuzluqları Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov araşdırıb, məlumatlıdır. 
   Sizdən xahiş edirəm nəzarətinizə götürəsiniz, obyektiv araşdırılma aparılmasına, günahkarların layiqli cəza almalarına, əməllərinə hüquqi qiymət verilməsinə TAPŞIRIQLAR verəsiniz.
 
P.S. Səsləndirilən iddialarla bağlı yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq!

Oxşar xəbərlər


Bütün xəbərlər

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün