Peşə təmayüllü siniflərin təşkili üçün yeni məktəblərin qeydiyyatı başlanıb
2024-2025-ci tədris ili üzrə peşə təmayüllü siniflərin təşkili üçün yeni məktəblərin qeydiyyatı başlanıb.
Bu barədə "tehsilmedia.info" a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəbdə peşə siniflərinə tələbat olan məktəb direktorları müvafiq linkə daxil olaraq anketi doldura bilərlər.




























