Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Birinci siniflərinə şagird qəbuluna start verilib

Elm və təhsil

12-05-2024, 12:56

Birinci siniflərinə şagird qəbuluna start verilib


2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Elektron portalda 1 may tarixindən uşaqların qeydiyyatı, 3 maydan isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək. Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibə uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilir. Birinci sinfə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək.

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib. Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2024-cü il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.Yeri gəlmişkən, bu il Bakıda fəaliyyət göstərən 157 ümumi təhsil müəssisəsində I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılan məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 3 may-3 iyun 2024-cü il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir. Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bildirib ki, “Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən uşaqların I sinfə qəbulu hər tədris ilinin ikinci yarımilinin əvvəlindən (hər növbəti ilin fevral ayının 1-dən) başlayaraq həyata keçirilir: "Nümunəvi Nizamnamənin 2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. Məktəbə qəbul uşaqların valideynləri, övladlığa götürənləri və ya qəyyumları tərəfindən bu Qaydaların 2.4-cü bəndində göstərilən ərizə və ona əlavə olunan sənədlərin kağız və ya elektron formada bilavasitə, poçt və ya internet vasitəsilə məktəbə təqdim edilməsi ilə yolu ilə aparılır. Ərizədə uşağın yaşadığı ünvan, təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir. Qəbul elektron formada aparıldıqda təqdim edilən elektron ərizə və sənədlərin skan edilmiş surətləri məktəbə göndərildikdən sonra onların kağız forması təqdim olunmalıdır".O, həmçinin vurğulayıb ki, uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulundan imtinaya səbəb ola bilməz: "Əksinə, məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqlar üçün proses daha da asanlaşıb. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Yəni, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri birinci sinfə qəbul zamanı məktəb seçimində sərbəstdir. Belə ki, onlar uşağının birinci sinfə məktəbəhazırlıq keçdiyi məktəbdə deyil, arzuladığı başqa məktəbdə getməsinə də qərar verə bilər. Məktəbəhazırlıq şəbəkəsinin ildən-ilə artan dinamikası məktəbəhazırlıq qruplarının dövlət hesabına olması ilə əlaqədardır".

N.İsrafilov elektron xidmətlərin təşkili ilə qəbulun həyata keçirilməsini kifayət qədər müsbət addım kimi dəyərləndirib: "Təbii ki, bu zaman valideynlər məktəbi və hətta müəllimi belə seçə bilərlər. Birinci sinfə qəbulda 10 ildir ki, tətbiq edilən və ildən-ilə əhatə dairəsi genişləndirilən elektron sistem xeyli aktivləşdirilib. Bununla belə elektron xidmətlərin göstərilməsi zamanı ortaya müəyyən problemlərin çıxması halları da istisnalıq təşkil etmir. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara da I sinfə şagird qəbulu valideynin elektron ərizəsi əsasında qeydiyyat yolu ilə həyata keçirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyaların I sinfinə ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin və yaxud qanuni nümayəndələrin uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Təhsil Nazirliyi valideynlərin imkanlarını və yarana biləcək problemlərini nəzərə alaraq evində internet çıxışı olmayan valideynlər üçün ayrı-ayrı ərazilər üzrə xeyli sayda qeydiyyat mərkəzləri yaradıb. Bu mərkəzlərdə məsul şəxslər valideynllərə nəinki şərait yaradir, hətta qeydiyyatdan keçməkdə kömək də göstərirlər".Ekspert həmçinin deyib ki, rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim aparılır: "Yerləşdirilmədə qəbul prosesində daha tez müraciət edənlərə üstünlük verilir. Gec müraciət edənlərin istəyi əgər sinifdə yer varsa, müsbət dəyərləndirilir. Əks halda, onlara başqa yaxın məktəblərə getmək tövsiyə edilir. Yerləşdirmə zamanı ilk növbədə xidməti ərazidə yaşayanlara üstünlük verilir. Valideyninin çalışdığı, ya da bacı və ya qardaşının oxuduğu məktəbdə oxumaq istəyən uşaqlar üçün də bu, yerləşdirmə zamanı üstünlük sayılir. Dövlət hesabına olan ümumtəhsil məktəblərində təhsilin icbariliyi təmin edilır və hər hansı bir imtahandan sohbət gedə bilməz. Bununla belə hesab edirəm ki, hansısa məktəblə bağlı problem varsa, həmin məsələ ətraflı şəkildə araşdırılmalı, Apellyasiya Komissiyasında müvafiq qərar qəbul edilməlidir".

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov da hesab edir ki, 1-ci sinfə qəbulun elektron yolla aparılması bir sıra problemləri aradan qaldırıb: “Etiraf edək ki, ərazi üzrə məktəb seçimində valideynlər hələ də bəzi problemlərlə üzləşirlər. Bəzən ərazi baxımından məktəblərdə siniflər tez dolduğundan valideynlər çətinliklərlə üzləşirlər. Şagird üçün ən yaxşı məktəb onun evinə yaxın olandır. Bu zaman uşaqlar tıxacda gözləmədən məktəbə çatırlar. Nəzərə almaq lazımdır ki, Bakı və Abşeronda kifayət qədər insan var ki, qeydiyyatsız yaşayır. Elm və Təhsil Nazirliyi öz evi olan, amma kupçasız evlərdə yaşayanların həmin ərazidə yaşadığını kommunal qurumlardan əldə edilən məlumatlarla dəqiqləşdirə bilir. Əgər ev vətəndaşın özünündürsə, kupçası və qeydiyyatı olmasa da, elektrik enerjisinə görə abonent kodu ilə ərazinin ünvanı uyğun gəlirsə, valideyn həmin ərazidə yerləşən məktəbi seçə bilir. Amma kirayədə yaşayanlar ciddi problemlə üzləşirlər".Ekspertin fikrincə, hazırda şagirdlərin məktəblərə yerləşdirilməsi məsələsində yeni baxışa ehtiyac var: "Bəzi müəllimlər var ki, onlarda şagird yeri tez dolur, digər müəllimlərə ayrılan yerlər boş qalır. Ona görə də elektron sistemdən müəllimin adı silinməlidir ki, bunu məktəb və valideynlər görə bilməsin. Müəllim seçimi aradan qaldırılmalıdır. Valideynlər övladlarının hansı müəllimin sinfinə düşdüyünü yalnız sentyabrın 15-də bilməlidirlər".

K.Əsədov onu da bildirir ki, valideynlərin daha çox müraciət etdikləri məktəblərdə növbəli siniflər də açılmalıdır: "Əlavə siniflərin sayı təlabatın çox olduğu, yerlərin tez dolduğu məktəblərdə də yeni siniflərin açılması yaxşı olar. Valideynlərə arzu etdikləri məktəbə övladlarını yerləşdirməyə imkanlar yaratmaq lazımdır. Elə məktəblər var ki, onların göstəriciləri yaxşı olduğundan, valideynlər həmin məktəblərə can atırlar. Bu məqamlar mütləq gələcəkdə nəzərə alınmalıdır ki, valideynlər rahat seçim edə bilsinlər".

Oxunub: 636
Paylaş:
Digər xəbərlər

Məktəblər

17-08-2023, 15:13

Ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulu davam edir

Məktəblər

10-05-2023, 11:06

Sabahdan 1-ci siniflərə şagird qəbuluna başlanılır

Məktəblər

31-05-2023, 10:08

Tədrisin digər dillərdə aparıldığı l siniflər üzrə müsahibəyə qeydiyyat yekunlaşır

Məktəblər

22-08-2023, 15:30

Ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulu davam edir

Məktəblər

11-05-2023, 11:17

Birinci siniflərə qəbul başladı - VİDEO

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 16:02
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Dün, 16:01
Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual SƏRGİ
Dün, 16:00
Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar
20-02-2026, 15:09
Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
20-02-2026, 15:08
88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
20-02-2026, 15:08
Uşaqların elmi tədqiqatlara cəlbi qanunla tənzimlənməlidir
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 16:02
    Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
  • Dün, 16:01
    Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual SƏRGİ
  • Dün, 16:00
    Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar
  • Dün, 13:44
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində baş vermiş hadisə bir daha göstərdi ki, bəzi radikal qruplar siyasi fikir müxtəlifliyini təxribat və ixtişaşla qarışdırmağa davam edirlər.
  • 20-02-2026, 15:09
    Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
  • 20-02-2026, 15:08
    88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
  • 20-02-2026, 15:08
    Uşaqların elmi tədqiqatlara cəlbi qanunla tənzimlənməlidir
  • 20-02-2026, 15:07
    Taksi minik avtomobil sürücüləri üçün imtahan keçiriləcək
  • 20-02-2026, 15:07
    Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI
  • 20-02-2026, 15:06
    Azərbaycan Universitetinin MBA məzununun UĞURU
  • 20-02-2026, 15:05
    DİM-də elmi-metodik seminarlar keçirilib
  • 20-02-2026, 15:05
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • 20-02-2026, 08:34
    Azərbaycanda tələbə direktor təyin edildi - ƏMR
  • 20-02-2026, 08:32
    İmişlidə şagirdi döyən məktəb direktoruna saxtakarlığa görə cinayət işi açılıb - TƏFƏRRÜAT
  • 20-02-2026, 08:29
    Valideyn, müəllim və qorxu arasında qalan təhsil sistemi - NƏ ETMƏLİ?
  • 20-02-2026, 08:29
    Bakı Slavyan Universitetini BAZARA ÇEVİRİBLƏR - Buralar düzələn deyil...
  • 20-02-2026, 08:27
    Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş
  • 20-02-2026, 08:22
    Azərbaycanlı alim Britaniya İmperiyası ordeninə layiq görüldü
  • 19-02-2026, 13:13
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • 19-02-2026, 13:12
    Universitetlərdə 90 dəqiqəlik dərs müddəti AZALDILSIN
  • 19-02-2026, 13:11
    Daha çox qadın tələbələr təhsil kreditinə müraciət edir - RƏSMİ
  • 19-02-2026, 08:18
    269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
  • 19-02-2026, 08:17
    İdman məktəbinin vergi borcu üzə çıxdı - FOTOFAKT
  • 19-02-2026, 08:15
    Mingəçevirdə şagird pəncərədən yıxılıb? - AÇIQLAMA
  • 19-02-2026, 08:14
    Mingəçevir məktəbində kiçikmiqyaslı yanğın olub
  • 19-02-2026, 08:13
    İnşaat Kollecinə yeni direktor təyin olunub
  • 19-02-2026, 08:13
    Türkiyədə ali təhsildə kvotalar 23 faiz azaldılıb
  • 19-02-2026, 08:12
    Naxçıvanda peşə təhsili alanların sayı 14 faiz artıb
  • 19-02-2026, 08:11
    Bəzi ixtisaslar universitetlərdən alınıb institutlara köçürülməlidir
  • 19-02-2026, 01:11
    ETN 3.8 milyon vəsaiti nəyə xərcləyir.???
  • 18-02-2026, 22:56
    STEAM'ool olimpiadasına qeydiyyat BAŞLADI
  • 18-02-2026, 22:54
    Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub
  • 18-02-2026, 22:54
    68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - RƏSMİ
  • 18-02-2026, 14:46
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 18-02-2026, 14:14
    Azərbaycanda şagirdlərin avtobusla daşınmasına 4 milyon manat ayrıldı
Daha çox
16-02-2026, 13:47
Arvana Kənd Məktəbi: Təhsil Ocağı, yoxsa Direktorun Şəxsi "Ferması"?
18-02-2026, 14:46
​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
15-02-2026, 23:11
ADAU-dan şikayət var!
16-02-2026, 13:24
ADU ilə bağlı suallar metastaz verir -rəsmi qurum niyə tələsik izahat verdi?
17-02-2026, 13:01
Məktəblərdə son zamanlar nələr baş verir?
20-02-2026, 15:08
88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə