Xəbər lentiwidget-title-icon

“Bu qədər azarkeşin önündə çıxış etmək daha məsuliyyətlidir”- Emin Əmrullayev
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib
Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir

MDU aliminin rəhbərliyi ilə “Nur şəhərinin dil yaddaşı” adlı dialektoloji lüğət hazırlanıb

MDU aliminin rəhbərliyi ilə “Nur şəhərinin dil yaddaşı” adlı dialektoloji lüğət hazırlanıb

Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun rəhbərliyi ilə “Nur şəhərinin dil yaddaşı” adlı (“Elm və təhsil”, 2023-cü il) dialektoloji lüğət tərtib edilib.

Bu barədə "tehsilmedia.info"a MDU-dan məlumat verilib.

Lüğətdəki sözlərin toplanmasında MDU-nun müəllimləri ilə yanaşı “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr də yaxından iştirak ediblər. Onlar, Mingəçevirin yaşlı sakinləri ilə görüşüb, dialektoloji materiallardan, çap olunmuş lüğətlərdən, monoqrafiyalardan istifadə ediblər. Tələbələr ədəbi dilimizdə işlənməyən, lakin Mingəçevir şəhərin şivəsində mühafizə olunan mindən artıq söz bazası formalaşdırıblar.

Lüğətin sözlüyünə daxil olan sözlər bir daha sübut edir ki, Mingəçevir ərazisi qədim və əbədi türk yaşayış məskənidir. “Ön söz”də qeyd olunduğu kimi, yerli əhali ilə ətraf ərazilərdən vaxtilə köçüb gəlmiş və Mingəçevirin salınmasında bilavasitə iştirak etmiş insanların iş birliyi zaman keçdikcə həm də “dil birliyinə” çevrilmiş, daha döğrusu, vahid şəhər şivəsini formalaşdırmışdır.

Xalqımızın və dilimizin tarıxi ilə bağlı bir çox əlamətlər Mingəçevir şəhərin şivəsində qorunub saxlanılır. Bu şivədə işlənən qədim türk mənşəli sözlərin doğmaliğı insanı heyrətdə qoyur: “çalkeçir” (məhəccər), “de:cilik” (xəbərçilik), “dö:ürə” (məcməyti), “qıymaz” (xəsis), “micir” (zəif) və s.

Mingəçevir şəhər şivəsi kənd təsərrüfatına, maldarlığa, balıqçılığa və əmiçiliyə, meşəçilik,bağçılıq təsərrüfatına, ev və çöl heyvanlarına, ev əşyalarına, adət- ənənələrə dair zəngin terminoloji leksikası öz originallığı ilə fərqlənir.

Lüğətə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova və MDU-nun dosenti, filologiya elmləri doktoru Flora Namazova rəy veriblər. Lüğətdən MDU-nun “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında təhsil alan tələbələr başda olmaqla, magistrantlar, müəllimlər, tədqiqatçılar və eləcə də geniş oxucu kütləsi faydalan bilər. Lüğət dərs və tədqiqat vəsaiti kimi istifadə edilə bilər.

Qeyd edək ki, “Nur şəhərinin dil yaddaşı” (Mingəçevir şəhər şivəsinin qısa lüğəti, təkmilləşdirilmiş ikinci nəşr) AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər