Xəbər lentiwidget-title-icon

“Bu qədər azarkeşin önündə çıxış etmək daha məsuliyyətlidir”- Emin Əmrullayev
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib
Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir

BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

Aztəhsil.az xəbər verir ki, tədbirdə Milli Məclisin üzvləri, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib. Ardınca görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.

BMU-nun rektoru Yaqub Piriyev çıxışında bildirib ki, müasir və güclü Azərbaycanın qurulmasında müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Ulu Öndər uğurlu siyasi fəaliyyəti, nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq və məqsədyönlülük nəticəsində Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən dayanıqlı siyasi kursun müəllifinə çevrilib. Ölkəmizin yüksəlişinə verdiyi böyük töhfələr zəmanəsinin fövqündə dayanan bu unikal insanın adını dünya siyasi liderləri arasında xüsusi mövqeyə yüksəldib. Rektor Heydər Əliyevin Azərbaycana rəhbərliyinin tarixi xronologiyası üzrə danışaraq, çətin ideoloji mühitdə respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə əldə etdiyi uğurları önə çəkib. Qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başlanıb, xaos, vətəndaş qarşıdurması aradan qaldırılıb, sabitlik bərqərar olub, mühüm strateji qərarlar verilib. Ermənistan-Azərbaycan arasında atəşkəsə nail olunub, “Əsrin müqaviləsi” sazişinin imzalanması nəticəsində iqtisadi yüksəlişə zəmin yaradılıb və ölkənin beynəlxalq nüfuzu artıb. Bu siyasətin nəticəsi olaraq dövlət müstəqilliyi möhkəmləndirilib, ordu quruculuğu gücləndirilib və bütün sahələrdə dinamik inkişaf təmin olunub. Eyni zamanda vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, milli birlik prinsipinə söykənən mükəmməl idarəçilik modeli idi. Qeyd olunub ki, bu siyasi irs yalnız Azərbaycanın bugünkü inkişafının deyil, gələcək uğurlarının da əsasını təşkil edir.

Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında qeyd edib ki, müasir və qüdrətli Azərbaycanın təməlində məhz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. O vurğulayıb ki, siyasi məktəb və davamlı dövlətçilik strategiyası yaratmaq hər liderə nəsib olmur. Heydər Əliyev öz fəaliyyəti ilə xalqın milli maraqlarını qoruyan, dövlətin gələcəyini müəyyənləşdirən möhkəm siyasi irs formalaşdırmağa müvəffəq olub.

Daha sonra deputatlar Vüqar Rəhimzadə, Rizvan Nəbiyev və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış ediblər. Çıxışlarda Ulu Öndərin ölkənin iqtisadi inkişafı, milli hərbi kadrların hazırlanması, uğurlu xarici siyasət kursunun formalaşdırılması istiqamətindəki xidmətlərindən bəhs olunub. Bildirilib ki, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük hərbi Zəfərə imza atıb, regionda yeni reallıqlar formalaşdırıb və ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Çıxışlarda vurğulanıb ki, xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə və siyasi irsinə duyduğu ehtiyac zaman keçdikcə daha aydın hiss olunur. Natiqlər qeyd ediblər ki, Azərbaycanın bu gün əldə etdiyi bütün mühüm nailiyyətlərin əsasında məhz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Dahi şəxsiyyətlər öz əməlləri, ideyaları ilə yaşayırlar, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında, milli düşüncəsində və tarixində daim var olacaqdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər