Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir

Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Yüzillik” adlı tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, BDU rektoru Elçin Babayev ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edib. Rektor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin keçirilməsi haqqındakı Sərəncamı təkcə bu nüfuzlu təhsil ocağının fəaliyyətinə deyil, həm də ümumilikdə xalqımızın mədəniyyəti və incəsənətinə göstərilən böyük qayğının nümunəsidir: “ADMİU şərəfli inkişaf yolu keçmiş, dərin tarixi köklərə, ənənələrə malik, ölkəmizin peşəkar mədəniyyət və incəsənət işçiləri ilə zənginləşməsində mühüm rol oynayan, Azərbaycanın mədəni inkişafına dəyərli töhfələr verən nüfuzlu elm, təhsil və mədəniyyət ocağıdır. Azərbaycanı dünyada tanıdan məşhur sənətkarlar və böyük ustadlar məhz bu universitetin məzunu olmuşlar. Onlardan bir çoxu hazırda bu universitetdə uğurla çalışır, öz bilik və bacarıqlarını əsirgəmədən yeni sənətkarlar nəslinin formalaşmasında fəal iştirak edirlər. ADMİU təxminən Bakı Dövlət Universiteti ilə eyni dövrdə yaranıb, BDU-dan sonra universitet statusu alan ikinci universitetdir. Hər iki universitet publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu illər ərzində BDU ölkəmizi Azərbaycanda və dünyada uğurla təmsil edən elm, təhsil işçiləri, ictimai-siyasi xadimlər, ADMİU isə tanınmış mədəniyyət xadimləri yetişdirib”.

ADMİU-nun rektoru Ceyran Mahmudova qonaqpərvərliyə görə BDU rəhbərliyinə təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin müvafiq Sərəncamını xatırladan rektor bunun böyük məsuliyyət olduğunu qeyd edib. Ceyran Mahmudova ADMİU-nun 100 ildə Azərbaycan incəsənətinə saysız-hesabsız sənətkarlar bəxş etdiyini deyib, bu şərəfli missiyanın davam etdiriləcəyini bildirib.

Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər.

Konsert ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifası ilə başlayıb.

ADMİU-nun Xalq çalğı alətləri ansamblının, universitetin tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin, Xalq artistləri Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Teyyub Aslanov, Simarə İmanova, ADMİU-nun müəllimləri Səxavət Məmmədov, Fariz Baxşəliyev, Mustafa Aşurov, tələbələrin ifasında səslənən musiqi nömrələri alqışlarla qarşılanıb.

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər