Xəbər lentiwidget-title-icon

Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?
"İlk dəfə sənəd qəbulunda süni intellekt alətlərindən istifadə edirik" - Qədir Xəlilov
RFO nəticələri
DİM sədri təhsil ekspertləri ilə bağlı kriteriyaları AÇIQLADI
"Dövlət İmtahan Mərkəzi bu imtahanı keçirmir" - Məleykə Abbaszadə
BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi
Respublika Fənn Olimpiadalarında Azərbaycan məktəbləri üzrə ƏN çox medal qazananlar
5 yaşlı uşaqlar riyaziyyat üzrə 8 ölkə arasında 2-ci olub

Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT



Unutmayaq ki, insan kapitalının formalaşmasında, təhsil və əmək bazarı münasibətlərinin formalaşmasında ilkin və ən vacib addım səmərəli peşəyönümü işi, düzgün peşə seçimidir...”

“İndi Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin Məşğulluq Agentliyi qismən həmin işlə məşğuldur, amma bu, kifayət deyil...”

“ETN 10 il ərzində bizim QHT-nin heç bir təşəbbüsünü dəstəkləmədi, layihələrə kömək etmədi, amma dövlət büdcəsi hesabına verilən qrantları da ənənəvi olaraq dost-tanışın mənasız layihələrinə hədiyyə etdi...”

“Xəbər verildiyi kimi, DİM sədri Məleykə Abbaszadə "ASAN Radio"ya belə bir açıqlama verib:
“Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər...”
DİM sədrinin sözlərinə görə, gülməli, bəlkə də ağlamalı vəziyyətdir ki, riyaziyyat üzrə ilkin imtahanda aşağı nəticə göstərənlər belə birinci ixtisas qrupunu seçirlər. Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir...”

Siz bu məsələyə necə baxırsız, probelmin səbəblərini və çıxış yolunu nədə görürsüz?”

Bu sualla müraciət etdiyimiz tanınmış təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin rəhbəri İlham Əhmədov Moderator.az-a açıqlamasında Azərbaycanda abituriyentlərin ixtisas seçimi problemləri ilə bağlı aşağıdakı fikir və mülahizələri ifadə edib:

“Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi və bunun nəticələri səmərəsizdir, çox bərbad haldadır. Çünki uzun illərdir ki, məktəblərdə peşəyönümü, peşə maatiflənməsi, peşə seçimi üzrə uşaqlarla, demək olar ki, heç bir iş aparılmır. Uşaqlar sanki gözübağlı şəkildə peşə və ixtisas seçirlər. Bu işlə peşəkar məşğul olan mərkəzlər yox həddindədir.

Sovet vaxtı bu məsələlər daha yaxşı təşkil edilmişdi. İndi Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin(ƏƏSMN) Məşğulluq Agentliyi qismən həmin işlə məşğuldur, amma bu, kifayət deyil, həm də bu iş elmi səviyyədən çox uzaqdır. Onlar əsasən işsiz vətəndaşlar və yenidən peşə seçənlərıə işləyirlər. Məktəb şagirdləri onları çox da maraqlandırmır. Elm və Təhsil Nazirliyi isə həmişəki kimi, kənardan baxır problemlərə... Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) yaradılana qədər, yəni sovet dönəmində abituriyentlər hökmən sənəd verdikləri ali məktəbdə peşəyönümü müsahibəsindən keçməli idilər. Bu yaxşı ideya idi, amma bizdə çox pis təşkil edilmişdi. Belə müsahibəni psixoloq və peşəyönümü üzrə mütəxəssislər, xüsusi metodika ilə aparmalı idilər. Bizim reallıqda isə bunu fakultə dekanları edirdi, çox narazılıqlar yaranırdı. Belə narazılıqları həll etmək üçün 1992-ci ildə, bu məsələlərlə məşğul olan bir firma açdım. Təşəbbüs mənim idi. Təsisçi isə işlədiyim universiteti seçdim. Çünki o vaxt Nazirlər Kabinetinin qərarı var idi, ali məktəblərdə elm-təhsil yönümlü şirkətlər yaratmaq tövsiyə edilirdi (indi buna “spin- off” və ya “kiçik innovativ firma” da deyilir). Bizim firma peşə diaqnostikası işiləri aparırdı. Bu məqsədlə xüsusi “elektron psixodiaqnostika testləri” hazırlamışdıq. Abituriyent kompüter testinə cavab verməklə, hansı peşələrə nə dərəcədə meyl və marağının olmasını təyin edə bilirdi, cavab printerdə çap edilirdi. Daha sonra abituriyent bu cavabla dekanla peşəyönümü müsahibəsinə gedirdi...

1992-ci ildə biz bir neçə texnikum və ali məktəbdə belə elektron peşə diaqnostika xidmətləri təşkil etmişdik (qiyabi şöbəyə sənəd qəbulu gedirdi həmin aylarda). 2 ay sonra TQDK yarandı, yeni qəbul qaydaları tətbiq edildi, qəbul imtahanları testlə aparılmağa başlanıldı. Yeni qaydalarda peşəyönümü işi daha yox idi. Sonralar buna bir daha qayıdış olmadı... 2003-cü ildə ƏƏSMN-nin sifarişi ilə biz bu yöndə daha mükəmməl bir ekspert sistemi yaratdıq: “TUSİ_PROFİ” adlı. Həqiqətən, hamı çox bəyənmişdi bunu: sifarişçi təçkilat da, istifadəçilər də. Bu sistem ölkəmiz üçün o vaxt bir innovasiya idi, digər ölkələrdə olan analoji sistemlərdən daha mükəmməl və dəqiq idi. Sistem testlər əsasında gənclərə daha düzgün peşə seçməyə imkan verirdi. Bu testlər bir müddət ƏƏSMN saytında sərbəst istifadə üçün yerləşdirilmişdi. Sonralar sayt yeniləndi və yeni saytda bu sistem daha olmadı...

Təəssüf ki, heç vaxt, heç bir dövlət qurumu bizə bu məsələlərdə dəstək vermədi, işlərimiz davamlı olmadı. Bu işi elmi əsaslarla, ciddi tədqiqatlara əsaslanaraq qurmaq lazımdır. Təəssüf ki, bir çox məsələlər indi bu sahədə kor-təbii edilir. Bu səbəblərdən də abituriyentlərin ixtisas seçimi obyektiv, sistemli və elmi əsaslarla yox, təsadüfi və ya “təki tələbə olum, sonrasına baxarıq” prinsipi ilə həyata keçirilir... Çox vaxt da özünü “ekspert” adlandıranlar abituriyentlərə bu məsələdə pullu xidmətlər göstərir, “məsləhət”lər verirlər, amma bu kortəbii olduğu üçün faydasız olur. Nəticədə abituriyentlər çox vaxt sevmədiyi ixtisasa qəbul olunur və yaxşı mütəxəssis ola bilmir...

Bu sahədə fəaliyyəti 0-dan başlayaraq yenidən qurmaq lazımdır, hələ çox işlər görülməlidir. Bu işlə sistemli və davamlı məşğul olan qurumlar yaradılmalıdır. Bizim zaman-zaman müəyyən təkliflərimiz olub bu sahədə. Amma respublikada bu məsələləri müzakirə edib, çıxış yolu tapmaq üçün rəsmi bir mərkəz, qurum yoxdur ki, onlarla görüşüb ciddi müzakirələr aparaq...
Mən 2016-cı ildə bu məsələlərlə məşğul olan bir QHT də təsis etdim: “ Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyi adında. İndiki zamanda, təbii ki, ictimai əsaslarla ciddi heç nə etmək mümkün deyil. Amma ETN 10 il ərzində bizim QHT-nin heç bir təşəbbüsünü dəstəkləmədi, layihələrə kömək etmədi, amma dövlət büdcəsi hesabına verilən qrantları da ənənəvi olaraq dost-tanışın mənasız layihələrinə hədiyyə etdi...

QHT agentliyi isə hərdən cüzi qrantlar verir, amma belə cüzi maliyyə dəstəyi yalnız məktəblərdə epizodik olaraq maarifləndirici söhbətlər aparmağa çatır. Ciddi problemləri dərindən araşdırmağa və səmərəli, elmi həllər təklif etməyə bunlar kifayət deyil. Hal –hazırda mövcud elmi nailiyyətlər əsasında, beynəlxalq təcrübədən də faydalanaraq, süni intellekt əsaslı peşə seçimi sistemi qurmaq istəyirik. Bu layihəyə dövlət dəstəyi və ya sponsor köməyi olarsa, bu problem 1-2 ilə yüksək səviyyədə həll edilə bilər. Bu həm də xüsusi istedadlı uşaqlarla iş üçün əhəmiyyətli olacaqdır. Yəni, bu iş dövlət səviyyəsində həll edilməli məsələdir...

Amma belə ciddi məsələ demək olar ki, başlı başına buraxılıb. Unutmayaq ki, insan kapitalının formalaşmasında, təhsil və əmək bazarı münasibətlərinin formalaşmasında ilkin və ən vacib addım səmərəli peşəyönümü işi, düzgün peşə seçimidir..."

Oxşar xəbərlər


Bütün xəbərlər

Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?
"İlk dəfə sənəd qəbulunda süni intellekt alətlərindən istifadə edirik" - Qədir Xəlilov
RFO nəticələri
DİM sədri təhsil ekspertləri ilə bağlı kriteriyaları AÇIQLADI