100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
"Artıq bir gündür ki, birinci sinfə elektron qəbul başlayıb və yüz minə yaxın uşaq qeydiyyatdan keçib”.
Aztəhsil.az xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu, ciddi bir göstəricidir. Yüz minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib.
Qeyd edək ki, 1-ci sinfə qəbul prosesi mayın 6-dan başlayıb.



























