Xəbər lentiwidget-title-icon

“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə

Rəsədxana Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq əlaqələrini genişləndirir

Rəsədxana Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq əlaqələrini genişləndirir

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alimləri də iştirak edib və iki elmi məruzə təqdim ediblər. Məruzələrdən biri texniki, digəri isə elmi sessiyada dinlənilib.

Rəsədxanadan "tehsilmedia.info"a bildirilib ki, beynəlxalq konqresdə iştirakçılar ilə qlobal tendensiyalar, astronomiya sahəsində tərəfdaşlıq və əməkdaşlıq yolları müzakirə edilib. Qazaxıstanın Alma-Ata Dövlət Universitetindən olan alimlər rəsədxana ilə birgə elmi tədqiqatların aparılması üçün ŞAR-ın şəhər bölməsində olublar. Burada təşkil olunmuş elmi seminarda fizika və astronomiya üzrə fəlsəfə doktoru Gülnur Subebekova çıxış edərək astronomik materialların yeni üsulla emalı barədə məlumat verib. Çıxışın yekununda birgə əməkdaşlığın aspektləri müzakirə olunub.

Konfrans iştirakçıları, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına (Pirqulu) gediblər. Səfər zamanı Qazaxıstanın Fesenkov adına Astronomiya İnstitutunun direktoru Çingiz Ömərovun rəhbərliyi ilə qazaxıstanlı astronomlar, eləcə də Polşada astronomik cihazlar üzrə çalışan Yaroslav Malinovski rəsədxananın infrastrukturu ilə tanış edilib. Qonaqlara rəsədxanada aparılan elmi tədqiqat işləri, beynəlxalq qrantlar çərçivəsində görülən tədbirlər haqqında geniş məlumat verilib, astrofizika və kosmologiyanın qarşılıqlı maraq doğuran sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səmərəli keçən səfərin yekununda Fesenkov adına Astronomiya İnstitutu ilə Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlığın rəsmiləşdirilməsi, əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi üçün qarşılıqlı elmi ezamiyyətlərin təşkili və birgə elmi tədqiqatların aparılması üzrə ilkin razılıq əldə olunub. Həmçinin türkdilli dövlətlərin birgə Astronomiya Cəmiyyətinin təsis edilməsi ilə bağlı danışıqlar aparılıb və bu istiqamətdə birgə işlərə başlanması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər