Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb

Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir

TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib - FOTO

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti tərəfindən Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və İzmir Katib Çelebi Universiteti ilə birlikdə “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Katip Çelebi Universitetinin rektoru Saffet Köse, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ikili diplom proqramının təşkilat komitəsinin digər üzvləri, Ege Universitetinin rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Çıxış edən Zəfər Qurbanov tədbirin təşkilatçılarına təşəkkür edərək, Azərbaycan-Türkiyə dostluğunun əbədi və dəyərli olduğunu deyib. Rektor bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünya bilir. Bu qardaşlığın bariz nümunələrindən biri iki universitet arasında həyata keçirilən İkili diplom proqramıdır.

Necdət Budak Cümhuriyyətin 100-cü ildönümü ilə əlaqədar Türkiyədə ilk dəfə keçirilən konqresin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. Ege Universiteti 68 illik tarixi, ixtisaslı professor-müəllim heyəti, elmi işləri, fərqlənən tələbələri və məzunları ilə Türkiyəni elm işığı ilə işıqlandıran ali təhsil ocağıdır.

Sonra çıxış edənlər konqresin tədqiqatçılar və mütəxəssislər üçün həm nəzəri, həm də praktiki olaraq kənd təsərrüfatı elmi daxilində məhkəmə ekspertizası sahəsində ən son yenilikləri müzakirə etmək üçün ideal akademik platforma olduğunu deyiblər.

Konqresdə “Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri”, “Bioterrorizm”, “Aqroterrorizm”, “Narkotik İstehsal Olunan Bitkilər”, “Kənd Təsərrüfatı Fəlakətləri-Cinayət Axtarışı”, “Rəqəmsal Kənd Təsərrüfatı və Ədliyyə Mütəxəssisliyi” və “Kənd Təsərrüfatı Cinayətlərinin Araşdırılması” kimi bir çox araşdırma mövzularında sahənin mütəxəssisləri tərəfindən təqdimatlar edilib.

Bundan başqa, Daxili İşlər Nazirliyinin AFAD Koordinasiya Mərkəzi və SR Cinayət Axtarış maşınları da konqresdə iştirak edib.

Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib - FOTO
Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib - FOTO
Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib - FOTO
Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib - FOTO
Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər