Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

BDU 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində iştirak edir

BDU 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində iştirak edir

Bakıda keçirilən 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində ölkəmizdə astrofizika ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan yeganə kafedranın fəaliyyət göstərdiyi və ali təhsil müəssisəsi kimi 2023-cü ildən Beynəlxalq Astronavtika Federasiyasının yeganə üzvü olan Bakı Dövlət Universiteti (BDU) də iştirak edir. Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən sərgi pavilyonunda beynəlxalq kosmik şirkətlər və digər müvafiq təşkilatlarla yanaşı, BDU-nun da stendi nümayiş olunur.

Bu barədə "tehsilmedia.info"a BDU-dan məlumat verilib.

Stenddə BDU-nun son illər təhsil, elm, texnologiya sahələrində əldə etdiyi nailiyyətləri özündə əks etdirən xidmət və layihələr sərgilənir. Mütərəqqi innovativ texnologiya və süni zəka əsaslı yüksək texnologiyalar sahəsində bir-birindən maraqlı layihələrin interaktiv təqdim edilməsi, fərqli müsabiqələrin, ustad dərslərinin keçirilməsi nəzərdə tutulduğundan BDU-nun stendi müxtəlif ölkələrdən olan ziyarətçilər üçün maraqlı məkandır. Sərgi günlərində işgüzar görüşlərin keçirilməsi, səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması da planlaşdırılır. Sərgidə iştirak astrofizika, kosmos elmləri və texnologiyası sahələrində fəaliyyətin təşviqi, beynəlxalq əlaqələrin yaradılması, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi, 75-dən çox ölkədən 6 min yüksəkixtisaslı mütəxəssisin, o cümlədən 2500-dən artıq gəncin BDU ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.

BDU Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun İnstitusional üzvüdür və Beynəlxalq Astronavtika Akademiyasında təmsil olunur.

Qeyd edək ki, Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən tədbirə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb. Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

Bakıda Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər