Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

BDU 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır

BDU 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır

Bu il oktyabrın 2-dən 6-dək Bakı şəhərində dünya miqyasında ən mötəbər tədbirlərdən olan 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC-2023) keçiriləcək.

tehsilmedia.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2022-ci il 7 fevral tarixli Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın kosmos tarixinin formalaşmasında əvəzsiz xidmətlər göstərib, milli kosmik sənayenin qurucusu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” adlı Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi ölkəmizin həm elm, təhsil, həm də ictimai-siyasi həyatında mühüm və möhtəşəm hadisədir.

Beynəlxalq Astronavtika Konqresinin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizin qlobal kosmos sənayesinə sürətli inteqrasiyasının, kosmik sənayemizin inkişafının göstəricisidir.

Azərbaycanda Astrofizika ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan yeganə kafedranın fəaliyyət göstərdiyi və ali təhsil müəssisəsi olaraq 2023-cü ildən Beynəlxalq Astronavtika Federasiyasının yeganə üzvü olan BDU-nun bu mötəbər tədbirə qatılması, yaradılan imkanlardan faydalanması əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verəcək.

Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək sərgi pavilyonunda beynəlxalq kosmik şirkətlər və digər müvafiq təşkilatlarla yanaşı, BDU-nun da stendinin nümayiş olunması nəzərdə tutulub. Stenddə BDU-nun son illər təhsil, elm, texnologiya sahələrində əldə etdiyi nailiyyətləri özündə əks etdirən xidmət və layihələr nümayiş olunacaq. Mütərəqqi innovativ texnologiya və süni zəka əsaslı yüksək texnologiyalar sahəsində bir-birindən maraqlı layihələrin interaktiv təqdim edilməsi, fərqli müsabiqələrin, ustad dərslərinin keçirilməsi nəzərdə tutulduğundan BDU-nun stendi müxtəlif ölkələrdən olan ziyarətçilər üçün maraqlı məkan olacaq. Sərgi günlərində işgüzar görüşlərin keçirilməsi, səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması da planlaşdırılır. Sərgidə iştirak astrofizika, kosmos elmləri və texnologiyası sahələrində fəaliyyətin təşviqi, beynəlxalq əlaqələrin yaradılması, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi, 75-dən çox ölkədən 6 min yüksək ixtisaslı mütəxəssisin, o cümlədən 2.500-dən çox gəncin BDU ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.

BDU Azərbaycanın ali təhsil müəssisələri arasında sərgidə təmsil olunan yeganə universitetdir. BDU Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun İnstitusional üzvüdür və Beynəlxalq Astronavtika Akademiyasında təmsil olunur.

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə birgə Beynəlxalq Kosmos Hüququ İnstitutunun Direktorlar Şurasının üzvü, Qərbi Sidney Universitetinin fəxri professoru Steven Freeland və Almaniyanın Köln Universitetinin Hava Hüququ, Kiberhüquq və Kosmos Hüququ İnstitutunun direktoru, professor Stephan Hobenin Universitetin BDU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşü nəzərdə tutulur. Azərbaycanda kosmos hüququ elminin inkişafını təşviq etmək məqsədilə yüksək nüfuza malik beynəlxalq universitetlərin professorlarının belə interaktiv görüşünün BDU-da keçirilməsi kosmos sənayesi və peyk texnologiyası sahəsində uğurla inkişaf edən ölkəmizdə kosmos hüququ sahəsində ekspertlərin hazırlanmasına və bu fəaliyyəti tənzimləyən qanunvericilik bazalarının daha da dərindən tədqiq edilməsinə xüsusi töhfə verəcək. Yaxın gələcəkdə Kosmik Agentlik, BDU və Almaniyanın Köln Universitetinin Hava Hüququ, Kiberhüquq və Kosmos Hüququ İnstitutu ilə anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Bundan başqa, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı ölkəmizə səfər edəcək astronavtlardan ibarət rəsmi heyətin BDU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərin məqsədi bir çox kosmik missiyalarda olmuş astronavtların həyat və peşə təcrübəsi haqqında tələbələri və gənc alimləri maarifləndirmək, eləcə də təcrübə mübadiləsi zəminli müzakirələr aparmaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər