Xəbər lentiwidget-title-icon

Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR

Əlyazmalar İnstitutunun alimləri Səmərqənddə keçirilən beynəlxalq konqresdə iştirak ediblər- FOTO

Əlyazmalar İnstitutunun alimləri Səmərqənddə keçirilən beynəlxalq konqresdə iştirak ediblər- FOTO

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və həmin institutun Əlyazmaların elektron resurslar şöbəsinin müdiri, fil.ü.f.d., dosent Aynur Nəcəfova 5-8 noyabr 2023-cü il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən “Özbəkistanın mədəni irsi yeni intibahın təməlidir” mövzusunda VII beynəlxalq konqresdə iştirak ediblər.

Bu barədə "tehsilmedia.info"a institutdan bildirilib.

Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Ümumdünya Təşkilatının təşəbbüsü ilə təşkil olunan növbəti konqresin açılış mərasimində dosent Əzizağa Nəcəfzadə “Mərkəzi Asiyanın və Azərbaycanın muzey və kitabxanalarının kolleksiyalarında Özbəkistanın mədəni mirası” adlı müzakirə panelinin moderatoru qismində çıxış edib.

Növbəti gün “Ümumdünya Konqresinin layihələrində Mərkəzi Asiyanın muzey və kitabxanaları” mövzusunda keçirilən konfransda dosent Əzizağa Nəcəfzadə və dosent Aynur Nəcəfova “AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında mühafizə olunan Əlişir Nəvai əsərlərinin əlyazma nüsxələri” adlı məruzə ilə çıxış ediblər. Böyük özbək şairi, mütəfəkkiri və görkəmli dövlət xadimi Əlişir Nəvainin əsərlərinin Bakı nüsxələri, onların qorunması, tədqiqi, elektronlaşdırılması və təbliği istiqamətində icra olunan işlər barədə ətraflı məlumat verilən bu məruzə iştirakçıların böyük marağına səbəb olub, məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar.

7 noyabr 2023-cü il tarixində Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Ümumdünya Təşkilatının İdarə Heyətinin sədri, sənətşünaslıq ü.f.d. Firdovs Abdulxaliqov və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfzadə arasında görüş keçirilib. Görüşdə “Azərbaycanda qorunan Özbəkistanın mədəni irsi” adlı kitab-albomun siqnal nüsxəsi müzakirə olunub. Bildirilib ki, Ümumdünya Konqresinin VII qurultayında təqdim olunan bu nəfis nəşr cari il ərzində çapa hazırlanıb və kitab-alboma Əlyazmalar İnstitutunun mütəxəssisləri tərəfindən təsvir etdilən özbək müəlliflərinin əsərlərinin Bakı nüsxələri haqqında qısa məlumat və nadir yazılı materialların fotoşəkilləri də daxil edilib.

Həmin günün sonunda elmi biliklərin qarşılıqlı mübadiləsi və səmərəli işgüzar müzakirə şəraitində davam edən Konqresin təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Əlyazmalar İnstitutunun alimləri - Ə.Nəcəfzadə və A.Nəcəfova özbək mədəni irsinin qorunması, öyrənilməsi və təbliğindəki xidmətlərinə görə Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Ümumdünya Təşkilatının xüsusi sertifikatına layiq görülüblər. Tədbirin sonunda institut əməkdaşlarına milli özbək xalatları hədiyyə olunub.

8 noyabr tarixində Əlyazmalar İnstitutunun alimləri Konqres nümayəndələri üçün təşkil olunan Səmərqənd şəhərinin qədim və tarixi yerlərinə ekskursiyaya qatılıblar. Günün sonunda alimlərimiz Azərbaycan nümayəndə heyəti ilə birlikdə 8 Noyabr - Zəfər Gününü qeyd ediblər.

Əlyazmalar İnstitutunun alimləri Səmərqənddə keçirilən beynəlxalq konqresdə iştirak ediblər- FOTO

Əlyazmalar İnstitutunun alimləri Səmərqənddə keçirilən beynəlxalq konqresdə iştirak ediblər- FOTO

Əlyazmalar İnstitutunun alimləri Səmərqənddə keçirilən beynəlxalq konqresdə iştirak ediblər- FOTO

Əlyazmalar İnstitutunun alimləri Səmərqənddə keçirilən beynəlxalq konqresdə iştirak ediblər- FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər