Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
18 aprel 2026-cı il tarixində axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.
Məktəbdən AzEdu.az-a verilən məlumata görə, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.
Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.
Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır.



























