Xəbər lentiwidget-title-icon

Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək

Məktəbdənkənar təhsil müəssisələrində Anım Günü tədbirləri keçirilib - FOTO

Məktəbdənkənar təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Elm və Təhsil Nazirliyindən "tehsilmedia.info"a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini anmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarət olub.

Tədbirlər çərçivəsində müəssisələrin pedaqoji və şagird kollektivlərinin Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkına ziyarətləri təşkil olunub. Ziyarətlər zamanı şagirdlərə maarifləndirici məlumatlar verilib, 44 günlük zəfər yolundan bəhs edilib.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəblərində atletika, sərbəst güləş, şahmat, stolüstü tennis, futbol və dama idman növləri üzrə Anım Günü ilə bağlı yarışlar keçirilib, “dəyirmi masa”lar təşkil olunub, dərslərin 15 dəqiqəsi şəhidlərin anılmasına həsr olunub.

Uşaq-gənclər inkişaf mərkəzlərində “Vətən müharibəsi xatirələrdə”, "Zəfərə aparan tarix", “Şəhidlər unudulmur”, "Qəhrəman şəhid", "Misilsiz cəsarət", “Şəhidlər ölməz”, “Zəfər şəhidləri”, "Ölümsüzlük qazanan qəhrəmanlar", "Milli qürur tariximiz", “Tarixi unutmayaq” adlı “dəyirmi masa”lar, “açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri keçirilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsinin qəhrəmanları və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Məktəbdənkənar təhsil müəssisələrində Anım Günü tədbirləri keçirilib - FOTO

Məktəbdənkənar təhsil müəssisələrində Anım Günü tədbirləri keçirilib - FOTO

Məktəbdənkənar təhsil müəssisələrində Anım Günü tədbirləri keçirilib - FOTO

Məktəbdənkənar təhsil müəssisələrində Anım Günü tədbirləri keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər