Xəbər lentiwidget-title-icon

Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək

Tələbə gənclər Zəfər Günü və Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər keçiriblər

Tələbə gənclər Zəfər Günü və Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər keçiriblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı zəfərindən üç il ötməsi və 9 Noyabr - Bayraq Günü münasibətilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbirlər keçirilib.

tehsilmedia.info xəbər verir ki, ATGTİ və Tələbə Gənclər Təşkilatlarının 3000-dən çox fəalı Birinci Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və İkinci Fəxri xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edib.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ATGTİ, “İrəli” İB və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə “Bayraqdar” layihəsi çərçivəsində gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə görüşlər reallaşdırılıb. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərin xatirəsinin hörmət və ehtiramla anılması məqsədilə böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrində görüşlər keçirilib.

Həmçinin Gənclər Fondunun dəstəyi ilə reallaşan layihələr çərçivəsində Vətən müharibəsində qazanılan qələbə və Bayraq Gününün qeyd olunması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən “Qələbə”, “Müstəqilliyimiz Əbədidir”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Heydər Əliyevin şah əsəri: Müstəqil və qalib Azərbaycan” , “Uğura gedən yol”, “Dastana döndü” , “Bayraq günü”, xarici dillərdə müstəqil Azərbaycanın zəfəri haqqında tələbələrin məlumatlandırılması məqsədilə “Victory Day” adlı tədbir, “Qarabağ, sən azadsan!”, “Hərbi qənimətlər parkına ekskursiya”, “Zəfər ekskursiyası”, “Atadan-oğula” adlı dəyirmi masa, “Zəfər Günü” intellektual yarışı və bir çox müxtəlif istiqamətli görüşlər, konfranslar, konsert proqramları və dəyirmi masalar keçirilib.

Eyni zamanda tələbə gənclərin vətənpərvərlik, musiqi, intellektual oyunlar klubları, mədəniyyət klubları və debat klubları şəbəkələrinin təşkilatçılığı ilə silsilə tədbirlər reallaşıb. Vətənpərvərlik klubu tərəfindən “Qələbə rəmzi”, “Bayraq mənliyimdir”, “Unutmadıq, unutmarıq” adlı tədbirlər keçirilib. Mədəniyyət klubları şəbəkəsi tərəfindən müxtəlif videoçarxlar nümayiş etdirilib, şeirlər və vətənpərvərlik fonunda müxtəliflər tədbirlər, “Zəfər Debat turniri” adlı turnir təşkil olunub.

Həmçinin Xarici dillər klubları şəbəkəsi tərəfindən Bakı Slavyan Universitetində xarici və yerli tələbələrin iştirakı ilə Azərbaycan, onun tarixi və əlamətdar günləri haqqında ətraflı məlumatlar çatdırmaq məqsədilə ingilis və rus dillərində “Bayraq günü - Xarici tələbələrin gözündə” adlı tədbir, müəllim və tələbə kollektivinin iştirakı ilə zəfərimizin dünəni, bu günü və gələcəyi haqqında dəyirmi masalar keçirilib. Tarix klubları şəbəkəsi tərəfindən “Əsrin Fatehi” adlı tədbir, Zəfər gününə həsr olunmuş “Zəfər paradı” adlı intellektual yarış olmaqla müxtəlif layihələr reallaşdırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər