Xəbər lentiwidget-title-icon

“Bu qədər azarkeşin önündə çıxış etmək daha məsuliyyətlidir”- Emin Əmrullayev
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib
Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir

DİM-in sədri beynəlxalq konfransda iştirak edir

DİM-in sədri beynəlxalq konfransda iştirak edir

Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri DİM-in fəaliyyəti ilə bağlı elmi işlərin təqdimatını edəcəklər.

tehsilmedia.info xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

2023-cü il 24-29 sentyabr tarixlərində Yamaykanın paytaxtı Kinqston şəhərində Karib İmtahan Şurasının (CXC®) təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və kvalifikasiyaların rəqəmsallaşdırılması” mövzusunda 48-ci illik konfransı keçirilir.

Konfransda Mərkəzin əməkdaşları buraxılış imtahanında xarici dil fənninin dillər üzrə ümum-Avropa çərçivə sənədinə (CEFR) uyğunlaşdırılması istiqamətində aparılan araşdırmalar, “Şagird-məzun” Dövlət Elektron İnformasiya Sisteminin ümumtəhsil müəssisələrinin məzunlarının yekun attestasiyası və təhsil sənədlərinin verilməsində rolu, buraxılış və qəbul imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqları üzrə yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak edən mütəxəssislərin (markerlərin) fəaliyyətinin qiymətləndirilməsi mövzusunda çıxış edəcəklər.

Bundan əlavə, IAEA-nın hazırladığı “Təhsilin qiymətləndirilməsi ilə məşğul olan təşkilatlar üçün standartlar” əsasında 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin pilot layihə çərçivəsində özünüqiymətləndirmədə (həmçinin standartların təkmilləşdirilməsinə töhfənin verilməsində) iştirakı assosiasiyanın “Tanınma komitəsi” (IAEA Recognition Committee) tərəfindən yüksək qiymətləndirilib və bununla əlaqədar olaraq konfransın proqramında “Tanınma komitəsi”nin pilot layihə ilə bağlı ayrıca iclasında komitənin dəvəti üzrə DİM-in təcrübəsi təqdim olunacaq.

Karib İmtahan Şurası tərəfindən keçirilən builki konfrans zamanı aşağıdakı mövzular üzrə təqdimatlar edilir:

Böyük miqyaslı qiymətləndirmələrdə yeni təcrübələr;
Öyrənmə və qiymətləndirmədə sosial və emosional problemlər;
Qiymətləndirmədə yaranan etik təcrübələr və dilemmalar;
Tədqiqat və rəqəmsal qiymətləndirmənin gələcəyi;
Kvalifikasiyaların rəqəmsallaşdırılması və onların qiymətləndirilməsi üçün təşkilati modellər;
Kibertəhlükəsizlik, qiymətləndirmənin və kvalifikasiyanın dürüstlüyü;
Kurikulum islahatları: öyrənmə və qiymətləndirmənin rəqəmsal transformasiyaları.

Konfransın spikerləri Böyük Britaniya, Amerika, Kanada, İsrail, Malayziya, Niderland, Nigeriya və digər ölkələri təmsil edirlər. IAEA-nın 48-ci illik konfransı haqqında geniş məlumatı keçiddən əldə etmək mümkündür: iaea2023.org

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə illik beynəlxalq konfranslar təşkil edir. IAEA haqqında ətraflı məlumat: https://iaea.info/

Xatırladaq ki, DİM uzun illərdir biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı TQDK-nın təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. 2019-cu ildə isə DİM tərəfindən IAEA-nın 45-ci illik konfransı keçirilib və həmin tədbirdə 500-dən artıq xarici təşkilatın nümayəndəsi iştirak edib.

Oxşar xəbərlər

Bütün xəbərlər