Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO

Mədəniyyət

10-12-2023, 17:06

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO


Dekabrın 10-da Şuşa Hotel-Konqres Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

tehsil.media xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi.
Bağlanış mərasimində rəsmi şəxslər, ölkəmizdən və türk dövlətlərindən mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Türk dünyası rəssamlarının Şuşa sərgisi ilə tanış olublar.
Açılış nitqi söyləyən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, geniş tədbirlər planı hazırlanıb. "Paytaxt ili" çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, TÜRKSOY, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və digər qurumların dəstəyi ilə Şuşada, ölkəmizin müxtəlif guşələrində, eləcə də xaricdə silsilə tədbirlər keçirilib: "Bu tədbirlər Şuşanın mədəniyyət incisi kimi tanıdılması və təbliğinə xidmət etməklə yanaşı, dünyanın müxtəlif bölgələrində yaşayan türk xalqlarının ortaq dəyər və ənənələrini bölüşdüyü mədəniyyət platforması rolunu oynayıb. İl ərzində həyata keçirilən fəaliyyətləri təhlil edərkən həm TÜRKSOY təşkilatının instusional təkmilləşməsi, həm də türk dövlətləri arasında mədəniyyət əlaqələrinin inkişafı baxımından bir sıra irəliləyişlərə nail olunduğunu deyə bilərik. Belə ki, Azərbaycanın ənənəvi keçirilən “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı, TÜRKSOY üzv dövlətlərin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı toplantısı və Türk Dünyası Muzeylər Görüşünə ev sahibliyi etməsi ilə yanaşı, ilk dəfə gerçəkləşən TÜRKSOY Beynəlxalq Teatr Festivalı və Türk Dünyası Mədəniyyət Forumu dövlət başçıları tərəfindən mədəni əməkdaşlıq sahəsində qarşımıza qoyulan tapşırıqların uğurla həyata keçirilməsində mühüm rol oynayıb. Türk Dövlətləri Təşkilatının Astana şəhərində keçirilən 10-cu Zirvə görüşü zamanı dövlət başçılarımız mühüm platforma kimi I Türk Dünyası Mədəniyyət Forumunun uğurlu olduğunu və forumun mütəmadi təşkilini məqsədəuyğun hesab etdiklərini bildiriblər. Əminik ki, dost və qardaş dövlətlərimiz Türk Dünyası Mədəniyyət Forumuna növbəlilik prinsipi ilə ev sahibliyi edəcək, layihənin davamlı təşkilinə dəstək olacaqlar. Bu forum bizim ən əhəmiyyətli ortaq platformalarımızdan birinə çevriləcək".
Nazir deyib ki, bu il Türk dünyası üçün digər əlamətdar hadisələrdən biri Azərbaycan xalqının Ümummilli liderinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsidir. Bu tarixi hadisə Azərbaycanda və Türk dünyasında böyük təntənə ilə qeyd olunur. Çünki Ulu öndərin fəaliyyətində Türk dünyası ilə əlaqələrin gücləndirilməsi hər zaman xüsusi yer tutub: "Qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi TÜRKSOY ümumtürk mədəni irsinin mühafizə olunması, gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində önəmli xidmətlər göstərib. Təşkilatla əməkdaşlıq münasibətlərimiz hazırda ən yüksək səviyyədədir və Mədəniyyət Nazirliyi olaraq TÜRKSOY-un fəaliyyətinə dəstəyimiz bundan sonra da davam edəcək".
Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz 44 günlük Vətən müharibəsi və bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa olunub: "30 ilə yaxın işğal altında qalan və viran edilən torpaqlarımız Qarabağ və Şərqi Zəngəzura artıq həyat qayıdır. Dövlət başçısının qayğısı və diqqəti ilə tarixi-mədəni abidələr bərpa olunur, geniş miqyaslı tikinti işləri aparılır. Azərbaycan mədəniyyətinin böyük himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsin qorunmasına müstəsna töhfələr verilir. Bir sözlə, Şuşanın ənənəvi mədəni mühiti yenidən dirçəlir. Mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməklə yanaşı, Şuşanın tarixi və mədəniyyətinin ölkə xaricində təbliği istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra layihələr həyata keçirilir".
Nazir diqqətə çatdırıb ki, bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub. "Bu qərar İslam mədəniyyətinin zənginliklərini özündə dolğun şəkildə təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu baxımdan, növbəti ildə keçiriləcək tədbirlərlə İslam dünyası Şuşa şəhərində toplanacaq və müsəlman aləminin qəlbi bu şəhərdə döyünəcək", - deyə Adil Kərimli əlavə edib.
Nazir çıxışının sonunda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkilinə və töhfələrinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinə, TÜRKSOY Katibliyinə, əlaqədar qurumlara və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" estafetini təhvil alması müasibətilə Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovu təbrik edən Adil Kərimli yeni "paytaxt" Anev şəhərində keçiriləcək tədbirlərdə uğurlar arzulayıb.
Nazir Atageldi Şamıradov Anev şəhərinin 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilən Anev şəhərində keçiriləcək tədbirlər haqqında məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin böyük şərəf və qürurverici hadisə olduğunu bildirib. Dövlətimiz tərəfindən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri haqqında danışan Aydın Kərimov şəhərdə mədəni infrastrukturun yaradılmasının da diqqətdə saxlanıldığını söyləyib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qonaqlara qurumun baş katibi Sultan Raevin salamlarını çatdırıb, onun çıxış mətnini səsləndirib.
Tədbir çərçivəsində nümayiş olunan Türk dünyası rəssamlarının sərgisi haqqında məlumat verən E.Qafarlı sərgidə yer alan 12 rəssamın əsərinin Şuşaya hədiyyə ediləcəyini vurğulayıb.
Çıxışlardan sonra "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi olub - FOTO

Oxunub: 311
Paylaş:
Digər xəbərlər

Mədəniyyət / Gündəm

10-12-2023, 14:20

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir

Mədəniyyət

25-09-2023, 14:57

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

Dünya

19-10-2023, 11:43

Özbəkistanda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dildə ensiklopedik nəşr çapdan çıxıb

Mədəniyyət

21-11-2023, 13:21

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

Mədəniyyət

11-11-2023, 18:39

Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedəcək, Şuşa ilə bağlı tədbirlərə qatılacaq

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 18:26
Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
Bugün, 17:33
UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
Bugün, 17:33
UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
Bugün, 17:32
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
Bugün, 17:31
Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
Bugün, 17:30
DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 18:26
    Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
  • Bugün, 17:33
    UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
  • Bugün, 17:33
    UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
  • Bugün, 17:32
    Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
  • Bugün, 17:31
    Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
  • Bugün, 17:30
    DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
  • Bugün, 17:29
    Azad Qarabağın elmi təməli necə qoyulur? Qarabağ Universitetindən REPORTAJ
  • Bugün, 17:29
    Çin Xalq Respublikasına səfər çərçivəsində "Huawei" şirkəti ilə görüş baş tutub
  • Bugün, 17:28
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Bugün, 14:10
    Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
  • Bugün, 14:09
    AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır
  • Bugün, 14:08
    Güllələnən müəllim evə buraxılıb? - TƏBİB-dən CAVAB
  • Bugün, 14:08
    Azərbaycanda təhsil alan əcnəbilərin ən çox seçdiyi İXTİSASLAR
  • Bugün, 14:07
    Səhiyyə Nazirliyi uşaqlar üçün tibbi aksiya keçirib
  • Bugün, 14:06
    Azərbaycan Universitetinin əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub
  • Bugün, 09:22
    Dərslik müəllifləri Qərbi Azərbaycan İcmasında görüşəcəklər
  • Bugün, 09:21
    Nazirlik və Cambridge əməkdaşlığı elmi nəşrlərə çıxışı genişləndirir
  • Bugün, 09:21
    DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
  • Bugün, 09:20
    Son 3 ildə yüksək bal toplayanlar rekord sayda ARTIB - STATİSTİKA
  • Dün, 21:48
    Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
  • Dün, 14:30
    Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA
  • Dün, 14:29
    Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək
  • Dün, 14:28
    Akademik bilik yetərli deyil: şagirdlərin emosional inkişafı NƏZƏRƏ ALINMIR
  • Dün, 14:28
    Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ
  • Dün, 14:26
    Zaur İsayev: Akademiklərin dərsliklərə münasibəti zəifdir
  • Dün, 13:15
    Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
  • Dün, 08:49
    Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
  • Dün, 08:47
    Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb
  • 11-02-2026, 20:21
    Hüquq sahəsində maraq azalır, kadr tələbi qalır - “Praktiki bacıqlar yetərsizdir”
  • 11-02-2026, 20:19
    Bütün müəllimlər dərsliklərə rəy verə bilər - İZAH
  • 11-02-2026, 20:18
    İbtidai sinif dərslikləri psixoloqlarla hazırlanır
  • 11-02-2026, 20:17
    Dərsliklər yeganə bilik mənbəyi DEYİL
  • 11-02-2026, 20:17
    MİQ və sertifikasiya: psixoloji suallara da yer verilməlidir?
  • 11-02-2026, 20:16
    Dərslik müəllifləri həm məktəb, həm universitet təcrübəsi ilə seçilir
  • 11-02-2026, 20:15
    Prezident: Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir
Daha çox
Dün, 21:48
Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
8-02-2026, 16:13
​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
10-02-2026, 15:33
Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
10-02-2026, 15:11
ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
Dün, 08:49
Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
Dün, 13:15
Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə