Xəbər lentiwidget-title-icon

Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR

BMU-İNHA ikili diplom proqramına növbəti tədris ili üçün sənəd qəbulunun tarixləri açıqlanıb

BMU-İNHA ikili diplom proqramına növbəti tədris ili üçün sənəd qəbulunun tarixləri açıqlanıb

5 iyun – 9 avqust 2023-cü il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universitetinin bakalavriat səviyyəsi üzrə beynəlxalq ikili diplom proqramına (İDP) növbəti tədris ili üçün onlayn qeydiyyat həyata keçiriləcək.

Bu barədə "tehsilmedia.info"a Elm və Təhsil Nazirliyindən bildirilib.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universitetinin təşkil etdiyi daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri (BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər) iştirak edə bilərlər.

Bununla yanaşı, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı keçiriləcək riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidirlər. Daxili imtahanda iştirak üçün namizədlər tələb olunan sənədləri 5 iyun 2023-cü il tarixindən aktiv olacaq "Onlayn anket forması”na yükləməlidirlər. Sənədlərin son qəbul tarixi 9 avqust saat 23:55-dir.

BMU-İNHA İDP çərçivəsində 12 avqust 2023-cü il tarixində həyata keçiriləcək daxili imtahanın nəticələri 17 avqust 2023-cü ildə elan ediləcək.

İngilis və koreya dillərində 4 il müddətində həyata keçiriləcək ikili diplom proqramı informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisaslarını əhatə edir. Proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində tədris olunması nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.

Təhsilalanların Koreyada 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də "2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqram məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Ətraflı məlumat elandan əldə oluna bilər.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində ikili diplom proqramına informasiya texnologiyaları ixtisası üzrə 35, elektronika mühəndisliyi ixtisası üzrə 35, elektrik mühəndisliyi ixtisası üzrə 28, inşaat mühəndisliyi ixtisası üzrə isə 25 nəfərin qəbulu nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər