Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib - FOTO

Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib - FOTO

Koreya Respublikasına (Cənubi) səfər çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev İNHA Universitetinin rektoru Cho Myeong Voo ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, BMU-dan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi görüşdə İNHA Universitetin rektoru Cho Myeong Voo Yaqub Piriyevi yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Rektor iki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsində olan əməkdaşlığın xüsusi payının olduğunu vurğulayıb. O, hazırda BMU-İNHA ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcəkdə də inkişafına birbaşa töhvə verəcəyinə inandığını sözlərinə əlavə edib.

BMU-nun rektoru Yaqub Piriyev səmimi görüşə və təbriklərə görə minnətdarlığını bildirib. Rektor çıxışında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmi, ikili diplom proqramlarının tətbiqinin üstünlükləri barəsində danışıb. BMU-İNHA İDP-nin icrası üçün dövlət səviyyəsində atılan addımları vurğulayan Yaqub Piriyev 2023-cü il ərzində İDP çərçivəsində İNHA Universitetində təşkil olunmuş “Fakültə təlimi” və “Yay məktəbi’” zamanı həm professor-müəllim heyətinə, həm də tələbələrə yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya təşəkkürünü bildirib. BMU-İNHA İDP-nin uğurlu icrasından məmnunluğunu ifadə edən Yaqub Piriyev həmkarını Azərbaycana dəvət edib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Sonra Azərbaycan nümayəndə heyəti İNHA Universitetinə sahə gəzintisində iştirak edib. Gəzinti zamanı, universitetin maddi-texniki bazası, kitabxanası, laboratoriyaları, yeməkxana və yataqxanalarında yaradılmış şərait barəsində məlumat verilib.

Rektor Yaqub Piriyev İDP çərçivəsində İNHA Universitetində 4-cü kurs təhsil alan tələbələrin yataqxana şəraiti ilə də tanış olub. Tələbələrin qayğıları ilə maraqlanan rektor onların həlli istiqamətində öz tövsiyə və təkliflərini bildirib.

Qeyd edək ki, Koreyaya işgüzar səfərin əsas məqsədi BMU-İNHA İDP-nin Rəhbər Komitə iclasında iştirak etməkdir. Bundan əlavə, nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyində olub, həmçinin İNHA Universitetində təhsil alan BMU-İNHA İDP-nin 61 nəfər tələbəsi ilə görüşüb.

Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib - FOTO

Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər