Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

“Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradır.

AzEdu.az xəbər verir ki, BMU bu müasir və strateji əhəmiyyət daşıyan ixtisası ölkəmizdə tədris edən ilk universitetlərdən biridir.

Süni intellekt (AI) texnologiyalarının sürətli inkişafı bir çox sənaye sahələrində bu ixtisasın mühəndislərinə olan tələbatı durmadan artırır. “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası tələbələrə alqoritmlər, maşın öyrənməsi, dərin öyrənmə, neyron şəbəkələr və digər qabaqcıl texnologiyalar sahəsində peşəkar bilik və bacarıqlar qazandırır.

Məzunlar süni intellekt sistemlərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi sahələrində fəaliyyət göstərə, eləcə də müxtəlif sahələr üzrə ağıllı qərarverici sistemlər üzərində işləyə biləcəklər. Maliyyə, bank, səhiyyə, sənaye, nəqliyyat, kibertəhlükəsizlik, oyun sənayesi və digər texnoloji sahələrdə AI mühəndislərinə böyük ehtiyac var.

Təhsil müddətində tələbələr Python, TensorFlow, PyTorch, SQL, C++ və digər proqramlaşdırma alətləri ilə işləməyi öyrənəcək, layihələr və beynəlxalq komanda işi üzrə praktiki təcrübə qazanacaqlar. Tədrisin ingilis dilində aparılması isə beynəlxalq layihələrdə iştirak və qlobal karyera imkanlarını genişləndirəcək.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Proqramın tədrisi 3+1 modelinə əsaslanır: 3 il BMU-da, 1 il isə Koreya Respublikasının İNHA Universitetində keçirilir. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Süni intellekt mühəndisliyi”, BMU tərəfindən isə “Kompüter elmləri” ixtisası üzrə bakalavr diplomları təqdim edilir. Bu ixtisas üzrə məzunlar süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, proqramçı, proqram təminatı üzrə mühəndis, data analitik və digər vəzifələrdə çalışmaq imkanına malik olacaqlar.

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak, habelə təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən qarşılanır. Proqram məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan vətəndaşı olan, 2025-ci ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 25 nəfər tələbə “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən Riyaziyyat, Fizika, İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir. Sənədlərin son qəbul tarixi 09.08.2025- il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan 11 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 15 avqust tarixində elan ediləcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştiraklarını təmin etmək üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.

Oxşar xəbərlər

Bütün xəbərlər