Xəbər lentiwidget-title-icon

Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR

BMU-İNHA ikili diplom proqramına yeni tədris ili üzrə qəbul imtahanı keçirilib

BMU-İNHA ikili diplom proqramına yeni tədris ili üzrə qəbul imtahanı keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 2023/2024-cü tədris ili üzrə bakalavriat pilləsinə qəbul imtahanı keçirilib.

BMU-dan "tehsilmedia.info"a bildirilib ki, İNHA Universitetinin nümayəndələri tərəfindən təşkil olunmuş imtahanda 246 nəfər iştirak edib. Üç saat davam edən imtahan 3 hissədən ibarət olub. Birinci hissədə namizədlər imtahan qaydaları haqqında məlumatlandırılıb, digər iki hissədə isə riyaziyyat, fizika və ingilis dili fənni üzrə olan sual tapşırıqlarını cavablandırıblar.

Daxili imtahan nəticələrinin avqustun 17-də açıqlanması planlaşdırılır.

2023/2024-cü tədris ilində informasiya texnologiyaları, elektrik mühəndisliyi, elektronika mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə ümümilikdə 123 nəfər tələbənin qəbulu planlaşdırılır. BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilir, Dövlət İmtahan Mərkəzində rəsmi olaraq qeydiyyata alınır. 3+1 modelinə əsaslanan proqrama görə, tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçiriləcək. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edəcəklər.

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də  “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.

Qəbul prosesi 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP çərçivəsində hazırda 270-dən çox tələbə təhsil alır.

Xatırladaq ki, 2022/2023-cü tədris ilində BMU-İNHA İDP-yə qəbul üzrə yüksək göstəricilər əldə edilib və yüksək müsabiqə vəziyyəti bütün ixtisaslar üzrə qeydə alınıb. İDP çərçivəsində oxumaq şansı əldə etmiş 116 tələbənin 50 nəfəri 500-600 arası, 49 nəfəri isə 600 baldan çox nəticə göstərmiş abituriyentlərdir. Bu da son iki qəbul ili ilə müqayisədə 500 və 600 bal toplayan tələbələrin say nisbətində müvafiq olaraq, 58% və 54% artım deməkdir.

Yüksək nəticələr bir daha təsdiq edir ki, BMU-İNHA İDP-nin fəaliyyət planının icrası nəticəsində əsas keyfiyyət göstəricilərindən biri olan daha istedadlı və yüksək bal toplamış tələbələrin proqrama cəlbi uğurla təmin olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər