Xəbər lentiwidget-title-icon

Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək

Abituriyentlər ixtisas seçərkən bu nüanslara diqqət etsinlər! – Vacib tövsiyə

Abituriyentlər ixtisas seçərkən bu nüanslara diqqət etsinlər! – Vacib tövsiyə

Kamran Əsədov: “Elə ixtisaslar var ki, yaxın onillikdə onlara tələbat azalacaq, bir çoxuna isə daha da artacaq”

Universitetə qəbul olunmaq hər bir abituriyentin arzusudur. Amma bu işdə düzgün ixtisas seçimi olduqca vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdən biridir. Çünki abituriyentlərin öz istəyinə adekvat ixtisas seçimi onun gələcək fəaliyyətində ciddi intişara yol aça bilər.

Bəs abituriyentlər ixtisas seçimində hansı nüanslara diqqət yetirməlidirlər ?

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hər bir abituriyent seçə biləcəyi universitetləri və ixtisasları qabaqcadan dəqiqləşdirməlidir:

“ Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Deməli, düzgün peşə seçimi etmək həm özümüz, həm də cəmiyyətimiz üçün faydalıdır. Peşə, ixtisas seçərkən abituriyentlər bu nüanslara diqqət etməldir:

İxtisas seçərkən hər şeydən öncə hər adamın yox, bu işin mütəxəssisi olan pedaqoq və təhsil ekspertlərinin məsləhətini dinləməli, analiz etməli, sonda isə özünüz qərar verməlisiniz. Öz istədiyinizi seçməlisiniz.

Abituriyentlər ixtisas seçərkən bu nüanslara diqqət etsinlər! – Vacib tövsiyə

Bundan başqa, valideynlərin övladlarının peşə seçiminə kəskin müdaxilə etməsi yanlış davranışdır. Onlar sadəcə məsləhət verməli, yol göstərməlidirlər. Heç bir valideyn öz övladına ixtisas seçimi prosesində təzyiq etməməlidir. Məsələn, “Mən həkim ola bilmədim, sən mütləq olmalısan” və s. bu kimi fikirlərlə övladını yormamalıdır.

Həmçinin, abituriyentlər seçəcəyi peşə və ixtisaslar haqqında əvvələcədən dərin məlumata və bilgiyə sahib olmalıdırlar.

Eyni zamanda, təhsil alacağınız ixtisasın gələcəkdə yerli və beynəlxalq iş dünyasında nə qədər əhəmiyyətinin olacağını, sizə maddi-mənəvi nə qazandıra biləcəyini indidən araşdıraraq seçim etməlisiniz. Elə ixtisaslar var ki, yaxın onillikdə onlara tələbat azalacaq, bir çoxuna isə daha da artacaq. Ona görə də diqqətli olmalı, ciddi araşdırmalar aparmalısınız.

Bununla yanaşı, bəzən abituriyent 600-dən çox bal toplayır, müəllimlik ixtisasına yiyələnmək istəyir, valideyn isə buna ciddi şəkildə etiraz edir, bu balla mütləq 600 ballıq “prestijli” bir ixtisasın seçilməsini övladından tələb edir. Abituriyent isə valideyninin tələbi qarşısında həmin ixtisası istəməyərək seçir. Bu ixtisası həvəssiz və könülsüz oxuyur, sonra isə həmin ixtisas üzrə mütəxəssis ola bilmir.

Daha sonra abituriyentlər ixtisas seçərkən mütləq öz xarakterlərinə dərindən bələd olmalıdır. Xasiyyətlərinin seçdikləri peşə ilə uyğun olub-olmadığına baxmalıdırlar. Bunun üçün fərqli psixoloji testlərdən keçməli, psixoloq və pedaqoqlarla məsləhətləşməlidirlər. Bütün bunlar kompleks şəkildə onlara özlərini tanımaqda yaxından kömək edəcək.

Bundan başqa, valideyn və müəllimlər abituriyenti yaxından tanımalı, onun psixoloji və fizioloji bacarıq və vərdişlərini bilməli, ona uyğun olaraq məsləhət verməlidirlər. Məsələn, çox səbirli və təmkinli olan bir gəncə müəllimlik, vəkillik və s. ixtisasları tövsiyə etmək olar”.

Ekspert 1-ci qrupu seçən qızların ixtisas seçimində çox diqqətli olmalarını qeyd edib:

“Təbii ki, ixtisas seçimi zamanı abituriyentlərin istəkləri nəzərə alınmalıdır. İxtisasların bala uyğun olub-olmamağı, ixtisasın prespektivi nəzərə alınmalıdır. Tutaq ki, Azərbaycan Texniki Universitetinin 30-dan çox ixtisasına 200-250 balla qəbul ola bilərsiniz. Amma bu ixtisaslar perspektivlidirmi, əmək bazarında buna ehtiyac varmı, bitirəndən sonra iş tapa biləcəksinizmi bunları düşünməlisiniz. İxtisas uyğunluğu olmalıdır. Biz bəzən görürük ki, qız şagirdlər materialşünaslıq, mexanika kimi əmək bazarında daha daha çox oğlanların özünü göstərəcəyi ixtisası seçirlər. Bu doğru yanaşma deyil. Xüsusilə 1-ci qrup üzrə ixtisas seçimi edən qızlar ehtiyatlı olmalıdırlar ki, həmin ixtisası oxuya biləcəklərmi? Xüsusən Texniki, Memarlıq və İnşaat, Neft və Sənaye universitetini seçən qız abituriyentlər ixtisasların profilinə, prespektivinə baxmalıdırlar. Onlara məsləhət verən şəxslər yüksək pul müqabilində həmin ixtisas seçimini həyata keçirirlər. Sonra da məsuliyyətlərini kənara qoyurlar. Digər tərəfdən təkcə seçmək yox, elektron ərizəni doldurub, təsdiq etmək lazımdır. Bəzən görürük ki, həmin şəxslər elektron ərizəni doldurub, lakin yaddan çıxarıb təsdiq etmirlər.Ona görə də, proses mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bütün valideynlərə tövsiyə edirəm ki, DİM-in ödənişsiz məlumat mərkəzlərinə müraciət etsinlər”.

Oxşar xəbərlər

Bütün xəbərlər