Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

70 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali təhsil müəssisələrinə ixtisas seçiminin bitməsinə son 2 gün qalıb. Seçim bütün ix­ti­sas qrupları üzrə 19 avqust saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, hazırkı vaxtda 66720 nəfər ixstisas seçimi edib.

Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib.

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları (Bakı şəhəri və DİM-in regional bölmələri üzrə)

Rayon Təhsil Sektorları və məktəblərdə fəaliyyət göstərən Səyyar Məsləhət Mərkəzləri

Oxşar xəbərlər

Bütün xəbərlər