Bakıda ötən dərs ili 15 məktəbdə “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub

Paytaxtdakı 15 təhsil müəssisəsində ötən dərs ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.
Bu barədə "tehsilmedia.info"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302 və 321 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.



























