Xəbər lentiwidget-title-icon

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

Təbii şəfa mənbəyi-Bağayarpağının möcüzəli faydaları

Təbii şəfa mənbəyi-Bağayarpağının möcüzəli faydaları

Azərbaycanda yabanı halda bitən bağayarpağının 13 növü var ki, onlardan 7-si təbabətdə işlədilir. Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Bağayarpağı qiymətli bitkilərdən hesab olunaraq, xalq təbabətində geniş tətbiq edilir.
Həkim-fitoterapevt Füzuli Hüseynov Millitv.az-a açıqlamasında xalq təbabətində bağayarpağının istifadə üsullarından ətraflı məlumat verərək bildirib ki, gec sağalan yaraların, həmçinin qastrit, zob, bronxit və şəkər xəstəliklərinin müalicəsində bu bitkidən istifadə olunur.
Gec sağalan yaralarda - əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik xoralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar varsa, belə bir reseptdən istifadə edə bilərsiniz: bağayarpağının təzə yarpaqlarını dərin, yuyun, üstünə inək yağını çörək üzərinə çəkilən yağ kimi çəkin, sonra dürmək kimi bükün. Nazik məftillə bağlayın ki, açılmasın, sonra yanmayan folqaya bükün və közün içinə basdırın (və ya 50-60 dərəcə sobada 20 dəqiqə saxlayın). 20 dəqiqədən sonra yarpaqları folqanın arasından çıxarın, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin.

Təbii şəfa mənbəyi-Bağayarpağının möcüzəli faydaları

Xatırladım ki, bu reseptdən çöl şəraitində yaşayan insanlar və əsgərlərimiz istifadə edə bilərlər.Qastritdə və kolitdə - qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur, stəkana tökülür, üstünə yarım stəkan təmiz su əlavə olunub blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir və ya təzə bağayarpağı dərilir, yuyulur 2 saat suda saxlanılır, sonra şirəçəkəndən keçirilir, şirəsi çıxarılır. Gündə üç dəfə istifadə edildikdə bağayarpağının tərkibində olan bioloji aktiv maddələr sürətlə yaranın sağalmasına səbəb olur.
Zob düyünlərində - zob düyünlərini əritmək üçün bağayarpağı yığılır, ətçəkən maşından keçirilir və zobun üstünə qoyulur. Belə sarğını gündə 1 dəfə qoyub 2-4 (dərinin həssaslığından asılı olaraq əgər səpgi verməsə 4 saat saxlaya bilərsiniz) saat müddətində saxladıqda, zob düyünləri əriyir.
Babasildə - 0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat blenderdə xırdalanmış təzə bağayarpağı, yenə bir qat yağ və bağayarpağı sıra ilə tökülür, çalışın qatların qalınlığı 1 santimetrdən çox olmasın və ən axırıncı sıra yağ olsun. Qışda qızdırıcının üstündə, yayda günəş görən pəncərədə 1 həftə saxlayın. Sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin, babasil düyünləri əriyəcək.
Daban mahmızında - daban mahmızı varsa, axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban altına qoyulur, 3-4 saat (və ya yatanda ayaq altına bağlanılır səhərə qədər) saxlanır. Səhərlər isə axşama qədər 1 ədəd enliyarpaq bağayarpağı daban üzərinə qoyulur, nazik tənziflə bağlanır və corab geyilir. Bunu gündüzlər 3-4 saat saxlamaq faydalıdır.

Şəkər xəstəliyində - bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bağayarpağı tozu bir stəkan qatıq və ya kefirə qarışdırılaraq yeyilir (və ya 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir). Bronxitdə - enliyarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan suda və ya süddə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.

Təbii şəfa mənbəyi-Bağayarpağının möcüzəli faydaları

Oxşar xəbərlər

Bütün xəbərlər