Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti

Bu gün Azərbaycan məktəbləri təhsil ocağı yox, sanki bir cəza düşərgəsinə çevrilib. Bu bəlanın başında isə Eşqi Bağırov və onun "idarəetmə" komandası dayanır. İslahat adı altında müəllimi əzən, təhsili isə uçuruma aparan bu sistemin iç üzü artıq hamıya məlumdur.

Sual Hazırlama Oyunu: ARTİ-dən Niyə Alındı?

Hamı soruşur: Sual yazmağı elmi mərkəzdən (ARTİ) alıb niyə MÜTDA-ya verdiniz? Cavab sadədir: Nəzarəti ələ keçirmək! Suallar üzərində hakimiyyət qurmaqla, imtahan nəticələri ilə oynamaq və istədikləri adamı "savadlı", istəmədiklərini isə "savadsız" çıxarmaq daha asan olur. Bu, təhsil yox, tam mənası ilə bir manipulyasiya alətidir. Nurlan İsmayılbəyli və Eşqi Bağırovun birgə oyunları daha asan idarə etməsinə hərtərəfli şərait yaradılır.

Vakansiya Bazarı: Gizlədilən yerlər, satılan ümidlər

Müəllimlərin ən böyük etirazı vakansiyaların gizlədilməsidir. Şəffaf sistemdən dəm vuranlar, əslində pərdə arxasında Nurlan İsmayılbəyli kimi şəxslərin əli ilə yerləri "tənzimləyirlər".
​Yaxşı yerlər kimlər üçünsə gizlədilir.
​Müəllim ən yüksək balı yığsa da, ona "yer yoxdur" deyilir.
​Amma "tapşırığı" və ya "imkanı" olanlar bir anda boş yer tapırlar.
Bu, müəllimin zəhmətinə qarşı edilən ən böyük xəyanətdir.

36 Maddəlik cəfəngiyyat: Məktəb yoxsa Həbsxana?
​Sinifdə müəllimin nüfuzunu qorumaq əvəzinə, MÜTDA yuxarıdan 36 maddəlik mənasız qaydalar göndərir. Hər sinfin öz ruhu olar, 3-5 dənə konkret qayda kifayətdir. Amma bunlar kağız üzərində "işləyirik" görüntüsü yaratmaq üçün müəllimi bürokratiya içində boğurlar. Müəllim dərsmi keçsin, yoxsa bu 36 maddəlik cəfəngiyyatın keşiyini çəksin?
Təsəvvür edin, bir uşaq, bir müəllim o qaydaları bilmir. Soruşsan nə işə yarayır, nə yazıblar bilmir. Valideynin xəbəri yoxdur. Amma gəl gör ki, MÜTDA məcburi divarlara asdırıb.

​Direktorluq: Pulunu ver, kresloya otur!

Məktəblərdə zorakılıq baş alıb gedir, şagird müəllimi saymır. Niyə? Çünki rəhbərlik zəifdir. Guya gəncləşdirmə siyasəti aparırlar, amma fakt ortadadır: Kim pulunu verir, o da direktor olur. Məktəbi bazar kimi idarə edən direktor üçün müəllimin şərəfi yox, gətirdiyi qazanc önəmlidir.

Bitməyən maddi maraqlar
​Eşqi Bağırovun rəhbərliyi dövründə təhsilin keyfiyyəti yox, qurumun "maddi maraqları" ön plana çıxdı. Müəllimi məhv etmək, onu hər gün yeni bir qərarla qorxu altında saxlamaq təhsil deyil, zülmdür. Məktəblərimiz günü-gündən bərbad hala düşür, savadlı kadrlar sistemdən qaçır, qalanlar isə aşağılanır.

Təhsil sistemini bu hala salanlar bilməlidir ki, müəllimin ahı və dağıdılan bu gələcək gec-tez sizi o kreslolardan edəcək!

Oxşar xəbərlər

Bütün xəbərlər