Xəbər lentiwidget-title-icon

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

Təhsilə sərt qaydalar gəlir? - “Tələbələrin universitetə birbaşa qəbulu...”

Təhsilə sərt qaydalar gəlir? - “Tələbələrin universitetə birbaşa qəbulu...”


Son günlər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində monitorinqlər aparılır.

Həmin monitorinqlərin nəticəsində bir sıra orta ixtisas təhsili müəssisələrində nöqsanlar aşkarlanıb. Belə ki, bugünlərdə Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün EATDA tərəfindən kadr və struktur islahatlarına başlanılıb.

Bundan başqa, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 29 yanvar 2024-cü il tarixindən etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılıb.

Araşdırma zamanı sözügedən Kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə Kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, ötən il ölkədə 55 kollec fəaliyyət göstərib və bu kolleclərdə 62 min 423 subbakalavr təhsil alıb.

Onların təhsili ilə 6078 müəllim məşğul olub. Xatırladaq ki, DİM sədri Məleykə Abbaszadə bildirmişdi ki, qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır:

“Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar”.

Ümumiyyətlə, son vaxtlar gənclərin kolleclərə marağının artması birmənalı qarşılanmır. Yəni gənclərin ali məktəbə birbaşa qəbul məqsədilə kolleclərdən istifadə etdiyi, eləcə də valideynlərin övladlarına yüksək qiymət yazılması ilə bağlı müxtəlif “üsullardan” istifadə etmələri barədə fikirlər səslənir. Əgər bu gün dövlət səviyyəsində belə, kolleclərdə nöqsanlar aşkarlanırsa, həmin təhsil ocaqlarının fəaliyyət ilə bağlı yeni qaydalar tətbiq edilməlidirmi?

Təhsil üzrə ekspert Vüsal Kərimli “Cebhe.info”-ya bildirib ki, tələbələrin mütləq əksəriyyəti kollecdən təxminən 70 faizi Dövlət İmtahan Mərkəzinin imtahanından yayınmaq, yaxud universitetlərə qəbulda trampilin olaraq istifadə edir:


“Burada da subbakalavrın universitetə keçidi müsabiqə ilə aparılır və tələbənin orta balının yüksək olması, müsabiqədə iştirakı universitetə qəbul ilə nəticələnir. Son dövrlərdə kolleclərdə yoxlamaların nəticəsi keyfiyyətsiz təhsili ortaya çıxarır.

Yəni burada rüşvət, korrupsiya halları varsa, demək, tələbələr yüksək qiymətlər yazdırır və həmin qiymətlər nəticəsində universitetlərə birbaşa qəbul olurlar. Mən Elm və Təhsil Nazirliyinin kolleclərlə bağlı monitorinqini çox yaxşı qiymətləndirirəm və bu müdaxilə çoxdan lazım idi.

Çünki kolleclər bir növ qaydalardan, yoxlamalardan kənarda qalmışdılar. Əsas məsələ nazirlik yanında yeni yaradılan Elm və Təhsil Agentliyinin bu yoxlamaları aparmasıdır və əsasnamədə bununla bağlı hüquq və vəzifələri yoxdur”.

Ekspert bir məsələyə diqqəti cəlb edib ki, ölkədə kolleclərin akkreditasiyası ilə bağlı meyar və indiqatorlar yoxdur:

“Universitetlərə akkreditasiya qaydaları tətbiq edilir, ancaq kolleclər üçün hansı qaydalar, kriteriyaların olması ilə bağlı yanaşma yoxdur. Ölkədə universitetelərin fəaliyyəti Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılan akkreditasiya ilə müəyyən edilirsə, kolleclərlə bağlı, subbakalavr pilləsi üçün bu meyarlar və indiqatorlar yoxdur.

Neçə illərdir ki, kolleclər qiymətləndirmədən kənarda qalıb. Onların qiymətləndirilməsi məsələsi gündəmə gətirilməli və bununla bağlı ETN əməli fəaliyyətə keçməlidir”.

Ekspertin sözlərinə görə, yalnız bu gün adıçəkilən kolleclər deyil, digər kolleclərdə də vəziyyət nəzərə alınmalıdır:

“Yəni yalnız şikayət gələndə gedib yoxlamaq deyil, bunu proqram əsasında bütün kollecləri yoxlamaq zərurəti yaranır. Çünki bu gün subbakalavrların birbaşa universitetlərə keçidi məsələsi var. Tələbənin hər hansı bir yolla yüksək qiymət alması onu universitetə qəbul olması deməkdir.

Ancaq müşahidə edirik ki, yüksək ballı, sahəsi üzrə bilikləri məhdud olan tələbənin birbaşa universitetə qəbul olması, digər yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş tələbənin hüquqlarının pozulmasına gətirib çıxarır. Yəni yüksək bal toplamış tələbə də hansısa bir ixtisasda təhsil alır, aşağı bal toplayıb kollecə daxil olaraq orada müəyyən neqativ formada təhsilini davam etdirərək gəlib həmin ixtisasda təhsil alır. Nəticədə gələcəkdə “diplomlu, savadsız ordu” yaranır.

ETN bununla bağlı əməli işə keçməlidir. Ümumiyyətlə, universitetlərdə tətbiq edilən elektron, imtahan qaydalarının sərtləşdirilməsi kolleclərə də tətbiq edilməlidir. Kolleclər illərdir ki, bu məsələdən kənarda qalıblar. Yalnız şikayətlər əsasında fəaliyyət aparılır. Monitorinqlərin aparılması gündəm olmalıdır”.

Kollec təhsilinin vacibliyinə gəldikdə isə ekspert deyir ki, dünyada inkişaf etmiş dövlətlər kollec və peşə təhsilinə çox önəm verirlər: “Çünki kollec təhsilli tələbələrin yetişdirilməsi əmək bazarının aparıcı bir sahəsidir. Peşə bacarıqları, hansısa bir sahə üzrə biliyi olan insanlar cəmiyyətin aparıcısıdır. Hansısa universitetin məzunu gedib sadə işlər görmək istəmir.

Onların mütləq əksəriyyəti ofis, idarə işlərində işləməyə üstünlük verirlər. Bu da cəmiyyətdə, iqtisadi məsələlərdə, zəhmət tələb edən müəyyən sahələrdə çalışan insanların sayıının azalmasıdır. Kanada, Almaniya kimi ölkələrdə kollec təhsili universitet təhsilindən daha populyardır.

Eləcə də, məsələn, bir mühasib olmaq üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur. Eə ixtisaslar var ki, onun üçün kollec təhsili daha faydalıdır, nəinki 4 il universitet təhsili tələbə üçün həm maliyyə, həm də zaman itkisidir. Biz kollecdə keyfiyyət məsələsinə diqqət yetirmədikcə o zaman hər kəs kolleclərdən yalnız tarmpilin kimi istifadəni planlayacaq və hazırda da planlayır”.

Nigar Abdullayeva
“Cebhe.info”

Oxşar xəbərlər


Bütün xəbərlər

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil