Xəbər lentiwidget-title-icon

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub - FOTO

BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub - FOTO

Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

tehsil.media xəbər verir ki, BSU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP-ın 31 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

BSU-nun rektoru Anar Nağıyev çıxışında məhz 31 il öncə bu tarixdə dövrün çətin bir dönəmində - tənəzzül etmiş iqtisadiyyatı, işğala məruz qalmış ölkəni tamamilə yeni bir mərhələyə çıxaracaq siyasi hərəkatın başlanğıcının qoyulduğunu diqqətə çatdırıb. Rektor bu prosesin əsasının ötən əsrin 70-80-ci illərində Ulu Öndərin gələcək Azərbaycan üçün formalaşdırdığı təməllərin nəticəsində qoyulduğunu qeyd edib. Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrinin xüsusi əhəmiyyətindən söz açaraq, YAP-ın Azərbaycana xas olan bütün dəyərlərini özündə ehtiva edən, ölkəmizi parlaq gələcəyə aparan partiya olduğunu deyib. YAP-ın yaranmasının 31-ci ildönümünü dünyanın zəfər çalmış xalqlarından, dünyanın ən nüfuzlu ölkəsinin vətəndaşlarından biri olaraq qeyd etməkdən qürur duyduğumuzu dilə gətirib. O, ideologiyası Azərbaycan məfkurəsi üzərində qurulan YAP-ın Cənubi Qafqazın ən böyük partiyası olduğunu vurğulayıb. Buna görə də YAP-ın sadəcə Azərbaycanın taleyi ilə bağlı deyil, daha geniş regionun inkişafı üçün qərarlar verə biləcək bir partiya olduğunu deyib.

Rektor partiyanın yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin, partiyanın sədri, Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Azərbaycan Respublikasında prezident seçkilərində ən yüksək göstəricilərlə qalib gəlməsinin partiyanın nüfuzunun sübutu olduğunu qeyd edib.

Noyabr ayının Azərbaycan tarixi üçün çox üçün çox əlamətdar günlərlə yadda qaldığını vurğulayan rektor 9 Noyabr - Bayraq Gününün, 12 Noyabr - Konstitusiya Gününün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi əhəmiyyətindən söz açıb.

Anar Nağıyev çıxışında Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətindən “Çıxışımın sonunda vurğulamaq istərdim ki, ən çətin məqamlarda belə bəşəriyyət mərhəmət hissini itirməməlidir” fikrini xatırladıb və bu müraciətin hər kəs üçün vacib əhəmiyyət daşıdığını qeyd edib. Rektor bu fikrin Prezident İlham Əliyevin irəli sürdüyü müharibə və postmüharibə dövründə Azərbaycan ləyaqətli müharibə aparması fikri ilə uzlaşdığını deyib.

YAP Nəsimi rayon təşkilatını sədri Azər Süleymanov partiyanın ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıdığını qeyd edib. Azər Slüyemanov YAP-ın yaranma tarixinə ekskurs edərək, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının hər kəsi vahid ideologiya ətrafında birləşdirdiyini vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticələrindən söz açıb.

Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə çıxışında bu günün Azərbaycan ictimai-siyasi həyatında yadda qalan günlərdən biri olduğunu qeyd edərək, “91”lərin nümayəndələrindən biri kimi həmin dövrlə bağlı öz xatirələrini bölüşüb. O, YAP-ın müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasına daxil olduğunu deyib.

Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev Ulu Öndər Heydər Əliyevin YAP-ın yaranması ilə bağlı irəli sürdüyü tezislərin əhəmiyyətindən söz açıb. Partiyanın proqram və nizamnaməsindən danışan Piralı Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə partiyanın aydın ideyalarının daim yaşayacağını bildirib.

Sonra YAP-a yeni üzv olan BSU-nun fəal tələbələrinə üzvlük vəsiqələri təqdim olunub. Tədbir YAP-ın himninin səsləndirilməsi ilə yekunlaşıb.

BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub - FOTO

BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub - FOTO

BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub - FOTO

BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər