Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib.

Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Pərvin Quliyeva, BŞTİ-nin (BŞTİ) Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov və I sinfə qəbul prosesində prioritet tətbiq ediləcək, o cümlədən Alternativ Qeydiyyat Mərkəzəri təşkil olunacaq məktəblərin direktorları iştirak ediblər.

Görüşdə çıxış edənlər mayın 1-dən başlayacaq I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildiriblər.

Bu il ilk dəfə olaraq I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanlarının (dislokasiya) ictimaiyyətə açıqlandığı deyilib. 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirildiyini söyləyən çıxışçılar süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşların övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklərini diqqətə çatdırıblar.

Görüş zamanı məktəblərə şagird qəbulunun sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacağı barədə məlumat verilib, həmçinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı və prioritetin (üstünlük hüququ) tətbiq müddətinə dair məlumatın ictimaiyyətə açıqlandığı nəzərə çatdırılıb.Ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydaları geniş şəkildə izah edilib, valideynlərə kömək məqsədilə Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyi qeyd olunub.

Görüşün sonunda paytaxtda birinci sinfə elektron qeydiyyatın təfərrüatları ilə bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, müvafiq tövsiyələr verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər