Xəbər lentiwidget-title-icon

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

Eşqi Bağırovun ildırımsürətli yüksəlişi: Təhsil idarəçiliyi olmayan şəxsin karyerasındakı CAVABSIZ SUALLAR

Azərbaycanın təhsil idarəçiliyi sistemində son illər diqqət çəkən təyinatlardan biri də 2023-cü ilin oktyabrında baş verib. Eşqi Ələkbər oğlu Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Yenicag.az Mediatv.az-a istinadən xəbər verir ki, bu post təkcə inzibati deyil, strateji əhəmiyyət daşıyır: məktəblər, müəllimlər, şagirdlər və bütövlükdə ümumi təhsil siyasəti bu qurumun qərarlarından asılıdır.Lakin bu təyinatla birlikdə Bağırovun keçdiyi yol da ictimai maraq doğuran sualları yenidən gündəmə gətirib.

Eşqi Ələkbər oğlu Bağırov 1990-cı illərdə anadan olub. 2006–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində bakalavr təhsili alıb. Hüquq diplomu alan minlərlə gənc kimi onun da qarşısında kifayət qədər klassik və açıq yollar var idi: vəkillik imtahanı, məhkəmə sistemi, hüquq-mühafizə orqanları, dövlət qulluğu üzrə testlər və s.

Lakin maraqlı məqam da elə buradan başlayır.

2010-cu ildə universiteti bitirən Eşqi Bağırovun 2014-cü ilə qədər – tam 4 il ərzində harada və hansı əsasla fəaliyyət göstərdiyi haqda Vikipediyasında heç bir məlumat yoxdur.

Normal hüquq təhsili almış, savadlı bir məzun ən azı vəkillik imtahanına hazırlaşar, hüquqi praktikada çalışar, ya da dövlət qulluğuna qəbul üçün imtahan verərdi. Bu baş verməyib.

Nazir dəyişdi, karyera başladı

2013-cü ildə Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasından sonra, 2014-cü ildə Eşqi Bağırov Elm və Təhsil Nazirliyində İnsan Resursları Şöbəsində məsləhətçi kimi işə başlayır. Açıq qalır sual:Hüquq üzrə yeni məzun, real iş təcrübəsi olmayan bir şəxs hansı meyarlarla Təhsil Nazirliyi kimi strateji bir sahəyə cəlb olunub?Dövlət qulluğuna qəbul imtahanı olubmu, yoxsa daxili təyinatmı?

Daha diqqətçəkən məqam isə odur ki, cəmi 4 il sonra bakalavr diplomu ilə Eşqi Bağırov 2018-ci ildə artıq İnsan Resursları Şöbəsinin müdiri vəzifəsinə yüksəlir.
Bu, on illərlə təcrübəsi olan, dövlət qulluğunda pillə-pillə irəliləyən yüzlərlə mütəxəssisin fonunda suallar doğurmaya bilməz.İnsan resursları – kadr seçimi, qiymətləndirmə, intizam, vəzifə yüksəlişi – dövlət idarəçiliyində ən həssas sahələrdən biridir. Belə bir struktura rəhbərlik üçün hansı real təcrübə və kompetensiyalar əsas götürülüb? Bu suala rəsmi cavab yoxdur. 2019-cu ildə,Təhsil Nazirliyində İnsan Resursları Şöbəsinin müdiri vəzifəsinə təyin olunandan 1 il sonra Eşqi Bağırov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistraturaya daxil olur. 2023-cü ilin oktyabr ayında Eşqi Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunur. Bu post təkcə idarəçilik deyil, həm də on minlərlə müəllimin, yüz minlərlə şagirdin taleyinə təsir edən strateji mövqedir.

Bu təyinat fonunda cəmiyyətin verməyə tam haqqı olan suallar var:Təhsil sisteminin kadr siyasəti niyə yenə “sürətli yüksəliş” nümunələri ilə yadda qalır?Hüquq təhsilli, pedaqoji və ya təhsil idarəçiliyi üzrə dərin təcrübəsi olmayan şəxsin bu posta gətirilməsi hansı meyarlara əsaslanıb? Eşqi Bağırovun karyera yolu bir şəxsin uğur hekayəsindən çox, Elm və Təhsil nazirliyinin kadr siyasətində sistemli problemlərin güzgüsü təsiri bağışlayır. Boşluqlarla dolu CV, sürətli və izahsız yüksəliş və cavabsız qalan suallar…

Bu yazı ittiham yox, ictimai hesabat tələbidir. Çünki təhsil sistemində şəffaflıq yalnız şagirdlərdən və müəllimlərdən tələb olunmamalı, qərar verənlər üçün də eyni dərəcədə keçərli olmalıdır. Problem izah olunmayan mexanizmlər, şəffaf olmayan qərarlar və ictimai hesabatın yoxluğudur.

Qarşı tərəfin cavab haqqını tanıyırıq..

Oxşar xəbərlər

Bütün xəbərlər