Xəbər lentiwidget-title-icon

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

Almaniyada təhsil sistemi

Almaniyada təhsil sistemi


Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur. Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddurMəktəbəqədər təhsil
Almaniyada uşaqların məktəbəqədər təhsili icbari təhsil sisteminə daxil olmadığından məcburi deyil. Yalnız zəif inkişaf etmiş azyaşlı uşaqların təhsili istisnadır. Belə ki, məktəbə yeni gedən uşaq hər hansı səbəbə görə öz yaşıdlarından geri qalırsa, o zaman xüsusi məktəbəqədər siniflərdə (vorklassen) və ya məktəbdaxili uşaq bağçalarında (schulkindergarten) birinci sinfə hazırlıq kursu keçir. Uşaq bağçalarının (kindergarten) təqribən 20 faizi dövlətin, qalan 80 faizi isə kilsənin, xeyriyyə cəmiyyətlərinin və yerli hakimiyyət orqanlarının (bələdiyyələrin) himayəsindədir. Bundan əlavə, uşaq bağçaları müəssisə və təşkilatlar tərəfindən də yaradıla bilər.

Bağçalara 3 yaşından 6 yaşadək uşaqlar qəbul edilir. Uşaqların bağçalarda saxlanılması xərcləri yerli hakimiyyət orqanları, məktəbəqədər təhsil müəssisəsi və valideynlər tərəfindən ödənilir. Valideynlərin xərcləri ailənin gəlirindən, ailə üzvlərinin və ya ailədəki uşaqların sayından asılıdır. Orta təhsil
Almaniyada bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən, uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə — əsas məktəb, real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər. Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.

Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir. Peşə təhsili
Almaniyada peşə təhsili sahəsində dual sistem geniş yayılıb. Bu sistemin təməlində nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqəsi prinsipi dayanır. Burada tərəflərdən biri peşə məktəbi, digəri isə təlim müəssisəsidir.

Gənclərin təxminən yarısı məktəbdən sonra dual sistem çərçivəsində dövlət tərəfindən tanınmış 350 rəsmi peşədən birinə yiyələnir. Peşə təhsili orta məktəblərdə tədris olunan təhsildən fərqlənir. Peşə təhsilinə yiyələnənlərə həftədə 3-4 gün müəssisələrdə təcrübə keçilir və bir-iki gün isə peşə məktəbində nəzəri biliklər verilir. Təhsil müddəti 2 ildən 3,5 ilə qədərdir.

Texniki peşə təhsili bu məktəblərdə təhsil xərclərini öz üzərinə götürən dövlət və müvafiq müəssisələr tərəfindən şagirdlərə ayrılan pul mükafatları hesabına maliyyələşdirilir. Hazırda 500 mindən çox müəssisə və dövlət xidməti sistemi gənclərin peşə təhsilinə yiyələnmələri ilə məşğuldur. Şagird yerlərinin 80 faizdən çoxunu kiçik və orta şirkətlər təqdim edirlər. Dual sistemin sayəsində Almaniyada peşəsi və ya müəssisələrdə şagirdlik yeri olmayan gənclərin sayı o qədər də çox deyil. Bu ölkədə 15-19 yaşındakı gənclər arasında bu göstərici cəmi 4,2 faiz təşkil edir. Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi peşəkarların və fəhlələrin yüksək ixtisasa yiyələnmələrini təmin edir. Peşə təhsili usta olmaq imkanı verən karyeranın başlanğıcı hesab edilir. Peşə təhsilinin səviyyəsinin artırılması üzrə həyata keçirilən müxtəlif tədbirlər universitetlərdə magistr dərəcəsi almaq imkanı da yaradır

Ali təhsil
Qloballaşma Almaniyanın elmi və ali təhsili qarşısında yeni tələblər qoyur. Müvafiq islahatlar nəticəsində universitetlər ali təhsil sistemini yeni beynəlxalq tələblərə uyğunlaşdırmağa başlayıblar. Buraya çoxpilləli təhsil sistemi (bakalavr və magistratura), ali təhsilin ödənişli olması, qəbul testləri, universitetlər və qeyri-universitet müəssisələri ilə strateji tərəfdaşlığın gücləndirilməsi aid edilə bilər. Bütün bunların sayəsində ali təhsil böyük dəyişikliklərə məruz qalıb.

Almaniyada verilən elmi dərəcələr digər Avropa ölkələrindən bir qədər fərqlidir. Ali məktəblərin riyaziyyat, təbiət elmləri, iqtisadiyyat və sosiologiya fakültələrinin məzunları ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar fakültənin tələbələrinə təhsillərini bitirdikdən sonra, adətən, magistr (magister artium) dərəcəsi verilir. Bundan sonra aspiranturaya (promotion) daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq mümkündür. 2010-cu ildən Almaniya universitetlərinin fakültələri əsasən bakalavr və magistr dərəcələri (beynəlxalq nümunəli) almaq imkanı verən təhsil sisteminə keçməyə başlayıblar. Bu, Avropa dövlətlərinin qoşulduqları Boloniya prosesinə uyğundur.

Almaniyada ali təhsil müəssisələrinə qəbulun ümumi standartları müəyyən edilib. Belə ki, universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə əsas və ya real məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə təsdiqlənmiş təhsil standartlarına uyğunluq, adətən, universitetə imtahansız qəbul olmaq imkanı verir.Almaniya ali təhsilinin əsas prinsipi «akademik sərbəstlik» sistemidir. Bu sistem hər bir tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi ilə elmi tədqiqatların birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr mühazirə (14-20 həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.

Ali təhsilin ilk pilləsi baza dövrüdür (grundstudium). Bu pillədə təhsil adətən dörd semestrdir (iki tədris ili) və aralıq imtahanlarının (diplom — vorprüfung, zwischenprüfung) verilməsi ilə başa çatır. Bu imtahanları uğurla verən tələbələr ikinci pillədə (hauptstudium) təhsilini davam etdirmək hüququ qazanırlar. Bu pillədə təhsil daha beş semestr davam edir və ixtisasın daha dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən, buraxılış imtahanı ilə başa çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları buraxılış imtahanı qismində dövlət imtahanı (staatsexamen) verirlər.Yuxarıda qeyd etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən universitetlər daha çox bakalavr (bachelor) dərəcəsi verirlər. Bunun üçün universitetdə 3-4 il ərzində təhsil almaq zəruridir. Bundan sonra məzunlar, adətən, peşəkar fəaliyyətə başlayırlar. Magistr (Master) dərəcəsi namizədin verdiyi magistr imtahanları əsasında təqdim olunur. Təlim kursu iki əsas ixtisası və ya bir əsas və iki əlavə ixtisası əhatə edir. Universitetlərin əksəriyyətində magistr dərəcəsi yeni tətbiq olunmağa başlayıb. Yaxın gələcəkdə magistraturanı bitirənlərə verilən sənədin, diplomu tamamilə əvəz edəcəyi nəzərdə tutulub.

Ali təhsilin üçüncü pilləsi aspiranturadır (promotion). Doktorluq dərəcəsinin alınması məqsədilə dissertasiya hazırlığı yalnız universitetlər tərəfindən həyata keçirilir. Elmi tədqiqatın aparılması ilə əlaqədar dissertasiyanın hazırlanması magistr dərəcəsi alandan sonra 2-4 il ərzində davam edir. Dissertasiyanın yazılmasının və şifahi imtahanın uğurla verilməsinin nəticələrinə əsasən doktorluq dərəcəsi verilir.

Almaniyada təhsilin ödənişli olması haqqında uzun müddət davam edən müzakirələr (Studiengebühren) nəticəsində təhsil qismən ödənişli olub. 2005-ci ildə Federal Konstitusiya Məhkəməsinin qərarı ilə təhsilə görə ödənişə qoyulan qadağa aradan götürülüb.Son illərə qədər Almaniyada ali təhsil yalnız dövlət tərəfindən maliyyələşdirilirdi. 2007-ci ildən etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən universitetlərdə ödənişli təhsil tətbiq etməyə başlayıblar. Məbləğ əsasən bir semestr üçün 500 avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə kredit də təklif edirlər. Berlin, Branderburq, Meklenburq — Ön Pomeraniya və Şlezviq — Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 avro) və ya sosial semestr ödənişləri (40 avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. Burada əlavə təhsil (Regelstudienzeit), yəni 5 ildən artıq alınan təhsil, eləcə də könüllü dinləyicilər (məsələn, təhsil almaq istəyən təqaüdçülər) və ikinci təhsil alanlar (əsasən iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş yayılıb. Bütün bu təhsil məbləğləri isə semestr üçün 800 avro təşkil edir.

Bundan əlavə, dərsliklərə çəkilən xərclər bir semestr ərzində təqribən 200 avro və tibbi sığorta haqqı isə bir semestr üçün 280 avro məğləğində (qiymətlər tədris ilinə görə dəyişə bilər) müəyyən edilib.Ölkənin özəl təhsil müəssisələri uzun müddətdir təhsili ödənişli əsaslarla həyata keçirirlər. Məsələn, ingilis dilində magistr proqramları il ərzində 4-15 min avroya və daha artıq məbləğə başa gəlir.

Universitetlər
Qeyd etdiyimiz kimi, hazırda Almaniyada təqribən 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşdırılmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Universitetlərin böyük əksəriyyəti dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq bütün tələbələr üçün açıqdır.

Almaniya universitetləri 12500-dən artıq müxtəlif ixtisas üzrə təhsil təklif edirlər. Təkliflərin əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə tutulub. Bundan başqa, ötən illər ərzində çoxlu sayda strukturlaşdırılmış və əcnəbi tələbələr üçün ideal şərtlərə malik aspirant proqramları yaradılıb.

Onu da qeyd edək ki, Almaniyanın ən qədim universiteti 1386-cı ildə yaradılmış Karl Ruprext adına Heydelberq Universitetidir. Tələbələrinin sayına görə ölkənin ən böyük universiteti Lüdviq — Maksimilian adına Münhen Universitetidir ki, burada 44400 tələbə təhsil alır. Ən güclü elmi-tədqiqat potensialına malik universitet isə Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki Məktəbidir.Almaniya universitetləri («vahid elmi tədqiqatlar və tədris» prinsipinə əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl elmi tədqiqatlar mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar yaradır. Ali təhsil məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən) maliyyə vəsaitləri alırlar. Universitetlərin fakültə və kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, incəsənət və humanitar elmlər, hüquqşünaslıq, ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.

Klassik universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif etdiyi halda, texniki universitetlər daha çox mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki universitetlər alman mühəndislik sənətinin əsas mərkəzi kimi böyük nüfuza malikdirlər. Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq göstərirlər.

Oxşar xəbərlər


Bütün xəbərlər

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil