Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

Ali məktəbə qəbul: Universitetlər imtahanı özləri keçirə bilərmi?

Zaman-zaman ictimai və peşəkar müzakirələrdə gündəmə gətirilən məsələlərdən biri də imtahanların ali təhsil müəssisələrinin səlahiyyətinə verilməsi ilə bağlıdır. Bu yanaşmaya əsasən, bəzi imtahanların birbaşa universitetlər tərəfindən, daxili qiymətləndirmə mexanizmləri vasitəsilə keçirilməsi mümkün hesab olunur.

Xüsusilə müəllim hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin öz daxilində müvafiq imtahanlar təşkil etməsi və bu imtahanların nəticələrinə əsasən məzunların müəllimlik fəaliyyətinə uyğunluğuna qərar verməsi ideyası irəli sürülür.

Belə bir modelin tətbiqi ali təhsil müəssisələrinin məsuliyyətinin artırılması və eyni zamanda kadr hazırlığı prosesinin keyfiyyətinə birbaşa təsir imkanlarının genişləndirilməsi baxımından müzakirə mövzusu olaraq qalmaqdadır.

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, test üsulu tətbiq edilməzdən əvvəl universitetlərə qəbul prosesi ali təhsil müəssisələrinin öz daxili imtahanları vasitəsilə həyata keçirilirdi:

177040

"Lakin həmin dövrdə bu sistemin şəffaflığı və obyektivliyi ilə bağlı ciddi narahatlıqlar mövcud idi. Tez-tez neqativ halların baş verməsi, plan yerlərinin müxtəlif tapşırıqlar və ya qeyri-rəsmi təsirlər nəticəsində doldurulması barədə fikirlər səsləndirilirdi. Nəticədə, bilik və bacarığı ilə seçilən, xüsusilə regionlardan və kənd yerlərindən olan məzunların universitetə qəbul şansı xeyli azalırdı. Bir çox hallarda bu abituriyentlər yalnız bir neçə il ardıcıl imtahan verdikdən sonra ali məktəbə daxil ola bilirdilər ki, bu da həm vaxt itkisinə, həm də ciddi psixoloji və maddi çətinliklərə səbəb olurdu.

Məhz bu kimi problemlərin qarşısını almaq, qəbul prosesində bərabər imkanları təmin etmək və şəffaflığı artırmaq məqsədilə mərkəzləşdirilmiş test sistemi tətbiq olundu. Bu model qəbul prosesində insan faktorunun təsirini minimuma endirməklə yanaşı, qiymətləndirmədə obyektivliyi gücləndirdi və abituriyentlər arasında sağlam rəqabət mühiti formalaşdırdı".

Əvvəlki dövrdə yaşanan mənfi təcrübələri nəzərə alaraq, universitetlərə yenidən müstəqil şəkildə qəbul imtahanları keçirmək səlahiyyətinin verilməsi doğru addım olmaz:

"Belə bir qərar neqativ halların artmasına, qəbul prosesinə olan inamın azalmasına və cəmiyyətdə narazılıqların yenidən güclənməsinə səbəb ola bilər. Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili sistemin daha sabit, şəffaf və etibarlı şəkildə işləməsini təmin edir. İctimai rəyin də əsasən müsbət olması bu modelin effektivliyindən xəbər verir. Mövcud yanaşma regionundan, sosial statusundan və ya maddi imkanlarından asılı olmayaraq bütün abituriyentlər üçün bərabər şərait yaradır.

Bu baxımdan, mövcud sistemin qorunub saxlanılması və daha da təkmilləşdirilməsi daha məqsədəuyğun görünür. Mövzunun vaxtaşırı gündəmə gətirilməsi isə daha çox bəzi universitetlərin institusional maraqları ilə əlaqəli təşəbbüs kimi qiymətləndirilə bilər. Lakin hazırkı vəziyyət göstərir ki, tətbiq olunan model qəbul prosesinin ədalətli və effektiv şəkildə həyata keçirilməsinə imkan verir".

Oxşar xəbərlər

Bütün xəbərlər