Xəbər lentiwidget-title-icon

Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir
Gələcəyin ailə modeli necə olmalıdır? – müzakirə aparıldı
Buraxılış imtahanlarında dəyişikliklər olacaq - DİM sədri detalları açıqladı
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!

Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans

Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, dosent Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi” mövzusunda respublika elmi konfransının açılış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev Əsmətxanım Məmmədovanın həyat yolunun, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin örnək olduğunu söyləyib. Rektor deyib: “Əsmətxanım Məmmədova gözəl pedaqoq, alim, ictimai-siyasi xadimdir. Nizami Gəncəvi yaradıcılığının araşdırılması onun elmi fəaliyyətindən qırmızı xətlə keçir. O, həm də 1995-2005-ci illərdə Milli Məclisin I və II çağırış deputatı kimi aktiv ictimai-siyasi fəaliyyət göstərib. Bu gün də Əsmətxanım Məmmədova dövlətimizə, azərbaycançılıq ideyalarına sadiqdir, öz bilik və bacarığını gənc nəslə aşılamaqda davam edir”.

BDU rektoru Elçin Babayev şərqşünas-alimə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, universitetin ictimai həyatında fəal iştirakına görə və 85 illik yubileyi münasibətilə fəxri fərman təqdim edib.

Sonra görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib. Türkiyənin Ankara Universitetinin rektoru Necdat Ünüvarın videotəbriki səslənib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri Anar İsgəndərov Əsmətxanım Məmmədovanın Azərbaycanın ictimai və elmi həyatında dərin iz qoymuş ziyalı qadınlardan olduğunu vurğulayıb. O bildirib ki, milli-mənəvi dəyərlərlə vətəndaş məsuliyyətini öz şəxsiyyətində birləşdirən görkəmli alim uzun illər ictimai-mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət göstərib.

BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Əsmətxanım Məmmədovanın elmi-pedaqoji fəaliyyətinə dair məruzə edib. Qeyd edib ki, bu günə qədər şərqşünas-alimin fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika və üslubiyyatına aid olmaqla, 200-dək məqaləsi ölkə daxilində və xaricində işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid tədqiqatı fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kitabın mütərcimidir.

Tanınmış alim xidmətlərinə görə “Qabaqcıl təhsil işçisi” fəxri nişanı, 3-cü dərəcəli “Əmək” ordeni, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı, Azərbaycan Yazıçılar İttifaqının “Qızıl Qələm” diplomu və müxtəlif fəxri mükafatlarla təltif edilib.

Milli Məclis sədrinin müavini, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru Rafael Hüseynov, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Dövlət Sərhəd Xidmətinin Akademiyasının Azərbaycan dili və xarici dillər kafedrasının rəisi İlhamə Məmmədova, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Şahin Şabanov, deputatlar Səyyad Aran, Aydın Mirzəzadə və digərləri çıxışlarında dosent Əsmətxanım Məmmədovanın çoxşaxəli fəaliyyətinə nəzər salıb, onun elmi və pedaqoji yaradıcılığının gənc nəslin inkişafında və ümumiyyətlə, ölkəmizdə orta Şərq dillərinin öyrənilməsində mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra yubilyar Əsmətxanım Məmmədova elmə və alimə göstərilən bu yüksək dəyərə görə təşəkkürünü bildirib. O, həyatının mənasını Azərbaycana, elmə, təhsilə, tələbələrə sədaqətdə gördüyünü vurğulayıb, bütün həyatını məsuliyyətlə yaşadığını qeyd edib.

Konfrans işini bölmələr üzrə davam etdirib.

Oxşar xəbərlər

Bütün xəbərlər