Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Heydər Əliyev adına liseydə "Qiymət bazarı" və qanunsuzluqlar

​Heydər Əliyev adını daşıyan nüfuzlu bir təhsil ocağının direktoru Sevinc Orucovanın adı ətrafında səngimək bilməyən qalmaqallar artıq yeni bir mərhələyə qədəm qoyub. Ortaya çıxan son iddialar və yayılan səs yazıları liseyin təhsil müəssisəsindən çox, şəxsi "biznes strukturuna" çevrildiyini sübut edir.

TEHSİL.MEDİA xəbər verir ki, ​əldə edilən səs yazılarından aydın olur ki, Sevinc Orucova müəllimlərə bütün 11-ci sinif şagirdlərinə yüksək qiymət yazmağı qəti şəkildə qadağan edib. Bu süni "qiymət qıtlığı"nın arxasında duran məqsəd isə olduqca rəzildir: Yüksək qiymət almaq istəyən şagird və valideyn mütləq direktorun "qəbuluna" getməlidir. Təhsilin keyfiyyəti deyil, direktorun şəxsi maraqları şagirdlərin illərlə çəkdiyi zəhmətin taleyini həll edir.

​Liseydə daha bir qanunsuzluq mexanizmi davamiyyət üzərindən qurulub. Direktorun "sağ əli" və "qara kassası" hesab olunan Firuzə Məmmədovanın koordinasiya etdiyi bu sistemdə dərsə gəlməmək faktiki olaraq rəsmi rüşvət tarifinə bağlanıb.

Yuxarı sinif şagirdlərindən dərsə gəlməmək müqabilində 1500-2000 AZN məbləğində pul tələb olunur.

Bu məbləği ödəyə bilməyənlər isə saxta ittihamlarla şərlənir, qiymətləri qəsdən kəsilir və məktəbdən uzaqlaşdırılır.

Bundan əlavə, Sevinc Orucovanın qara kassası Firuzə xanımın səs yazısında qeyd olunur ki, "Məktəblinin dostu" və polislər davamiyyəti yoxlanılır, bütün 11-lərin davamiyyəti BƏRPA OLUNSUN VƏ PROBLEM YARATMASINLAR.

tehsilmedia.info bildirir ki, ​qanunsuzluqlar bununla da bitmir. Sevinc Orucovun rəhbərliyi altında liseydə hər bir addım vergiyə cəlb olunub.

Məktəbəqədər hazırlığa gələn uşaqların sayı dövlət orqanlarından gizlədilir, müəllimlərin yanına hazırlığa gələn hər bir şagird üçün isə 15-20 manat arası "pay" yığılır. Uşaq Birliyi rəhbəri Firuzə Məmmədovanın əli ilə həyata keçirilən bu yığım, faktiki olaraq müəllimləri və valideynləri istismar etməkdir.

Heydər Əliyev adına lisey kimi strateji əhəmiyyətli bir müəssisənin bu cür çirkin iddialarla gündəmə gəlməsi təhsil sistemimiz üçün utancvericidir. Sevinc Orucova və onun komandasının qurduğu bu "rüşvət piramidası" liseydən kütləvi şagird köçünə səbəb olub.

Aidiyyəti qurumların bu açıq qanunsuzluqlara, səsyazılarına və valideyn şikayətlərinə nə zaman reaksiya verəcəyi isə hələ də sual altındadır. Təhsil rüşvətin girovuna çevrilməməlidir!

Oxşar xəbərlər

Bütün xəbərlər