Bullinq nədir və onunla necə mübarizə aparmaq olar? "mövzusunda maarifləndirici tədbir keçirildi.
24 dekabr 2025-ci il tarixində Sumqayıt şəhər 7nömrəli tam orta məktəbdə məktəb zorakılığı "Bullinq nədir və onunla necə mübarizə aparmaq olar? "mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə məktəbin psixoloqları Quliyeva Məlahət, Nəbiyeva Pərvanə məktəbin 7-ci sinif şagirdlərinə mövzu ilə bağlı məlumat verdi,slayd nümayiş olundu. Tədbir müxtəlif keyslərlə müzakirə şəklində davam etdi. Məqsəd Bullinq anlayışı,onun formaları, fəsadları barədə məlumatlılığı artırmaq,Bullinqə məruz qalan və ya şahid olan şagirdlərin özünüqoruma və düzgün reaksiya bacarıqlarını inkişaf etdirmək,məktəbdə hörmətə və təhlükəsizliyə əsaslanan sağlam sosial mühit formalaşdırmaqdır.




























