Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Bullinq: Zarafat deyil, zorakılıqdır

Elm və təhsil

5-08-2025, 11:40



Məktəblər öyrənmə və inkişaf məkanı olmaqla yanaşı, eyni zamanda sosial münasibətlərin formalaşdığı mühümdür. Təəssüf ki, bu mühitdə bəzi uşaqlar zorakılığın fərqli bir forması - bullinq, yəni məktəbdaxili qısnamaya məruz qalır. Sözlü təhqirlər, təcrid, alçaldıcı zarafatlar, bəzən isə fiziki zorakılıq formasında təzahür edən bullinq, zərərçəkən uşağın psixoloji vəziyyətinə, sosial münasibətlərinə və hətta təhsil motivasiyasına ciddi zərbə vurur.

Bullinqin əsas əlamətləri zorakılıq hallarının təkrarlanması, qurbanla aqressiyanı tətbiq edən arasında gücün bərabər olmaması, zorakılığın qurbanının kəskin emossional reaksiyasıdır. Bullinq daha çox 11-15 yaşlı uşaqlar arasında yayılıb. Statistikaya görə, şagirdlərin 42 faizi bullinqlə məşğul olduğunu etiraf edib. Onların 20 faizi isə bunu müntəzəm təkrarladığını bildirib. Uşaqlar arasında şayiə yaymaq, təhqiredici zarafatlar etmək, kimisə təkləmək geniş yayılıb. Təzyiqlərə məruz qalan özünü çox pis, çıxılmaz vəziyyətdə hiss edir. Təzyiqi həmişə bir nəfər öz üstünlüyünü nümayiş etdirmək, gəlir, xeyir götürmək və ya sadəcə əylənmək üçün başlayır.

Həkim-psixoloq Arifə Məmmədovanın sözlərinə görə, bu cür hallar nəzarətin və tərbiyəvi metodların zəif olduğu məktəblərdə daha çox olur. "Uşaqların məktəbdə tələbatları təmin edilmədikdə, onları başa düşmədikdə və onlara hörmət etmədikdə belə hallar artır. Lakin müəllimlərin uşaqların tərbiyəsinə ciddi yanaşdıqda, onların psixoloji problemləri ilə maraqlandıqda belə hallar nadir olur".

Bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil. Bullinq həm də qurbanını qorxu və stress vəziyyətində qoymaq tendensiyasına malikdir. Oxşar effekti bullinq həm də baş verən aqressiv hadisələrin şahidləri olanlara qarşı da göstərir. Əgər uşaqlar dalaşıblarsa və ya hətta kiməsə qarşı nalayiq sözlər işlədiblərsə, bir dəfə "öz komandası"ndan kimisə çıxardırlarsa, bu, bullinq kimi təsnif edilmir. Amma əgər uşaq kollektivində cəzasız zorakılıq mədəniyyəti formalaşırsa, bu, onlarda başqaların alçaldılmasının mümkünlüyü hissini yarada bilər. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş şagirdlər yaşlı həyatlarında da daha çox xəstələnir və psixoloji problemlərə malikdir. Nəticələr daha da dağıdıcı ola bilər. Biz hamımız bullinqin qurbanları haqqında eşitmişik, hansılar ki, buna görə intihar ediblər.

Arifə Məmmədovanın dediyinə görə, istənilən uşaq təzyiqə məruz qalır: "Hətta güclü və ona qarşı təzyiq göstərən məktəbli qruplara qarşı mübarizə aparmağı bacaran uşaqlar belə bullinqin qurbanına çevrilə bilər. Lakin bəzi uşaqlar özlərindən asılı olmadan digərlərini qıcıqlandıraraq təzyiq və təqibin qurbanına çevrilir. Bullinqə məruz qalanlar arasında pinti olanlar, səliqəsiz geyinənlər, özünü qəribə aparanlar, qəribə görünənlər çoxluq təşkil edir. Çox həssas, ağlağan uşaqlar da asanlıqla bullinqin qurbanına çevrilir. Fiziki zəif zorakılığa qarşı cavab verməyən uşaqları da eyni aqibət gözləyə bilər".

Yetkin insanlarla asanlıqla dil tapan, tez-tez müəllimə şikayət edənlər də məktəblilərin nifrətinə səbəb olur.

Sinfə yeni gələn və ya həmyaşıdlarından fərqlənənlər də təzyiqə məruz qalır. Uşaqlar arasında daha dürüst, səmimi, çalışqan və müəllimlərin sevimlisinə çevrilən uşağa qarşı da xoşagəlməz hisslər formalaşır. Bəzən də bu, psixoloji terror və ya zorakılıqla üzə çıxır.

Psixoloq qeyd edib ki, təzyiq və təqib edən uşaqlar çox vaxt qadağa olmadan böyüyən uşaqlar olur. Onlar valideyn üstünlüyünü qəbul etmir, sözə baxmırlar. Valideynləri onlara çox nəzarət etmir. Sərbəstliyə baxmayaraq, onların böyüklərin diqqətinə və hörmətinə ehtiyacı çox olur. Bu tələbatları ödənilmədiyindən onlarda aqressiya formalaşır. Onlarda bu aqressiya bir müddət boğulur, lakin onlar aqressiyanı valideynlərinə qarşı yönəldə bilmir. Ona görə də, uyğun qurban axtarır. Ciddi qayda-qanunların olduğu məktəbdə belə uşaqlara öz davranışına nəzarət etmək asan olur. Lakin cəzasız öz üstünlüyünü, hökmünü göstərmək fürsətini də əldən verməz. Onlar yaxşı və xeyirxah insan olduqları fikri ilə böyümür, özlərini vacib və sevimli hiss etmir, bu səbəbdən də başqa insanların hesabına özünü üstün sayaraq, özünü təsdiqə ehtiyac duyur.A.Məmmədovanın sözlərinə əsasən, valideynlər öz uşaqlarına qarşı diqqətli olmalı və onlarda psixoloji problemlərin olub-olmamasına fikir verməlidirlər. Əgər uşağınızla danışa bilmirsinizsə, demək ki, o sizdən çəkinir – bu təhlükəli siqnaldır. Uşaqlarınızla gündəlik dialoq qurun. Sadəcə “dərsin necə keçdi?” deyil, “bu gün səni nə xoşbəxt etdi?”, “kimsə səni narahat etdi?” kimi suallarla maraqlanın. Onun duyğularına hörmət edin, emosiyalarını paylaşmasına şərait yaradın: "Artıq 5 yaşında uşağın bullinq həvəskarı olacağını müəyyənləşdirmək olar. Belə uşaqlarda eqoizm, hər şeyin yaxşısına malik olmaq istəyi müşahidə olunur. Məsələn, süfrədən ən yaxşı tikəni sakit və özünə əmin tərzdə götürür. Təəssüf olsun ki, çox vaxt valideynlər uşağın hər şeyin yaxşısına malik olmaq istəyini yaxşı xüsusiyyət kimi qiymətləndirir. Valideynlər arasında övladının bu xasiyyətinə görə qürur duyanlar da var. Belə uşaqların valideynləri də çox vaxt narsist olur. Onlar uşağı ağır cəzalandıra bilər. Uşaq da onda yığılan aqressiyanı başqasında partladır. Əksər başqasına zor tətbir edən uşaqların 50 faizi özü ailədə bullinqə məruz qalır".

Psixoloq müəllimlərə məsləhət görür ki, uşaqların kimisə təkləməyini gördükdə həmin uşağa kömək etsinlər: "Onun günahkar olub-olmadığını aydınlaşdırmaq əvəzinə digər uşaqları ona kömək etməyə ruhlandırın. Təzyiqi göstərənə isə onun nifrətinə səbəb olan uşağın nə hiss etdiyini başa salmağa çalışın".

Əgər müəllim sinifdə belə halların yaşandığını görürsə, mütləq tədbir görməlidirlər. Müəllimlər təklənən uşağı həmin vəziyyətdən çıxarmaq üçün valideyn iclası təşkil edib valideynləri maarifləndirməlidirlər. Yeniyetməlik həssas və diqqət tələb edən yaş dönəmi olduğu üçün valideyn və müəllimlər müştərək şəkildə uşaqlara nəzarət etməlidir. Bəzi valideynlərin xisləti uşaqları bullinqə sürükləyir. Məsələn, valideyn öz iş yerində olan hər hansı şəxsi gəlib evdə aşağılayır, mənfiyönümlü söhbətlər edirsə, istər-istəməz uşaq da bu istiqamətdə hərəkətlər edir. Valideynlərə ciddi çağırışlar edilib qadağalar qoyulmalıdır ki, evdə uşaqların yanında bu tipli söhbətlər etməsinlər. Yaxşı olardı ki, valideynlər üçün məktəblərdə dərnəklər təşkil olunsun. Bu dərnəklərdə valideynlərin elə bir-birlərinin münasibətindəki problemlərin aradan qaldırılması üçün təlimlər keçirilməlidir. Əgər valideynlər bir-birləri ilə olan problemləri aradan qaldıra bilsələr, o zaman uşaqlar arasında da hər hansı problem yaşanmaz.Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə əsasən, məktəblərdə neqativ halların, bullinqin artmasının əsas səbəbi şagirdlərin danışacağı bir adamın olmamasıdır: "Biz görürük ki, yeniyetmə yaşına çatan məktəblilər arasında bir-birinə, eləcə də başqalarına qarşı ciddi emosional, psixoloji istismar halları yaşanır. Belə hallarda şagirdin ətrafında danışacağı, şəxsi probleminə həll tapa biləcəyi bir insan yoxdursa, şagird həmin problem ilə təkbaşına qalır. Bunun da nəticəsində şagird depressiyaya düşə bilər. Belə vəziyyətdə istər şagird, istərsə də yaşca böyük bir şəxs özünə zərər verəcək duruma gəlir. Bu kimi hallar məktəblinin dərslərinə, akademik göstəricilərinə mənfi təsir edir. Ona görə də beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, xaricdə orta məktəblərdə, eləcə də ali məktəblərdə dəstək mərkəzləri var. O mərkəzlərdə mentor, təhsil psixoloqu kimi kadrlar "böyük qardaş", "böyük bacı" kimi fəaliyyət göstərirlər.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, son zamanlar dünyanın bir çox ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri də bullinq - təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır: “Dünyanın əksər ölkələrində şagirdlər belə xoşagəlməz hadisələrlə üzləşir və bu zamanla onların psixologiyasında dərin izlər buraxır, onlarda özünəinamı zədələyir. Odur ki, harada baş verməsindən asılı olmayaraq hər bir bullinq hadisəsi ciddi araşdırılmalı, zamanında zəruri tədbirlər həyata keçirilməlidir”.

Millət vəkili vurğulayıb ki, heç şübhəsiz ki, Azərbaycan məktəblərində də belə halların zaman-zaman baş verməsi istisna olunmur. Odur ki, bu istiqamətdə davamlı olaraq ümumtəhsil məktəblərində monitorinqlərin aparılmasına, hər bir faktın diqqətlə araşdırılmasına ciddi ehtiyac var: "Bullinqə məruz qalan şəxs illər keçsə də, zamanında yaşadığı hadisəni əksər hallarda unutmur və onun psixologiyasına ciddi təsir göstərir. Zamanında qəbul edilmiş qərarlar və həyata keçirilmiş tədbirlər neçə şagirdi psixoloji zədə almaqdan xilas edə bilər. Eyni zamanda, belə halların qarşısının alınması üçün davamlı təbliğat və maarifləndirmə işləri də həyata keçirilməlidir. Bunu etmədən konkret nəticələr nail olmaq qeyri-mümkündür. Qeyd edim ki, bullinqlə mübarizədə həm müəllimlərimizin, həm valideynlərimizin, həm də məktəblərimizin üzərinə ciddi vəzifələr düşür. Hər kəs bu məsələdə üzərinə düşən vəzifəni vicdan və insafla yerinə yetirməlidir".

Oxunub: 74
Paylaş:
Digər xəbərlər

Köşə

25-01-2024, 14:23

Müəllimlərə qarşı ZORAKILIQ

Elm və təhsil

4-10-2024, 13:56

Məktəblərdə bullinq: Ağır fəsadları və gələcəyə təsiri

Elm və təhsil

26-02-2025, 16:08

“Təhlükəsiz mühit, uğurlu gələcək: bullinqə son!” layihəsi davam edir

Elm və təhsil

19-12-2024, 16:23

PTPK sədri: Hər məktəbdə psixoloji dəstək qrupları yaratmağı planlaşdırırıq

Elm və təhsil

26-11-2024, 15:33

Sığınacağa yerləşdirilən uşaqlar: Təhsil, adaptasiya və psixoloji dəstək prosesi

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 16:35
İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
Dün, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
Dün, 15:36
"İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
Dün, 15:35
Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
Dün, 15:34
Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
Dün, 15:34
Gənc tədqiqatçılar BMU-da
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • Dün, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • Dün, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • Dün, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • Dün, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • Dün, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • Dün, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • Dün, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • Dün, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • Dün, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • Dün, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • Dün, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • Dün, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • Dün, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • Dün, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • Dün, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • Dün, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • Dün, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
  • 5-02-2026, 17:38
    Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK
  • 5-02-2026, 16:31
    Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
  • 4-02-2026, 16:32
    Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir
  • 4-02-2026, 16:31
    Bu il rezidentura imtahanı elektronlaşacaq
  • 4-02-2026, 16:30
    Məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı
  • 4-02-2026, 16:30
    DİM: 935 zal nəzarətçisi bazadan çıxarılıb, 6 nəfər məsuliyyətə cəlb edilib
  • 4-02-2026, 16:29
    Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI
  • 4-02-2026, 16:28
    Məleykə Abbaszadə: Kim riyakar, kim səmimidir artıq aydın oldu
  • 4-02-2026, 13:32
    Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
  • 4-02-2026, 12:52
    İki fəndən sertifikasiyadan keçəcək tarix müəllimləri: Onlara güzəşt lazımdırmı?
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə