Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Azərbaycan təhsilində nə baş verir? - MÜƏLLİMLƏR OXUSUN

Elm və təhsil

16-11-2025, 12:20



Azərbaycan təhsilində sakit günlər geridə qalıb. Bir neçə gün öncə Elm və təhsil naziri son illərin ən ciddi, ən köklü yeniliklərinin anonsu verdi. Deyilənlərə istinad etsək, bu dəfə söhbət kağız üzərində qalan təlimatlardan getmir. Orta məktəblərin məzmun və formasını yeniləyəcək real addımlar göz önünə gəlir.

Burada əsas məqsəd müəllimi məktəbə qaytarmaq, repetitorluğu məhdudlaşdırmaq, məktəbi yenidən təhsilin əsas məkanına çevirməkdir.

Müəllimlər boş saatlarında məktəbdə əlavə dərslər keçəcək, bu məşğələlər ödənişli olacaq, ödənişin müəyyən hissəsi birbaşa müəllimə veriləcək, şagird “repetitor qapısı” gəzib aylarla vaxt və pul sərf etməyəcək.

Bu model repetitorluğun kökünü kəsməyin tək yoludur. Müəllimin məktəbdə keçirəcəyi vaxt artırılır. Məqsəd odur ki, müəllim gününün böyük hissəsini məktəbdə keçirsin. Çünki yaxşı maaş istəyən müəllim məktəbə də qazandırmalıdır.

Müəllimlər maaş artımı tələb edirdilər. Rəhbərlik onların istəyini gerçəkləşdirir. Yeni sistemdə məktəbdə aktiv olan, əlavə məşğələ aparan, şagird nəticələrini yüksəldən müəllim daha çox qazanacaq. Bu da birbaşa həm peşəkarlığa, həm çalışqanlığa stimul verəcək.

Öz növbəsində proses özü məktəblərin məsuliyyətini artıracaq. Yeni model məktəbləri şagirdə real bilik verməyə məcbur edəcək. Repetitorluğu yox etmək istəyiriksə, məktəbin məsuliyyəti avtomatik artır.

Cəmiyyətin sosial psixologiyası belədir ki, inqilabi dəyişikliklər ilk vaxtlar narahatçılıq, müqavimət, tərəddüd yaradır. Bizdə xüsusilə bəzi müəllimlər çox vaxt “kütlə düşüncəsinin” təsirinə düşür. “Bu yenilik alınmayacaq”, “Onsuz da əvvəl də belə şey demişdilər”, “Əlavə məşğələ keçmək mənlik deyil” kimi neqativ fikirlər içinə düşürlər.

Ancaq bir sual var. Hər bir müəllim yaxşı maaş almaq istəyirmi, yaxşı yaşamaq istəyirmi, cavab təbii ki, "bəli"dir.

O zaman bunun yolu məktəbdə olmaq, məktəbdə fəaliyyət göstərmək, şagirdlə daha çox ünsiyyət etməkdir.

Yenə repetitorluğa qayıdaq, gerçəklik odur ki, hazırda bu, təhsilin “alternativ sistemi”nə çevrilib. Hətta məktəbin funksiyası ciddi şəkildə kölgədə qalıb. Yeni model isə müəllimi məktəbə qaytarır, məktəbin içində ödənişli və keyfiyyətli əlavə məşğələ imkanı yaradır, şagirdin ehtiyacını məktəbin özündə qarşılayırNəticə odur ki, şagird repetitordan qayıdıb məktəbə üz tutacaq. Və bu gün hamının etiraf etdiyi reallıq odur ki, repetitorluqdan can qurtarmağın yeganə yolu məktəbin gücləndirilməsidir.

Təhsil yalnız müəllimlərin deyil. Valideyn də, məktəb rəhbərliyi də, şagird də, cəmiyyətin özü də bu prosesin içindədir. Əgər biz müəllimin yaxşı maaş almasını, şagirdin evdən məktəbə daşınan çantalarla görünməsini yox, bilgi ilə zəngin olmasını, gələcəyin savadlı gəncliyini yetişdirmək istəyiriksə, onda bu yenilikləri dəstəkləməliyik.

Yaxşı maaş alan müəllim məktəbdə əlavə məşğələ keçəcək. Məktəbdə müəllimin əlavə məşğələsi daha ucuz, sistemli və daha effektiv olacaq. Bu məqam valideynin yükünü azaltmaqla paralel şagirdin inkişafını məktəbin içində saxlayır.

Bu gün cəmiyyətin təhsildən gözləntiləri üç əsas xətt üzrədir. Savadlı şagird, testdən maksimum bal yığmaqla yanaşı, düşünə bilən, analiz edən, danışa bilən, yaza bilən gənclik və peşəkar müəllim, güclü məktəb.

Təhsil çətin sahədir. Heç bir ölkə bir gündə təhsilini dəyişə bilməyib. Burada ən sağlam yol bir neçə rayonda pilot layihə, real nəticələrə uyğunlaşdırma və sonra ölkəyə yayılma üsuludur.

Pilot mexanizm müəllimin adaptasiyasını, məktəbin təşkilati işlərini və valideynlərin reaksiyasını ölçmək üçün idealdır.

Bəli, bu gün verilən qərarlar sabahın cəmiyyətini formalaşdırır. Bugünkü yeniliklər isə illərlə gözlənilən, bəzən “olmaz” deyilən dəyişikliklərin qapısını açır.

Bu islahatlar müəllimi məktəbə qaytaracaq, repetitorluğa alternativ yaradacaq, məktəbi yenidən təhsil məkanına çevirəcək, şagirdin yükünü azaldacaq, valideynin xərclərini tənzimləyəcək, müəllimin nüfuzunu və gəlirini artıracaq.

Əgər biz parçalanmış təhsil sistemimizi düzəltmək istəyiriksə, bu inqilabi yenilikləri qorxuyla qarşılamamalıyıq, sevgiylə qucaqlamalıyıq.

Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bu gün biz təhsildə əsl transformasiya dövrünün başlanğıcındayıq.

Əgər biz doğrudan da savadlı gənclik, peşəkar müəllim, güclü məktəb, sağlam cəmiyyət istəyiriksə, bu dəyişikliklər qaçılmazdır.

Son sual budur, biz bu dəyişiklikləri dəstəkləməyə hazırıqmı? Hazırıqsa, təhsil yaxşı mənada dəyişəcək.

(Modern.az)

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

Müsahibə

18-03-2024, 13:10

Valideynlər böyük problem olsalar da,yeganə problem deyillər - MÜSAHİBƏ

Elm və təhsil

14-05-2025, 13:59

Məktəbdə şiddət: Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Rəsmi / Gündəm

10-05-2023, 11:21

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO

Elm və təhsil

24-04-2024, 21:30

Universitetlərimiz sanki, orta təhsili olmayanlara ali təhsil verməklə məşğuldur - Dos. İlham Əhmədov

Elm və təhsil

12-05-2024, 12:55

Universitetlərimiz sanki, orta təhsili olmayanlara ali təhsil verməklə məşğuldur - Dos. İlham Əhmədov

Araşdırma
Ev pişiklərinin mənşəyi ilə bağlı yeni elmi kəşf açıqlanıb
Ana hüquqları və uşaq təhsili: Bir məhkəmə çəkişməsinin acı gerçəkləri
Eks-deputatdan Emin Əmrullayevlə bağlı şok yazı: milyonlar mehdiyevçilərə niyə verilib?
BAKI DÖVLƏT PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ “KORRUPSİYA” DAVAM EDİR: RÜŞVƏT, DƏLƏDUZLUQ, CİNAYƏT
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “talançılıq” və hüquqi xaos
MÜƏLLİMİ YAŞA GÖRƏ DƏYƏRLƏNDİRMƏK DÜZGÜN DEYİL
Elm və Təhsil
Bugün, 12:07
Firudin Qurbanov Tatarıstan Baş nazirinin müavini ilə görüşüb
Bugün, 12:06
Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılışı olub
Bugün, 12:05
Kəlbəcərdəki ilk məktəbin bütün şagirdləri kompüterlə təmin olunub
Bugün, 12:04
NDU-da Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib
Bugün, 12:04
Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayır
Bugün, 12:03
Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı geniş fikir mübadiləsi aparılıb
Hadisə
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
5-11-2025, 17:23
Şəkidə 11-ci sinif şagirdi sinif yoldaşını bıçaqlayıb.
Son xəbərlər
  • Bugün, 12:07
    Firudin Qurbanov Tatarıstan Baş nazirinin müavini ilə görüşüb
  • Bugün, 12:06
    Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılışı olub
  • Bugün, 12:05
    Kəlbəcərdəki ilk məktəbin bütün şagirdləri kompüterlə təmin olunub
  • Bugün, 12:04
    NDU-da Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib
  • Bugün, 12:04
    Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayır
  • Bugün, 12:03
    Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı geniş fikir mübadiləsi aparılıb
  • Bugün, 12:02
    Şərqşünaslıq İnstitutunda Azərbaycan-Qırğızıstan münasibətlərinə dair kitab çap olunub
  • Bugün, 12:00
    Təhsildəki problemlər müzakirə olunmalıdır!
  • Bugün, 08:40
    Cəlilabad Peşə Təhsil Mərkəzində aqrar sahə əməkdaşlığı müzakirə olunub
  • Dün, 21:51
    Dəniz Akademiyasının rektoru Qüdrət Qurbanov da Mehdiyevin xas adamı imiş - Xəyanət, talançılıq qumar və nələr...
  • Dün, 20:58
    Xırdalan 1 nömrəli tam orta ümumtəhsil məktəbinin daha bir uğuru
  • Dün, 15:36
    Dövlətə qarşı qurulan xəyanət şəbəkəsinin ifşası davam edəcək
  • Dün, 15:32
    Autizmli və eşitmə məhdudiyyətli uşaqlarla görüş: həm dəstək, həm ümid mesajı
  • Dün, 15:29
    Təhsilə Mütəxəssis Lazımdır – Kreslo Sahibləri Yox!
  • Dün, 14:27
    Sumqayıt 23 nömrəli məktəbdə valideyn iclası keçirildi
  • Dün, 14:24
    Könüllülərin intellektual yarışı keçiriləcək
  • Dün, 12:45
    Masazır 3 saylı tam orta məktəbdə qarşılanma sürprizi
  • Dün, 12:37
    ARTİ - də tədbir
  • Dün, 12:31
    Emin Əmrullayev yeni olimpiadanın anonsunu VERDİ
  • Dün, 12:29
    Elm və təhsil komitəsinin sədrindən 8 saatlıq iş rejimi ilə bağlı AÇIQLAMA: "Müəllim buna narazı ola bilməz"
  • Dün, 11:24
    BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüş keçirilib
  • Dün, 11:23
    BSU-nun rektoru Trakya Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib
  • Dün, 11:22
    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Türkiyədə təcrübə proqramında iştirak ediblər
  • Dün, 11:21
    Bağça müəllimlərinin sertifikasiyası: Çoxu zəif nəticə göstərəcək - PROQNOZ
  • Dün, 11:20
    ADNSU sənaye tərəfdaşları ilə tələbələrin bacarıqlarını artırır
  • Dün, 11:19
    15 şagird inklüziv təhsilə cəlb olunub
  • Dün, 11:19
    Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib
  • Dün, 08:18
    Ramiz Mehdiyevin AMEA-dakı uzantısı
  • Dün, 08:13
    Övladlarımızı necə qoruyaq?
  • Dün, 08:10
    Hansı rayonlara qar yağacaq?
  • 3-12-2025, 22:37
    Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis
  • 3-12-2025, 18:14
    Məktəbləri bu şirkət təmir edəcək - 4,3 milyonluq tender
  • 3-12-2025, 18:13
    Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
  • 3-12-2025, 18:12
    İlham Əliyev Fərman imzaladı
  • 3-12-2025, 18:11
    Fransada təhsil büdcəsi ictimai narazılıq yaradıb
Daha çox
3-12-2025, 12:22
Nazirin görünməyən keçmişi : təsadüf, yoxsa sistemli plan?
2-12-2025, 12:09
Sistemdə Dəyişən Adlar, Dəyişməyən Yük: Müəllimlər Niyə Hələ də Çətinlikdədir?
Dün, 12:45
Masazır 3 saylı tam orta məktəbdə qarşılanma sürprizi
Dün, 15:29
Təhsilə Mütəxəssis Lazımdır – Kreslo Sahibləri Yox!
30-11-2025, 13:53
Uğurlu təhsil evdən başlayır
29-11-2025, 09:51
Məktəblərimizdə direktor problemi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə