Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Azərbaycanda repetitorluq niyə ləğv edilə bilməz? - Nadir İsrafilovla MÜSAHİBƏ

Məktəblər / Müsahibə

18-04-2023, 13:20

Təhsil naziri Emin Əmrullayevin "repetitorluq ləğv edilə bilməz” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları nazirin bu fikrinin məntiqi izahı olmadığını desə də, əks arqumentlərlə ona haqq qazandıranlar da tapılıb. Nazirin açıqlaması ölkədə repetitorluq fəaliyyətini yenidən gündəmə gətirib.

Konkret.az bu məqsədlə tanınmış təhsil eksperti Nadir İsrafilovdan müsahibə alıb. tehsil.media həmin müsahibəni təqdim edir:

– Nadir bəy, Azərbaycanda repetitorluq hansı zərurətdən yaranmağa başladı?

– Sovet dönəmində repetitor anlayışı olmayıb. Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənəti repetitorluq institutu formalaşmadan öncə özünün bir növ intibah dövrünü yaşayıb. Bizim dünya səviyyəsində tanınan yazıçılarımız, elm xadimlərimiz, rəssamlarımız olub. Repetitorluğun yaranma səbəbi isə Azərbaycanda test üsulunun tətbiqi ilə başlayıb. Yəni bizdə ailələr bəhsə girərək övladlarının ali məktəbə qəbul olunması üçün onları repetitor yanına göndərməyə başladılar. Bu, ali məktəbə qəbul olmaq həvəsindən yaranan bir anlayışdır. Amma repetitorluq yeni-yeni yaranmağa başlayanda yalnız 10-11-ci siniflər müəllim yanına gedirdilər və seçdikləri ixtisasa uyğun fənlərdən hazırlaşırdılar. Amma indi məktəbəqədər təhsil müəssələrini belə əhatə edir.

– Bu gün ölkədə xeyli sayda kurs fəaliyyət göstərir və şagirdlər də həmin müəssisələrə üz tutur. O zaman məktəblərin fəaliyyətinə ehtiyac qalırmı? 

– Hazırda Azərbaycanda repetitorluğa münasibət birmənalı deyil. Bir qrup insan repetitorluğun məktəb mühitini dağıtdığını hesab edir. Ümumiyyətlə, bizim heç bir təhsil qanunvericiliyimizdə orta məktəbin ali təhsil müəssisəsinə tələbə hazırlamaq vəzifəsinin olduğu barədə sənəd mövcud deyil. Amma bu, mentalitetdən irəli gələn bir məsələdir. Bu cür davam etsə, ayrı-ayrı repetitorluq kurslarının sayı gələcəkdə orta məktəblərin sayından çox olacaq. Kimisi bu işi "qara bazar” adlandırır, digəri biznes sahəsi, qeyri-pedaqoji fəaliyyət kimi yanaşır. Müəyyən qurp isə təhsilimiz repetitorların çiynində inkişaf etdiyini düşünür.  Amma məsələyə birmənalı yanaşmaq doğru deyil. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir ifadə işlədib: "Valideynlər məndən soruşurlar ki, məktəb varsa, kurs niyə fəaliyyət göstərir, yox əgər kurs varsa, o zaman məktəb nəyə lazımdır?” Ona görə də, Türkiyədə bu məsələ ciddi şəkildə müzakirəyə çıxarılıb. Biz də qardaş ölkədən faydalanaraq bu mövzunu gündəmə gətirə bilərik. Əgər ölkədə bu qədər kurs varsa, o zaman məktəb nəyə lazımdır. Yaxud sualı əksinə qoymağımız mümkündür.

Təhsil eksperti statusunun verilməsinə ehtiyac yoxdur-Nadir İsrafilov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

– Nazir Emin Əmrullayev açıqlamasında bildirib ki, ölkədə repetitorluğu ləğv etmək mümkün deyil. Sizcə, Azərbaycanda repetitorluq niyə ləğv edilə bilməz?

– Hesab edirəm ki, Azərbaycanda repetitorluq leqal deyil. Amma mütləq leqallaşdırılmalıdır. Hazırda repetitorluq mövcud olsa da, qeyri-pedaqoji fəaliyyət növü sayılır. Biz bunu leqallaşdırsaq, məktəbin öz vəzifəsinin öhdəsindən gəlmədiyini qəbul etmiş olacağıq. Ona görə də, məsələ yarımçıq qalıb. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda məktəblərin səviyyəsini yüksəltmək lazımdır. Bu zaman repetitorluğa ehtiyac qalmayacaq. Amma indi repetitorluğu aradan qaldırsaq, o zaman gərək testi və imtahanları da ləğv edək. Çünki repetitorluq bilavasitə testin ortalığa çıxmasından sonra yaranıb. Bu gün şagirdlərin əksəriyyəti dərsliklərlə deyil, test kitabçaları ilə hazırlaşır. Məntiqlə biz həmin test kitablarını da ləğv etməli, tələblərə cavab verməyən dərslikləri yeniləməliyik. Üstəlik, bu gün repetitorluq minlərlə müəllimin qazanc mənbəyi hesab olunur. Buna görə də, ziddiyyətli məqamlar mövcuddur. Bu səbəblərdən də repetitorluğun indi ləğv edilməsi mümkün deyil.

– Repetitorluğun məktəb mühitinə hansı mənfi təsirləri mövcuddur və bunun qarşısını almaq üçün nə etməliyik?

– Repetitorluq məsələsinə ikitərəfli yanaşmaq mümkündür. Məsələn, kimsə öz övladını hazırlığa qoymaq istəsə, heç kim ona qadağan edə bilməz. Amma məsələnin ikinci tərəfi odur ki, şagirdlərin böyük əksəriyyəti məktəb dərslərinin hesabına repetitor yanına gedir. Bu, məktəb mühitinin dağılmasına, nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Bu gün müəllimlərimiz də kateqoriyalara (adi, repetitor və hətta bunker müəllim anlayışı yaranıb) bölünüb. Repetitorluq institutu 30 il ərzində formalaşıbsa, biz bunu birdən-birə ləğv edə bilmərik. Ona görə də, yeganə çıxış yolu bu sahədə konkret təkliflərin verilməsidir. Elə etməliyik ki, məktəb və müəllim nüfuzdan düşməsin. Hazırda müəllimə ehtiyac qalmayıb. Çünki əlavə kurslar fəaliyyət göstərir. Buna görə də bizim əsas vəzifəmiz şagirdləri və müəllimi məktəbə qaytarmaqdır. Odur ki, repetitorluğu aradan qaldırmaq üçün əməli tədbirlər görməliyik.



Oxunub: 605
Paylaş:
Digər xəbərlər

Elm və təhsil / Məktəblər

17-04-2023, 16:06

Repetitorluq ləğv edilə bilməz - NAZİR

Elm və təhsil

17-04-2023, 18:30

Bu il qəbul imtahanlarında ballar aşağı düşəcək? - TƏHSİL EKSPERTİ AÇIQLADI

Məktəblər

18-04-2023, 04:46

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb

Elm və təhsil / Məktəblər

18-04-2023, 11:54

Azərbaycanda fənlərin adı 70-80 ildir dəyişmir - Nazir

Mədəniyyət

15-04-2023, 13:43

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 12:34
“Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
Dün, 12:33
Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
Dün, 12:32
Aşan avtomobildə ölən şəxs müəllimi imiş
Dün, 12:31
Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
Dün, 12:30
Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
Dün, 12:30
Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • Dün, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • Dün, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • Dün, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • Dün, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • Dün, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • 3-08-2025, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • 3-08-2025, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • 3-08-2025, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • 3-08-2025, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • 2-08-2025, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • 1-08-2025, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • 1-08-2025, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • 1-08-2025, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • 1-08-2025, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • 1-08-2025, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • 1-08-2025, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • 1-08-2025, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • 1-08-2025, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Daha çox
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
31-07-2025, 12:35
Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə