Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Virtual asılılıq,real faciə: Psixoloqdan ÇAĞIRIŞ

Keçdiyimiz günlərdə 15 yaşlı yeniyetmə anasından telefonu oyun oynamaq üçün istəyib. Lakin anası icazə vermədiyi üçün yeniyetmə onu qətlə yetirib.
Hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. İnsanlar özülüyündə sual verir ki, mobil telefon və rəqəmsal aləmin təsiri uşaqların və yeniyetmələrin psixologiyasında necə dərin izlər buraxır ki, nəticədə valideyninə qarşı bu qədər amansız ola bilirlər.

Bəs bu cür hadisələrin qarşısını almaq üçün ailə, cəmiyyət və məktəb nə etməlidir?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Aydan Məmmədova danışıb.

O qeyd edib ki, oyunlar, sosial şəbəkələr və onlayn məzmunlar beynin mükafat sistemini stimullaşdırır, nəticədə isə emosional tənzimləmə zəifləyir impulsiv davranışlar artır və agresiya ön plana keçir:

"Son günlərdə baş verən dəhşətli hadisə – 15 yaşlı yeniyetmənin mobil telefona görə anasını qətlə yetirməsi – cəmiyyətimizdə dərin təəssüf və narahatlıq doğurub. Bu hadisə bir uşağın oyun və texnologiya asılılığının hansı fəsadlara yol aça biləcəyini, həm də ailədaxili psixoloji bağların nə qədər zəiflədiyini göstərir.

Uşaq və yeniyetmə psixologiyasında əsas ehtiyac – emosional bağ, sabitlik və qayğıdır. Texnologiyanın həyatımıza sürətli inteqrasiyası ilə uşaqlar öz duyğusal ehtiyaclarını real münasibətlərdən çox, virtual mühitlərdə ödəməyə başlayıblar. Oyunlar, sosial şəbəkələr və onlayn məzmunlar beynin mükafat sistemini stimullaşdırır, nəticədə isə emosional tənzimləmə zəifləyir impulsiv davranışlar artır və agresiya ön plana keçir".

Müsahibimiz bildirib ki, bu faciənin kökündə dayanan əsas problem – emosional boşluq, impuls nəzarətinin olmaması və valideyn-övlad münasibətində qarşılıqlı anlaşmanın zəifləməsidir.

"Bəs nə etməliyik? - Ailə: Valideynlər uşaqlarına sadəcə nəzarət etməməli, həm də emosional bağ qurmalıdırlar. Dinləmək, empati göstərmək, qayğı və sərhədləri balanslı şəkildə təqdim etmək əsasdır. Telefonu qadağan etməklə yox, alternativ sosial və yaradıcı fəaliyyətlərlə əvəzləmək önəmlidir.

- Məktəb: Psixoloji xidmətlər gücləndirilməli, emosional intellekt, empati və impuls nəzarəti ilə bağlı proqramlar həyata keçirilməlidir. Uşaqlara həm texnologiyanı, həm də öz duyğularını düzgün idarə etməyi öyrətmək əsas hədəf olmalıdır.

- Cəmiyyət və media: Rəqəmsal təhlükələrə qarşı maarifləndirici layihələr, valideynlər üçün təlimlər və psixoloji dəstək mexanizmləri artırılmalıdır. Media isə bu cür halları sadəcə xəbər kimi deyil, maarifləndirici və önləyici təhlillərlə təqdim etməlidir".

"Unutmamalıyıq ki, bu cür hallar tək bir ailənin faciəsi deyil – bu, cəmiyyətin aynasıdır. Güclü ailələr, sağlam münasibətlər və emosional dayanıqlı uşaqlar yetişdirmək üçün birlikdə hərəkət etməliyik", deyə A.Məmmədova vurğulayıb

Oxşar xəbərlər

Bütün xəbərlər