Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

ARTİ təlimlərindən şikayətlər bitmir! ARTİ artıq soyğunçuluqda həddi aşır...

ARTİ təlimlərindən şikayətlər bitmir! ARTİ artıq soyğunçuluqda həddi aşır...

tehsilmedia.info saytı olaraq ARTİ təlimlərinin, layihələrinin yeyinti, pul silmə əməliyyatları üçün olduğunu birbaşa qeyd etmişik. Emin Əmrullayev təhsilə ayrılan maliyyəni ARTİ üzərindən özünküləşdirib, yeyintiyə çevirir. Təlimlər birmənalı olaraq uğursuzdur. Redaksiyamıza sonsuz sayda şikayətlər daxil olur. Xüsusilə aprel ayında "keçirilən" təlimlərin qiymətləndirilməsini şikayət edirlər. Hansı təlimin hansı qiymətləndirilməsini keçirirlər?!

Təlimçilərin bəziləri keçmədiyi üçün təlimin qiymətləndirmə testlərini özləri işləyir, hazır cavabları müəllimlərə göndərirlər, bəzi müəllimlər də xüsusi repetitorlara pulla testləri işlədirlər. Maraqlı budur ki, təlimçilərin işlədiyi testlərdə səhvlər çoxdur. Müəllimlər təlimçilərin səhvlərini tuturlar. Bir halda müəllimlər təlimçinin səhvini tutacaqsa, nəyə lazımdır bu təlimlər? Repetitorlar ARTİ təlimçilərindən savadlıdılarsa, Nazirlik həmin repetitorları işə cəlb etsin. Müəllimləri oyuncağa çevirməsin. Sualların çoxu çox sadə, yarı suallar verilən materialdan əlaqəsiz, yarı materiallar başlı-başına səhv. Bu biabırçılığı həqiqətən görən yoxdur?!

Şikayətlərin həddi-hüdudu yoxdur. Amma hamı tapşırır ki, anonim olsun. Yoxsa bizi işdən çıxararlar. Niyə müəllimlərə hədə-qorxu gəlirlər? Niyə müəllimləri şantaj edirlər? Niyə müəllimləri susdururlar?

Dəfələrlə təlimlərin maarifləndirici olmadığını və müəllimlərin davamlı şikayətləndiyini bildiririk. ARTİ təlimləri ya keçmir, ya da yola verir. Təlimə ayrılan pulu öncədən yeyirlər, sonra könülsüz şəkildə, təlimdən anlayışı olmayan savadsızlara təlim keçirirlər. Təlimlərin yarsı keçirilmir, 1 gün keçirilir, qalanı keçirilmir, üzündən slayd oxuyurlar, saatları birləşdirib 4 günə yola verirlər. Müəllimlər həmin təlimdən heç nə öyrənmirlər. Müəllimlər öyrənmək istəyirlər. Müəllimlər yenilikləri mənimsəmək istəyirlər. Amma əksinə öyrədən yoxdur. Müəllimlər davamlı bildirirlər ki, heç nə öyrədilmir, çox vaxt material verilmir, suallar cavablandırılmır. Yenilik varsa, öyrədin. Hansı müəllim başıaşağı olmaq istəyir? Hansı müəllim utanmaq istəyir? Hansı müəllim işini yerinə yetirmək üçün ona-buna yalvarmaq istəyir? İş görmək istəyirsinizsə, bəhanələrə sığınmayın. Bu insanları alçaltmaqdır, ələ salmaqdır. Siz milyonları yeyin deyə, bu qədər müqəddəs peşə sahibini alçalda bilməzsiniz! Madam sertifikasiya edirsiniz, onda öyrədin, maarifləndirin, suallara cavab verin, düzgün qiymətləndirmə edin. Niyə belə oyunlara əl atırsınız?!
Niyə aidiyyatı qurumlar lazım olanı etmir? Niyə təhsilə ayrılan milyonlarla maliyyə ancaq belə lazımsız, keçirilməyən təlimlərə və onlarla eyni bacarıqları formalaşdıran layihələrə ayrılır?
Bu qədər faktlar göstəririk. Bu qədər əsaslar gətiririk. Ümid edirik, artıq bu "MƏDƏNİ SOYĞUNÇULUĞA" son qoyular.

Oxşar xəbərlər

Bütün xəbərlər