ARTİ UĞURSUZ LAYİHƏSİNDƏN YEYİNTİ OLARAQ İSTİFADƏ EDİR...
"Müasir Metodist" layihəsində onlayn vebinarlar edirlər. Bunun uğurlu olduğunu vurğulayırlar. Təsəvvür edin ki, heç cür 18 ildir kurikulumu başa sala bilməyən , hətta davamlı özləri səhv edib səhvlərini yalandan təkmilləşmə adı ilə ört - basdır edən bir qurum və qohumbazlıq, pulla seçiləb təlimçilər nağıl danışır və buna milyonlarla pul xərclənir.
ARTİ təlimləri uğurlu olsaydı, 18 ildir müəllimlər çoxdan planlaşma, qiymətləndirmə, sinfin idarə edilməsi və s sahələri onsuz da bilərdilər. Nəzərə alın ki, məktəb belə 11 illikdir. 18 ildir niyə formalaşdıra bilmirlər?
İkincisi, eyni adamlar, eyni şeyi dəfələrlə slayd üzündən oxumaqla nə dəyişəcək? Peşəkarlıq yoxdur. Çünki normal metodika bitirən yoxdur. Dost, tanışı ora yığmaqla nəsə olmaz.
Üçüncüsü, tədris planı hazırlayan Zavuçlar qalıb kənarda metodist yetişdirmək pzü gülüncdür.
Dördüncüsü, seçimlər çox uğursuz keçirildi və metodbirləşməni zorla ləğv etdirib "müəyyən" yollarla adam seçmək heç vaxt uğurlu olmayacaqdır.
Beşincisi, sizin bu yolavermə vebinarlarınızla kimsə nəsə öyrənmir.
Altıncısı, metodist layihəsində müəllimlərə verdiyiniz elektron dərslik, keçirdiyiniz imtahan, imtahanı əslində kimlərin işlədiyi hamısı göz önündədir. Başlı-başına saxtakarlıqla, qanunsuzluqla etdiniz.
Buna rəğmən Emin Əmrullayev sırf PUL SİLMƏ, MƏDƏNİ SOYĞUNÇULUQ, ƏLAVƏ GƏLİR VAR DEYƏ TƏSDİQLƏYİB 7 MİLYON PULU HEÇ NƏ ETDİ.
Məktəblərimizin acınacaqlı vəziyyəti, maddi texniki bazasının olmaması sizə maraqlı deyil amma bu addımlarla minlərlə insanın ahını alırsınız...
Burada MÜTDA, ARTİ, TKTA, ETN birləşib pulu necə öz əlimizə keçirək düşüncəsindən başqa heç nə yoxdur. Əliyev Elnur, Nəzakət Mehdiyeva, Aynur Rüstəmova və digərləri bir gün xalqımız qarşısında cavab verəcəksiniz...




























