Təhsil nazirinin əmri ilə Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin edilib.
Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili almışdır. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Yaxın saatlarda Təhsil naziri Emin Amrullayev Rüfət Əzizovu Təhsil İnstitutunun kollektivinə təqdim edəcəkdir.



























