Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Dilçilik İnstitutunun gənc alimi elmlər doktoru elmi dərəcəsini alıb - FOTO

Dilçilik İnstitutunun gənc alimi elmlər doktoru elmi dərəcəsini alıb - FOTO

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, gənc alim Şəbnəm Həsənli-Qəribova filologiya elmləri doktoru elmi dərəcəsini alıb.

Bu barədə "tehsilmedia.info"a institutdan bildirilib.

Filologiya elmləri doktoru Şəbnəm Rasim qızı Həsənli-Qəribova 1987-ci ildə Bakı şəhərində zi­ya­lı ailəsində ana­dan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünas­­lıq fakültəsinə qə­bul olub. Birinci kurs tələbəsi ikən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Bakı dil­çilik məktəbinin keçirdiyi “Gənc dilçilərin müsabiqəsi”ndə “Türk dünyasının ilk en­siklopedi­yası” adlı məruzə ilə çıxış edərək birinci dərəcəli Fəxri diploma layiq gö­rülüb. 2008-ci ildə Türk dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini Mirzə Kazımbəy adı­na təqaüdlə bitirib. 2008-2010-cu illərdə BDU Şərqşünaslıq fakültəsin­də Türk di­li ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib. Magistr döv­ründə Bakı Dövlət Universitetində 90 illiyinə həsr olunmuş “50+50” qrant layihə­si­nin qalibi olub və 2 il müddətinə bu layihəni həyata keçirib. 2009-cu ildə “M.Kaş­ğarinin “Divanü luğat-it-türk” əsərində feilin zamanları” mövzusunda məruzəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qalibi olub.

2009-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi fəaliyyətə baş­la­yıb, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələ­rin­də çalışıb.

2010-2012-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məş­­­ğul olub.

2011-2014-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə dok­to­­ru pilləsi üzrə doktoranturada təhsili alıb, “XI-XII əsrlər türk dillərinin etnoqrafik lek­­­sikası” mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi də­rə­cə­si­ni alıb. 2017-ci ildə gənc alim kimi uğurlu fəaliyyətinə görə Azərbaycan Gənc alimlərinin I Qurultayına nümayəndə olaraq seçilib. 2018-ci ildə AAK-ın qərarı ilə Türk dilləri ixtisası üzrə dosentlik el­mi adına layiq gö­rül­üb. 2019-cu ildə AMEA Rəyasət Heyətində keçirilən “Gənc qadınlar elmdə” müsabiqəsində göstərdiyi elmi fəaliyyətə görə ikinci yerə layiq görülüb və Fəxri diplom ilə təltif olunub. 2019-2021-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Dil­çilik araşdırmaları” elmi jurnalının məsul redaktoru olub.

2017-ci ildən Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmlər doktorluğu üzrə dissertantı olub. 2022-ci ildə “XIII-XVI əsrlər Türk dillərində elmi üslubu” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 2023-cü ildə Türk dilləri ixtisası üzrə filologiya elmlər doktoru elmi dərəcəsi alıb.

Dilçiliyin müxtəlif sahələrinə, xüsusilə, türkologiya, türk dillərinin tarixi-müqayisəli tədqiqi, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi və dil əlaqələri ilə bağlı tədqiqatlar aparır. “XI-XII əsrlər türk dillərinin etnoq­ra­fik leksikası”, “Oğuz qrupu türk dillərində isimlərdə söz yaradıcılığı”, “Azərbaycan xalq cümhuriyyəti və milli ədəbi dilin inkişafı tarixi”, “Türk dillərinin elmi üslubun tarixi qaynaqları”, “Orta əsrlər türk dillərində elmi üslubun inkişafı”, “Türk dillərində elmi üslubun leksik-qrammatik xüsusiyyətləri” monoqrafiyalarının, “XI-XII əsrlər türk etnoqrafizm­lərinin izahlı lüğəti”, “Azərbaycan dilində şəxs adlarının izah­­lı lüğəti”, “İzahlı yeni ter­minlər lüğəti” II cild, “İzahlı dilçilik terminləri lüğəti”, “Azərbaycanca-türkcə izahlı dil­çi­lik terminləri lü­ğə­ti”nin, “Ulduzlar sönmür, şəhidlər ölmür”, “Ömrün zirvəsində”, “Elmin zirvələrində” kitablarının və 140-a yaxın məqalənin müəllifidir. Tədqiqatlarında XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası, orta əsrlərdə elmi üslubun formalaşması, türk dillərində söz yaradıcılığı prosesi, müasir türk dillərinin leksik-qrammatik xüsu­siy­­yətləri araşdırılıb. O, Türkiyə, Qazaxıstan, İtaliya, Almaniya, Rumıniya, Əfqanıstan, Polşa və s. ölkələrdə beynəlxalq konfranslarda iştirak edib.

Dilçilik İnstitutunun gənc alimi elmlər doktoru elmi dərəcəsini alıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər