Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

“Müdriklik mücəssəməsi” adlı kitab işıq üzü görüb

“Müdriklik mücəssəməsi” adlı kitab işıq üzü görüb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən Ulu Öndərin "Müdriklik mücəssəməsi” adlı irihəcmli kitabı "Elm” nəşriyyatında nəşr edilib.

Bu barədə "tehsilmedia.info”a institutdan bildirilib.

Əsərin elmi məsləhətçisi və "Ön söz”ünün müəllifi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, birinci nəşrinin (1999) tərtibçisi professor Vilayət Quliyev, təkmilləşdirilmiş ikinci nəşrinin (2023) tərtibçisi isə filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

Topluda Ümummilli Lider Heydər Əliyevin 1969-2003-cü illərdə humanitar sahə ilə əlaqədar keçirilən qurultaylarda, konfranslarda, mötəbər məclislərdə, görüşlərdə etdiyi məruzələri, çıxışları, söhbətləri, ədiblərə ünvanladığı təbrik məktubları, jurnalistlərə verdiyi müsahibələr dörd bölmə üzrə xronoloji ardıcıllıqla yer alıb.

Nəşrə akademik İsa Həbibbəyli "Heydər Əliyevin dövlətçilik təliminin ədəbiyyat dərsləri” adlı dolğun, səmimi, Ulu Öndərin poeziyaya bağlılığının məhrəm qatlarına işıq salan, onun ədəbiyyat haqqında incələmələrini özündə ehtiva edən geniş və mükəmməl "Ön söz” yazıb.

Kitabın ilk və ən iri bölməsində Ümummilli Liderin Azərbaycan Yazıçılar Birliyinin V, VI, VII və X, Türk Dünyası Yazarlarının III qurultaylarında, "Kitabi-Dədə Qorqud” 1300, Məhəmməd Füzuli 500, Nəriman Nərimanov 100, Üzeyir Hacıbəyli 110, Cəfər Cabbarlı 80, Süleyman Rüstəm 90, Mirvarid Dilbazi 85, Əliağa Vahid 100, Maqsud İbrahimbəyov 60, Yusif Səmədoğlu 60 və başqa yubiley tədbirlərində, ədiblərin abidələrinin açılışında söylədiyi nitqlər, məruzələr, çıxışlar birmənalı olaraq günümüzlə səsləşir, toxunulan problemlər, qabardılan fikir və düşüncələr öz aktuallığını, ədəbi-elmi dəyərini qoruyub saxlayır.

"Müdriklik mücəssəməsi”nin "Görüşlər, xatirələr” adlı ikinci bölməsi Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə qayıtdıqdan sonra ilk dəfə 1993-cü ildə Elmlər Akademiyasının binasında ziyalılarla görüşü zamanı ölkəmizin qədim və çağdaş tarixi, mürəkkəb və tutqun taleyi, klassiklərə və ədəbi irsə yeni baxış, sovet rejiminin mövcud mühit məcrasında, müstəqillik müstəvisində dəyərləndirilməsi məsələləri barədə etdiyi açıq və səmimi söhbətlər ilə açılır.

Heydər Əliyevin teatr tamaşalarını izlədikdən sonra tamaşanın yaradıcı heyətinin peşəkarlığı, sənətkarlıq xüsusiyyətləri, dram əsərinin ideya-bədii və mənəvi-psixoloji məziyyətləri haqqında dəyərləndirmələri xronoloji ardıcıllıqla topluda yer almışdır. Kitabda şairlərə, yazıçılara, söz ustalarına ünvanlanmış təbrik məktubları və xarici jurnalistlərə ədəbiyyatla, mədəniyyətlə bağlı verilmiş müsahibələr də öz əksini tapmışdır.

Akademik İsa Həbibbəyli "Müdriklik mücəssəməsi”nə yazdığı müqəddimədə maraqlı bir məqama diqqəti cəlb edir: "...Görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat haqqındakı fikirləri onun müstəqil dövlətçilik təliminin əsas meyarlarını, vəzifə və məqsədlərini ifadə edən dövlət əhəmiyyətli qənaətlərdən ibarətdir. Ulu Öndərin ədəbiyyata dair irsi dahi şəxsiyyətin siyasi fəaliyyətinin qiymətli səhifələrini təşkil edir. Ədəbiyyat haqqındakı fikirləri Heydər Əliyevin dövlət siyasətinin dərsləri və tezisləridir. Heydər Əliyevin ədəbiyyata dair baxışları görkəmli dövlət xadiminin cəmiyyətin inkişafına aid fikirləridir. Buna görədir ki, müstəqil Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin dövrün xarici işlər naziri Vilayət Quliyevlə bir söhbətində ədəbiyyat haqqındakı nitqlərinin, yazıçı və şairlərə təbrik məktublarının toplandığı "Ədəbiyyatın yüksək borcu və amalı” kitabındakı zəngin materialları nəzərdə tutaraq dediyi "deyəsən, sovet vaxtı mən partiya-təsərrüfat işindən çox, ədəbiyyat məsələləri ilə məşğul olmuşam” - sözləri onun ədəbiyyat işinə dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi verdiyi yüksək qiymətin obyektiv ifadəsidir”.

Heydər Əliyevin "Müdriklik mücəssəməsi” adlı seçilmiş əsərləri humanitar və ictimai elmlər sahəsində çalışan ədəbiyyat, təhsil, mədəniyyət və incəsənət işçiləri üçün mükəmməl elmi-metodoloji vəsait, dəyərli töhfədir.

Oxşar xəbərlər

Bütün xəbərlər