Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Elm və təhsil

28-05-2023, 12:42

AMEA Rəyasət Heyətinin iclası keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə "tehsil.media"a AMEA-dan bildirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Akademik İsa Həbibbəyli əvvəlcə ölkə başçısının 27 aprel 2023-cü il tarixli Sərəncamı ilə təltif edilmiş akademik Urxan Ələkbərova “Şərəf ” ordeni və AMEA-nın Fəxri fərmanını təqdim edib.

Tədbirdə müzakirəyə çıxarılan birinci məsələ “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün təsdiq edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncam imzalanıb və Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi AMEA müəyyən edilib.

AMEA rəhbəri qeyd edib ki, Akademiyada sözügedən bəndin icrasını təmin etmək məqsədi ilə çoxsaylı əsərlərin nəşri ilə yanaşı, ən fundamental nəşrlərdən biri kimi, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən operativ şəkildə “Heydər Əliyev Ensiklopediyası”nın 824 maddəlik sözlüyü hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilib. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, sözlüyün müzakirəsini təmin etmək və yekun variantını hazırlamaq məqsədi ilə Komissiya yaradılıb və ötən müddət ərzində sözlüyə müvafiq istiqamətlər üzrə əlavə və düzəlişlər edilərək AMEA Rəyasət Heyətinə təqdim olunub.

Akademik İsa Həbibbəyli sözügedən nəşrdə Ulu Öndərin şəxsiyyətinin miqyası və fəaliyyətinin bütün sahələrinin əks olunacağını deyib və “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və nəşrinin alimlərimizin Ümummili Lider qarşısında mənəvi və vətəndaşlıq borcu olduğunu bildirib.

Təklif edilən əlavə və düzəlişlər nəzərə alınaraq “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü təsdiq edilib və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə sözlüyə uyğun olaraq ensiklopediyanın hazırlanması tapşırılıb.

İclasda, həmçinin Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında məsələyə baxılıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinin AMEA-da da yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə elmi müəssisə və təşkilatların AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə verdikləri təkliflər əsasında Tədbirlər planı hazırlanıb. AMEA rəhbəri Tədbirlər planında “Əhməd bəy Ağaoğlu və türk dünyası”, “Məhəmməd Akif Ərsoy və Azərbaycan ədəbi-elmi fikri”, “Ortaq keçmişdən bugünə və gələcəyə doğru: türk və Azərbaycan dil əlaqələri”, “Əlyazma kitabı Azərbaycan və Türkiyə elmi-mədəni əlaqələr kontekstində”, “Türk dünyasının ortaq mədəni mirası”, “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər”, “Türkiyə-Azərbaycan münasibətlərinin tarixi”, “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti”, “Türkiyə Cümhuriyyəti - 100: Türkiyə Azərbaycan arxeoloji və antropoloji araşdırmaları” mövzusunda elmi konfransların, “Azərbaycan və Türkiyənin XX-XXI əsrin liderlik modellərinin müqayisəli təhlili”, “Türkiyə Cümhuriyyəti və Qafqaz: tarix və müasirlik” adlı dəyirmi masaların keçirilməsi, Ədəbiyyat İnstitutunda Mehmet Akif Ersoy Mərkəzinin açılması və s. məsələlərin əksini tapdığını bildirib.

Müzakirələrdən sonra “Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı” təsdiqlənib.

İclasda, o cümlədən müasir dövrün çağırışlarına uyğun olaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Vurğulanıb ki, hazırda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi istiqamətlərindən birini etnoqrafik tədqiqatlar təşkil edir, lakin etnoqrafiya elm sahəsi kimi əsasən etnosların adət və ənənələrini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənir. Qeyd olunub ki, institutda etnoqrafik tədqiqatlar Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri tərəfindən həyata keçirilir və təhlillər göstərir ki, müəssisədə aparılan etnoqrafik tədqiqatlar daha çox tarixi istiqaməti əhatə edir. Buna görə də etnoqrafik tədqiqatların Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun fəaliyyət istiqamətləri ilə daha da sıx əlaqələndirilməsinə böyük ehtiyac yaranıb.

Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri öz ştat vahidləri ilə birlikdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutuna keçiriliblər.

Akademik İsa Həbibbəyli bildirib ki, bu qərar müasir dövrün çağırışları işığında etnoqrafiya elmini daha da inkişaf etdirəcək, onu etnologiya elmi səviyyəsinə qaldıracaq və yeni mərhələdə aparılan tədqiqatların gələcəkdə Tarix İnstitutunda nəşri planlaşdırılan “Etnologiya” jurnalında çap olunması təmin ediləcəkdir.

İclasda, o cümlədən professor Abbas Seyidovun ərizəsi əsasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad olunması qərara alınıb. Həmçinin AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudova isə AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri vəzifəsinə təsdiqlənib.

Eyni zamanda, AMEA Rəyasət Heyəti aparatının bir sıra şöbələrinin adlarına əhatə etdikləri funksiyalara müvafiq olaraq yenidən baxılıb.

Bundan əlavə, akademik Akif Əzizovun 80, akademik Cahangir Kərimovun 100, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin isə 75 illik yubileyi haqqında qərar verilib.

İclasda Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak edən alimlərin rəğbətləndirilməsi haqqında da qərar qəbul edilib.

Tədbirdə qeyd olunan məsələlər ətrafında akademiklər - Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, professorlar - Kərim Şükürov, Abbas Seyidov, Məmməd Əliyev, tarix elmləri doktorları - İlhamə Məmmədova, Güllü Yoloğlu və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Akademiya əməkdaşlarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, ölkə başçısının AMEA və alimlərimiz qarşısında yeni dövrün çağırışlarına uyğun olaraq qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün daha məsuliyyətlə çalışacaqlarını bildirib.

Oxunub: 390
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

9-05-2023, 13:52

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Elm və təhsil

24-05-2023, 20:22

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Gündəm

9-05-2023, 15:24

Türkiyə Respublikasının 100 illiyinə həsr edilən tədbirlər keçiriləcək

Müsahibə

13-04-2023, 15:00

Prezidentin Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə geniş tərkibdə görüşü başlayıb

Ali təhsil

28-04-2023, 00:34

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub - FOTO

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 13:08
Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama
Bugün, 12:34
Kafedra sistemindən imtina ali təhsildə dönüş nöqtəsi ola bilər
Bugün, 12:33
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bugün, 12:32
Agentliyin direktoru ilk dəfə regionda vətəndaş qəbulu təşkil edib
Bugün, 12:32
“Sabahın alimləri” sərgi iştirakçıları müəyyənləşib
Bugün, 12:31
Nazir müavini: İntellektual gənclik cəmiyyəti irəli aparır
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 13:08
    Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama
  • Bugün, 12:34
    Kafedra sistemindən imtina ali təhsildə dönüş nöqtəsi ola bilər
  • Bugün, 12:33
    Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Bugün, 12:32
    Agentliyin direktoru ilk dəfə regionda vətəndaş qəbulu təşkil edib
  • Bugün, 12:32
    “Sabahın alimləri” sərgi iştirakçıları müəyyənləşib
  • Bugün, 12:31
    Nazir müavini: İntellektual gənclik cəmiyyəti irəli aparır
  • Bugün, 12:30
    Məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır
  • Dün, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • Dün, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • Dün, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • Dün, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • Dün, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • Dün, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • Dün, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • Dün, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • Dün, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • Dün, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • Dün, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • Dün, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • Dün, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • Dün, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • Dün, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • Dün, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • Dün, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • Dün, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
  • 5-02-2026, 17:38
    Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK
  • 5-02-2026, 16:31
    Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
  • 4-02-2026, 16:32
    Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə