Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?

ABŞ universitetlərində tələbələr tərəfindən süni intellektin geniş istifadəsi fonunda biliklərin qiymətləndirilməsi üçün getdikcə daha çox şifahi imtahanlar tətbiq olunur. Müəllimlər bildirirlər ki, evdə hazırlanan yazılı işlər “həddindən artıq mükəmməl” olur, lakin tələbələr həmin işlərin məzmununu izah edərkən tez-tez çətinlik çəkirlər. Bu vəziyyət tələbələrin tənqidi düşünmə və müstəqil analiz bacarıqları ilə bağlı ciddi narahatlıq doğurur.

Ölkəmizdə də artıq şagirdlər və tələbələr dərslər üçün süni intellektdən geniş istifadə edirlər. Hətta çox vaxt onu sadəcə köməkçi vasitə kimi deyil, dərsin izahını və ya cavabları almaq üçün əsas mənbə kimi tətbiq edirlər.

Buna görə sual yaranır ki, ölkəmizdə də ABŞ universitetlərində tətbiq olunan şifahi imtahan sistemi istifadə oluna bilərmi? Ümumiyyətlə, belə bir sistemə ehtiyac varmı?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, artıq müşahidə olunur ki, bəzi yazılı işlər texniki baxımdan çox mükəmməl olsa da, tələbələr həmin məzmunu izah etməkdə çətinlik çəkirlər:

"ABŞ universitetlərində süni intellektin geniş yayılması fonunda şifahi imtahanların tətbiqi təsadüfi yanaşma deyil, daha çox yaranan yeni reallığa uyğunlaşdırılmış qiymətləndirmə modelidir. Çünki artıq müşahidə olunur ki, bəzi yazılı işlər texniki baxımdan çox mükəmməl olsa da, tələbələr həmin məzmunu izah etməkdə çətinlik çəkirlər. Bu isə onların mövzunu dərk etməsi, tənqidi düşünməsi və müstəqil analiz bacarıqları ilə bağlı suallar yaradır.

Oxşar tendensiya ölkəmizdə də hiss olunmaqdadır. Şagird və tələbələr süni intellekt alətlərindən geniş istifadə edir və bəzi hallarda bu alətlər öyrənmə prosesinə dəstək olmaqdan daha çox hazır cavab mənbəyinə çevrilir. Bu isə qiymətləndirmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Şifahi imtahanların əsas üstünlüyü ondan ibarətdir ki, bu format tələbənin mövzunu nə dərəcədə anladığını, fikrini necə ifadə etdiyini və real vaxtda necə düşünə bildiyini daha obyektiv şəkildə üzə çıxarır. Bununla yanaşı, bu yanaşma tənqidi düşünmə və kommunikasiya bacarıqlarının inkişafını da stimullaşdırır".

Bu sistemin ölkəmizdə birbaşa və tam şəkildə tətbiqi müəyyən çətinliklərlə müşayiət oluna bilər:

"Lakin bu sistemin ölkəmizdə birbaşa və tam şəkildə tətbiqi müəyyən çətinliklərlə müşayiət oluna bilər. Siniflərin doluluğu, müəllimlərin iş yükü və mövcud qiymətləndirmə modellərinin əsasən yazılı və test yönümlü olması bu keçidi mərhələli şəkildə həyata keçirməyi daha məqsədəuyğun edir.

Bu baxımdan, daha effektiv yanaşma kimi yazılı qiymətləndirmə ilə yanaşı şifahi elementlərin də inteqrasiyası tövsiyə oluna bilər. Qısa təqdimatlar, izah yönümlü suallar, layihə əsaslı tapşırıqlar və dərs daxilində aktiv müzakirələr bu istiqamətdə praktik addımlar hesab oluna bilər.

Nəticə etibarilə, məqsəd süni intellektdən istifadəni məhdudlaşdırmaq deyil, onu düzgün və məqsədyönlü şəkildə tədris prosesinə inteqrasiya etməkdir. Əsas prioritet isə şagird və tələbələrin müstəqil düşünmə, analiz və ifadə bacarıqlarının qorunması və inkişaf etdirilməsidir".

Oxşar xəbərlər

Bütün xəbərlər