Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Novruz və Ramazan bayramları ilə əlaqədar tətil artıq bitmək üzrədir.
AzEdu.az xəbər verir ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü bu gün başlayıb.
Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.



























